Təxmis

şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri

Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.[1]

Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir.

Ədəbiyyat

  • Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh. 622

İstinadlar