Qorxu filmi

film janrı

Qorxu filmləri və ya horror – insanı vahiməyə gətirən bədii filmin janrıdır. Ən məşhur qorxulu filmləri çəkən ölkələr sırasına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiyaİtaliya kimi ölkələr daxildir.[1][2][3][4][5]

Tarixi

"Horror" terminini ilk dəfə fransızlar işlətmişlər. İlk qorxulu film fransız rejissoru Jorj Melyes tərəfindən 1896-cı ildə çəkilən İblisin qəsri filmidir.[6] 1909-cu ildə çəkilən "Cingilti" filmi Rusiyanın ilk qorxulu filmidir.[7][8] 19101940-cı illər arasında "Drakula" və "Frankenşteyn" haqqında ilk vahimə janrında filmlər çəkilir. 1949-cu ildə çəkilən "Yellənən" filmi Hindistanın ilk qorxulu filmidr 1950-1960-cı illər arasında çəkilmiş qorxulu filmlər əvvəlki çəkilən filmlərdən fərqlənir. Çünki bu filmlər psixoloji formada çəkilirdi. Xüsusilə, bu filmləri məşhur ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok çəkirdi. İlk dəfə "Qorxu filmi" janrında yayımlanan serial ABŞ-də 1959-1964-cü il arası çəkilən "Alaqaranlıq zonası" serialı idi.

Məşhur və seçilmiş qorxulu filmlər

İlFilmÖlkə
1896İblisin qəsri Fransa
1910Frankenşteyn ABŞ
1920Doktor Kaliqarinin kabineti Almaniya
1922Nosferatu: Qorxunun simfoniyası Almaniya
1925Opera kabusu ABŞ
1931Drakula ABŞ
1931Frankenşteyn Böyük Britaniya
1932Mumiya ABŞ
1933Gözəgörünməz adam Böyük Britaniya
1959Mumiya Böyük Britaniya
1960Psixo ABŞ
1963Quşlar ABŞ
1968Yaşayan ölülərin gecəsi ABŞ
1976Omen ABŞ
1978Hellovin ABŞ
1979Nosferatu: Gecə kabusu Almaniya
1979Fantazm ABŞ
1980Parıltı Böyük Britaniya ABŞ
1980Qorxunc ölülər ABŞ
1983Yuxudan qaçma ABŞ
1984Qarağac küçəsində qarabasma ABŞ
1988Uşaq oyunu ABŞ
1990O ABŞ
1998Zəng ABŞ
2001Cipers Kripers ABŞ

Qorxulu film personajları

PersonajQeydlər
Frankenşteynin bədheybətiViktor Frankenşteyn tərəfindən yaradılan bədheybət
Qraf DrakulaBrem Stokerin "Drakula" romanındakı baş mənfi personaj
Qraf Orlok"Nosferatu: Qorxunun simfoniyası" filmindəki transilvaniyadan olan vampir personajıdır
Freddi Krüger"Qarağac küçəsində qarabasma" film seriyasındakı baş mənfi personaj
Cipers Kripers"Cipers Kripers" film seriyasındakı baş mənfi personaj
Yırtıcı"Yırtıcı" film seriyasındakı baş mənfi personaj
Ceyson Burhiz"Cümə, ayın 13-ü" film seriyasındakı baş mənfi personaj
Həkim Hannibal Lekter"Quzuların susması" film seriyasındakı baş mənfi personaj
Maykl Mayers"Hellovin" film seriyasındakı baş mənfi personaj
Samara Morqandigər adı: "Sadako Yamamura"
Pennivayz"O" filmindəki baş mənfi personaj
"Çaki" oyuncağı"Uşaq oyunu" film seriyasındakı baş mənfi personaj

İstinadlar