Surxay xan Qazıqumuxlu

Surxay xan Qazıqumuxlu (1680, Qumuq1748, Qumuq) — XVIII əsrdə yaşamış Dağıstan feodalı.

Surxay xan Qazıqumuxlu
bayraq
Qazıqumuq xanı
1700 – 1741
ƏvvəlkiII Əlibəy
SonrakıMurtazəli xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQazıqumuq
Vəfat tarixi
Vəfat yeriQazıqumuq
AtasıGəray bəy
UşaqlarıMəhəmməd
Murtazəli
Dinisünni islam

Surxay xan əhalinin şah üsul-idarəsinə qarşı narazılığından istifadə edib Dağıstanın cənubunda və Şirvanda hakimiyyəti ələ keçirməyə çalşırdı. Müşkürlü Hacı Davud və bir sıra feodallarla ittifaq yaradan Surxay xan Qazıqumuxlu 1721-1728-ci illərdə bir neçə dəfə Bakı, Gəncə, Quba və Niyazabada müvəffəqiyyətsiz hücumlar etdi. 1721-ci ildə Şamaxı Surxay xan Qazıqumuxlu və müttəfiqləri tərəfindən qarət olundu. 1734-cü ildə Nadir şahla döyüşdə məğlubiyyətə uğrayan Surxay xan Qazıqumuxlu Dağıstana çəkildi.[1]

İstinadlar

Mənbə

  • Ф.М.Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку: 1975.