Sultan Murad Bayandur

(Sultan Murad səhifəsindən istiqamətləndirilmişdir)

Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun HəsənI Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı.

Sultan Murad

Sultan Murad ibn Yaqub ibn Həsən

سلطان مراد
Sultan Murad dövrünə aid sikkə
Sultan Murad dövrünə aid sikkə
1499 – 1508
ƏvvəlkiSultan Məhəmməd
Sonrakıləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTəbriz
Vəfat tarixi
Vəfat yeriUrfa
AtasıSultan Yaqub
AnasıGövhər sultan
Həyat yoldaşıBənti xatun
UşaqlarıHəsən bəy, Yaqub bəy

Həyatı

31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.

Hakimiyyəti

Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.

Hakimiyyətdən getməsi

21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.[1] Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı.[2] Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi. 1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.

Ölümü

1518-ci ildə Urfada vəfat edib.[3]

Ailəsi

Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı Bəyli xatunla evlənmişdi. Övladları:[4][5]

  • Yaqub bəy Bayandur
  • Həsən bəy Bayandur

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Sultan Murad Bayandur
Doğum: 31 iyul 1490 Vəfat: 1518
Hakimiyyət titulları
Sələfləri 
Məhəmməd mirzə

Ağqoyunlular dövləti(آق‌قویونلو‎) sultanı

1499-1508
Xələfləri 
(Səfəvilər imperiyası)
Şah İsmayıl