Təpələrin gözləri var (film, 1977)

Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 1977-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir.

Təpələrin gözləri var
ing. The Hills Have Eyes
"Təpələrin gözləri var" filminin afişası
"Təpələrin gözləri var" filminin afişası
JanrSleşer filmi
Qorxu filmi
Əsas mövzuqisas[d], İnsest, seriyalı qatil
RejissorUes Kreyven
ProdüserPiter Lok
Ssenari müəllifiUes Kreyven
Baş rollardaMartin Spir
Rus Qriv
Con Stedmen
OperatorErik Saarinen
MontajçıUes Kreyven
İstehsalçıBlood Relations
İlk baxış tarixi1977
Müddət89 dəqiqə
Büdcə$230,000
Gəlir$25 milyon
ÖlkələrABŞ ABŞ
Dilİngilis dili
İl1977
Sonrakı filmTəpələrin gözləri var 2
RəngRəngli
Çəkiliş yeriKaliforniya
IMDbID0077681

Məzmun

Ailə Kaliforniya yolu ilə gedən zaman səhvən yeni model təyyarələrin sınaqdan keçirildiyi yerə düşürlər. Bu yoldan keçmək isə digər insanlara qadağandır. Onlar yol ilə gedən zaman qəzaya uğrayırlar. Amma təhlükə hələ qarşıdadır. Onlar yeni sivilizasiyadan xəbəri olmayan insanlarla qarşılaşacaqlar. Bu isə daha sonra qarabasmaya çevriləcəkdir...

Maraqlı faktlar

  • Əvvəlcə filmə X reytinqi qoyulur. Bu, əsasən, porno filmlərə verilən reytinqdir. Ues Kreyven bir sıra dəhşətli yerləri kəsir və filmə yumşaq R reytinqi verilir. Filmin orijinal versiyası saxlanılmayıb.

Xarici keçidlər