Tanrı Anasının Kazan İkonası Məbədi (Çadır-Lunqa)

Tanrı Anasının Kazan İkonası Məbədi (mold. Biserica Icoanei Maicii Domnului din Kazan) ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir.

Pravoslav ortodoks
Tanrı Anasının Kazan İkonası Məbədi
mold. Biserica Icoanei Maicii Domnului din Kazan
Din
YeparxiyaKahul və Komrat yeparxiyası
Ölkə
Memarlıq
İnşa tarixi1998 – 2008
Tanrı Anasının Kazan İkonası Məbədi xəritədə
Tanrı Anasının Kazan İkonası Məbədi
Tanrı Anasının Kazan İkonası Məbədi

Təsviri

Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir.[1]

Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə.[2]

İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı.[3]

Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir. Divar qalınlığı təxminən 50 sm, hündürlüyü isə 21,5 m. Zəng qülləsinin hündürlüyü 25 m-dir. Məbədin əsas qapısı qərb tərəfdədir, onun yuxarısına Tanrı Anasının Kazan İkonası yerləşdirilib. Əsas otağın döşəməsi mərmər tipli keramik plitələrlə döşənmişdir.[2]

Kilsəyə Çadır-Lunqa Bələdiyyə Məclisi tərəfindən maliyyə dəstəyi verilir.[4]

İstinadlar