Qaqauziya

Qaqauziya (qaqauz. Gagauz Yeri/Gagauziya; mold. Găgăuzia) və ya rəsmi olaraq Qaqauz Yeri Muxtar Bölgəsi (qaqauz. Avtonom Territorial Bölümlüü Gagauz Yeri; mold. Unitatea Teritorială Autonomă Găgăuzia) — Moldova Respublikasının tərkibində muxtar ərazi. Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir.[1]

Muxtar Respublika
Qaqauz Yeri Muxtar Bölgəsi
qaq. Avtonom Territorial Bölümlüü Gagauz Yeri
rum. Unitatea Teritorială Autonomă Găgăuzia
Qaqauziyaya giriş

46°19′ şm. e. 28°40′ ş. u.


ÖlkəMoldova Moldova
DaxildirMoldova Moldova
İnzibati mərkəzKomrat
Ən böyük şəhəriKomrat
Qaqauziya Başqanıİrina Vlah
Qaqauziya Parlamenti sədriVladimir Kıssa
Tarixi və coğrafiyası
Yaradılıb23 dekabr 1994
Sahəsi1,832 km²
Saat qurşağıGMT +2
Əhalisi
Əhalisi161.800 nəfər (2015)
Əhalinin sıxlığı877 nəfər/km²
Etnik tərkibQaqauzlar
Dini tərkibPravoslav (Xristianlıq)
Rəsmi dillərQaqauz dili
Rumın dili
Rus dili
Rəqəmsal identifikatorlar
ISO koduMD-GA
İnternet domeni.md
Avtomobil nömrəsiGE
Rəsmi sayt
Qaqauz Yeri Muxtar Bölgəsi xəritədə
Qaqauz Yeri Muxtar Bölgəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Orta əsrlərdə

Əsas məqalə: Qaqauzlar

Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, YunanıstanBolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədim Kutriqurların davamçılarıdır.[2] Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslavlığı qəbul etmişlər daha sonra Osmanlı hakimiyyəti altında qalmışlar. Tadeuş Yan Kovalskinin fikrincə Qaqauzlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlmiş, zamanla xristianlığı qəbul etmişlər. Bu ideyaya görə "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə Qaqauzlar özünü əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürdülər və buna görə də onlar qədim bulqarlardır.[3] Qaqauz sözü, kök oğuz sözünün dəyişməsidir.

Müstəqilliyədək

Əsasən 1812-ci ildə Bolqarıstandan Moldovaya köçürülmüşdülər. 1906-cı ildə Andrey Qalaçanın başçılıq etdiyi kəndli üsyanı başlamış və Bender uyezdində cəmi 5 gün həyat sürmüş Komrat Respublikası elan edilmişdi.[4] 1917-ci ilədək Rusiya imperiyası tərkibində olmuşdur. Bu tarixdən sonra Rumıniya (1918–1944) və Moldova SSR (1944–1991) tərkibində olmuşdur. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməmiş, 23 dekabr 1994-cü ildə isə Qaqauziya muxtar torpağı yaratmalı olmuşdur.

İnzibati bölgü

Qaqauziya üç rayona bölünür:

İdarəetmə

Qaqauziyanın muxtariyyəti Moldova konstitusiyası ilə qorunur və Moldova xalqı hər hansı bir dövlətə (məsələn, Rumıniya) birləşmək istəsə Qaqauziyanın müstəqilliyini elan etmə hüququ var.[5] Əsas qanunverici orqan Qaqauziya Xalq Məclisidir. Muxtar bölgənin rəhbəri Qaqauziya Başqanı adlanır, 4 ildən bir seçilir. Bundan əlavə, o Moldova hökumətinin bir üzvü sayılır. Başqanlıq seçkilərinə qatılmaq üçün Qaqauz dilini səlis bilmək, Moldova vətəndaşı olmaq və ən azından 35 yaşına çatmaq lazımdır. Əsas hökumət orqanı Qaqauziya Nazirlər Komitəsi sayılır, üzvləri ya başqan ya da xalq məclisi təyin edir. Qaqauziyanın öz polis təşkilatı mövcuddur.[6] Hazırkı başqan İrina Vlahdır.

İqtisadiyyat

Qaqauziyanın iqtisadiyyatı kənd təsərrüfatından asılı olub, üzümçülüyün inkişaf etdiyi bölgələrdəndir. Əsas ixracatı şərab, günəbaxan yağı, alkoqolsuz içki, yun və dəri məmulatlarıdır. 12 şərab, 2 yağ, 2 xalça, 1 ət, 1 spirtsiz içki fabrik və zavodu var.

Demoqrafiya

2015-ci ilə aid statistikaya görə 161,800 nəfər əhalisi var.[7] Bunlardan 40,4% şəhər, 59,6% kənd yerlərində yaşayır.

Əhalinin təkrar artımı

2013Say1000 nəfərə
Doğum189711.7
Ölüm16059.9
Artım2922.2

Etnik qruplar[8]

Etnik qrupSayı%
Qaqauzlar127 83582.14
Bolqarlar8 0135.15
Moldovanlar7 4814.81
Ruslar5 9413.82
Ukraynalılar4 9193.16
Rumınlar380.02
Digərləri1 4090.91

Dinlər

Əhalinin mütləq əksəriyyəti (96%) xristiandır, 93% pravoslav, 3% isə protestantdır. Digər dinlər üzvləri 2,2%, dinsizlər 1,6%, ateistlər isə 0,2% təşkil edir.

Mədəniyyət

Qaqauziyada 33 məktəb, Komrat Pedaqoji Kolleci və Komrat Dövlət Universiteti var.

Media

Qaqauziyada əsas fəaliyyət göstərən telekanal Qaqauziya Teleradio Şirkətidir (GRT). Kütləvi informasiya vasitələri əsasən rusca və qaqauzca yayım aparırlar.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar