Tatul Krpeyan

Tatul Krpeyan (erm. Թաթուլ Կրպեյան; 21 aprel 1965, Pirmələk, Talin rayonu30 aprel 1991, Çaykənd, Xanlar rayonu) — erməni döyüşçüsü.

Tatul Krpeyan
erm. Թաթուլ Կրպեյան
Şəxsi məlumatlar
Doğum tarixi21 aprel 1965(1965-04-21)
Doğum yeri
Vəfat tarixi30 aprel 1991(1991-04-30) (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbidöyüşdə ölüm
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
MənsubiyyətiDaşnaksutyun
Qoşun növüQondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Döyüşlər
TəltifləriErmənistanın Milli Qəhrəmanı

Həyatı

Tatul Krpeyan 21 aprel 1965-ci ildə Ermənistan SSR-ində yerləşən Talin rayonunun Areq kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Talin rayon mərkəzində yerləşən məktəbdə alan Tatul orta məktəbi bitirdikdən sonra mexanika texnikumuna daxil olur. SSRİ ordusunda hərbi xidməti bitirdikdən sonra İrəvan Dövlət Universitetinin tarix faklütəsinə daxil olur. Tələbəlik illərində Erməni Azadlıq Hərəkatına qatılır. Yuxarı kurslarda təhsil aldığı müddət ərzində Miatsum hərəkatının liderlərindən birinə çevrilir.

Tatul 1990-cı ilin senytabr ayında vəziyyətin gərgin olduğu Dağlıq Qarabağa gəlir. Burada Miatsum hərəkatı əsnasında yerli azərbaycanlılara qarşı silahlı mübarizə aparmaq barədə qərar qəbul edir. Çaykənd ərazisində silahdaşları ilə birlikdə Daşnaktsakanner adlı silahlı dəstə yaradır. Tatul və tərəfdarlarının əsas məqsədi Çaykənd-Qarabulaq yolunu zəbt etmək idi. Tatulun planı baş tutumur, OMON birliklərinin hücumlarından sonra, erməni silahlılarının gücü tükənir. 30 aprel 1991-ci il tarixində Tatul Krpeyan Çaykənd əməliyyatı əsnasında Sovet Ordusu əsgərləri tərəfindən öldürülür. Ölümündən sonra Tatul Krpeyan Ermənistan Milli Qəhrəmanı elan edilmişdir.

İstinadlar

Həmçinin bax