Taişi

Taişi (çin. 太师) ― Böyük Ustad[1] və ya Böyük Təlimçi[2] kimi tərcümə edilən çin titulu. Bu titul Çinin Çjou sülaləsidə ən yüksək üç mülki vəzifələrdən biri idi. Digər ikisi müvafiq olaraq Böyük Tərbiyəçi (Taifu - 太傅) və Böyük Qoruyucu (Taibao - 太保) idi. Bu üç titul birlikdə Sanqonq kimi tanınırdı. Bu üç titulun adları və vəzifələri sonrakı sülalələrdə dəyişdi. Böyük Təlimçi adı Han sülaləsinin sonrakı dövrlərində, xüsusən də o zamankı çenhsian Dun Çjo tərəfindən istifadə olunmağa davam etmişdidi.

Taişi
Ənənəvi çincə: 太師
Sadələşdirilmiş çincə: 太师

O, həmçinin Şimali Yuan sülaləsində Börçigin nəslinin bir hissəsi olmayan güclü zadəganlar üçün bir titul kimi istifadə edilmişdir. Məsələn, Esen Taişi.

Rütbə Dayviet dövlətində təqlid edilmişdi.

İstinadlar