Su dövranı

Su dövranıbiosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir.Bu dövran materiyanın hərəkət etdiyini göstərir və təsdiq edir.

Təbiətdə su dövranı

Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır.

Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlərokeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir.

Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur. Su canlı orqanizmlərin həyat fəaliyyəti üçün ən qiymətli və ən lazımlı maddədir.Su buxarı hidrosfer, atmosfer ilə mübadilə və qarşılıqlı əlaqə ilə yaranır. Atmosfer yağıntıların bir qismi buxarlanır, bir qismi daimi axarlara, göllərə, bir qismidə yer qabığına sızaraq yeraltı sular yaradır.

Təbiətdə su dövranın bir neçə növü var: Böyük su dövranı — okean səthi üzərində yaranmış su buxarı külək vasitəsilə materiklərə keçir, orada atmosfer yağıntıları şəklində düşür, yenidən okeana qayıdır. Bu prosesdə suyun keyfiyyəti dəyişir: buxar vaxtı duzlu dəniz suyu duzsuza çevrilir və suyun tərkibi təmizlənir.

  1. Kiçik su dövranı — okeanın səthi üzərində yaranmış su buxarı kondensasiya olunaraq atmosfer yağıntıları şəklində yenidən okeana tökülür.
  2. Kontinental su dövranı — quru səthi üzərində buxarlanan su, atmosfer yağıntıları şəklində yenidən quruya tökülür.

İstənilən halda çöküntülər yenidən Dünya okeanına qayıdır.

Suyun yenilənmə müddəti

AzərbaycanSan Marino

Norveç

Çexiya

Cənubi irlandiya

Almaniya

Okeanlar3 200 il
Buzlaqlar5 ildən 10 ilə qədər
Mövsümi qar örtüyü2 ildən 6 ilə qədər
Torpaq qatı1 aydan 2 aya qədər
Qrunt suları: bulaqlar100 ildən 200 ilə qədər
Qrunt suları: dərinlik suları10 000 il
Göllər15 ildən 17 ilə qədər
Çaylar17 gündən 19 günə qədər
Atmosfer9 gün

Gördüyünüz kimi suyun yenilənmə müddəti fərqlidir. Atmosfer rütubəti orta hesabla səkkiz-doqquz gün sonra yenilənir.

Canlı orqanizmlərin tərkibinə daxil olan sular bir neçə saat ərzində bərpa olunur. Bu su yenilənmənin ən aktiv formasıdır.Buzlaqlarda su ehtiyatlarının yenilənməsi dövrü təxminən 1 600 il təşkil edir, qütbdəki buzlaqların yenilənmə müddəti daha çoxdur — təxminən 9 700 il.

Dünya okeanı sularınn tam yenilənməsi dövrü təxminən 2 700 ildə olur[1].

Xarici keçidlər

İstinadlar