Taxt-tac oyunları (II mövsüm)

ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 1 aprel 2012-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 3 iyun 2012-ci ildə yayımlanmışdır. İkinci mövsüm ABŞ-də Bazar günləri 9:00 pm-də efirə verilmiş və həri biri 50-60 dəqiqə arası davam edən 10 seriyadan ibarət olmuşdur. İkinci mövsümdə, Corc Martinin "Buz və alovun nəğməsi" romanlar seriyasından olan "Kralların toqquşması" adlı ikinci əsərdə təsvir edilən hadisələr Devid Benioff və D.B. Veys tərəfindən ssenariyə uyğunlaşdırılmışdır. HBO kanalı serialın ikinci mövsümünün çəkilməsini 19 aprel 2011-ci ildə sifariş etmiş, 2011-ci ilin iyulunda isə İrlandiya, Şimali İrlandiya, Xorvatiyaİslandiyada ikinci mövsümün çəkilişlərinə başlanılmışdır.


II Mövsüm
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəABŞ ABŞ
Seriya sayı10
Ekranlaşdırma
Orijinal kanalHBO
Orijinal efir1 aprel 2012 (2012-04-01) – 3 iyun 2011 (2011-06-03)
Mövsüm xronologiyası
← Əvvəlki
I mövsüm
Sonrakı →
III mövsüm
Taxt oyunları teleserialının seriyaları

Serialda hadisələr uydurma dünyada, bir süjet xətti Vesteros, digər xətti isə Essos adlı qitələrdə baş verir. Romanda olduğu kimi, ikinci mövsümdə də hadisələr, Lord Eddard "Ned" Starkın dramatik ölümündən sonra bütün Starkların Vestorosa səpələnməsi ilə başlayır. İkinci mövsümdə hadisələr, Beş Kral müharibəsi ətrafında baş verir; Vesteros liderləri Dəmir taxt uğrunda və ya onun təsirindən çıxaraq müstəqil olmaq üçün mübarizə aparırlar.

İkinci mövsümdə serialın geniş aktyor heyətinə Piter Dinkleyc, Lina Hidi, Nikolay Koster-Valdau, Mişel Fayrli və Emiliya Klark kimi aktyorlar daxil olmuşdur. İkinci mövsümdə serialın aktyor heyətinə Stiven Dilleyn, Natali Dormer, Karis van Houten və Liam Kanninqem kimi yeni aktyorlar qatılmışdır.

Tənqidçilər ikinci mövsümün texniki istehsal xüsusiyyətləri və aktyor heyətinin işini yüksək qiymətləndirmişlər. Birinci mövsümlə müqayisədə serialın izləyici kütləsi artmışdır. İkinci mövsüm on bir nominasiyada Emmi mükafatına namizəd göstərilmiş və onlardan altısını qazanmışdır. İkinci mövsüm Dram serialında əlamətdar ikinci plan aktyoru (Piter Dinkleyc) və Əlamətdar dram serialı nominasiyalarında da mükafata namizəd göstərilmişdir. Mövsüm ərzində ABŞ-də serialın izləyici kütləsi 8% artmış, izləyici sayı 3.9 milyondan 4.2 milyona yüksəlmişdir.

Seriyalar

Serialda
No.
Mövsümdə
No.
BaşlıqRejissorSsenari müəllifiOrijinal efir vaxtıABŞ izləyiciləri
(milyon)
111Şimal xatırlayır Alan TeylorDevid Benioff & D. B. Veyss1 aprel 2012 (2012-04-01)3.86[1]
Paytaxta gəlmiş Tirion, Serseyanın narazılığına baxmayaraq, köməkçi kimi Kiçik sovetin yığıncağına qatılır. Vinterfelldə Bran lord vəzifəsini yerinə yetirməyə başlayır. Gecə keşikçilərinin ekspedisiyası köçərilərdən Krasterin iqamətgahında dayanır. Sem burada onun həyat yoldaşı-nəvəsi Lilli ilə tanış olur. Əjdaha daşı adasında kahin Rqlora Melisandrayeddi tanrının heykəlini yandıraraq, Stannis Barateonu İşıq hakiminin seçilmişi elan edir. Stannis, yazdırdığı məktubda Serseyanın övladlarını bastard elan edir. Robb qəbul edilməsi çətin olan sülh şərtləri ilə Elton Lannisteri paytaxta göndərir, Teon Qreycoyu atasına göndərməyə razılaşır, sülh haqqında danışıqlar üçün Keytlin Ktarkı isə Cənub kralı Renli Barateonun yanına yola salır. Stannisin məktubu ilə tanış olan Coffri və anası arasında açıq münaqişə baş verir. Qızıl plaşların komandiri Yanos Slint və digər şəhər mühafizəçiləri evləri gəzərək Robert Barateonun qanunsuz doğulmuş uşaqlarını taparaq öldürürlər. 
122Gecə torpaqları Alan TeylorDevid Benioff & D. B. Veys8 aprel 2012 (2012-04-08)3.76[2]
Tirion Yanos Slinti Gecə keşiyinə qovur, onun yerinə isə muzdlu Bronnu təyin edir. Qırmızı səhrada Rakxaronun atı Deyenerisin yanına qayıdır, atın kəhər cibində isə sahibinin kəsilmiş başı olur. Teon Qreycoy doğma Dəmir adalarına qayıdır, lakin, heç də gözlədiyi kimi qarşılanmır. Davos Sivort pirat Liss Sallador Saanı Stannisə qoşulmaq üçün yola gətirməyə çalışır. Melisandra Stannisi yoldan çıxarır. Divarın arxasında Con, yeni doğulmuş övladını meşəyə aparan Krasteri izləyir və onun uşağı Vayt Volkerlərdən birinə təhvil verməsinin şahidi olur. 
133Ölmüş olan bir də ölməz Alik SaxarovBrayan Koqman15 aprel 2012 (2012-04-15)3.77[3]
Renlinin Fırtınalı torpaqlarda təşkil etdiyi turnirə gələn Keytlin, yarışın qalibi Brienna Tartla tanış olur. Payda, Beylon Qreycoy müdafiəsiz qalmış Şimala hücum planı hazırlayır. Kral limanında Tirion Kiçik şura üzvlərinin loyallığını yoxlayır və bunun üçün meyster Pitseliya, Varis və lord Beylişə, şahzadə Mirsellanı ərə vermək üçün üç fərqli plan danışır. Onlardan kimin Serseyaya söz çatdırdığını anlayan Tirion, Pitseliyanı həbsə aldırır, Beylişi isə Renli ilə danışıqlara göndərir. Renlinin lagerində Loras və Marceri Tirelli kralı inandırmağa çalışırlar ki, heç bir ehtirass hiss etmədiyi Marceri ilə məhəbbətlə məşğul olsun. Teon Qreycoy atasının planları haqqında Robba məktub yazsa da, sonradan məktubu yanıdıraraq əsl Dəmirdəndoğulmuş kimi dəniz suyu ilə vəftiz qəbul edir. Yoren, Aryaya qisas tarixçəsini danışır.Keşikçilərin gecələmə yerinə, Polliverin başçılıq etdiyi Lannister süvariləri hücum edir. Yoren həlak olur, Arya, Cendri və başqaları əsir düşürlər. 
144Sümük bağı Devid PetrarkaVanessa Teylor22 aprel 2012 (2012-04-22)3.65[4]
Robb Stark Lannisterlərin düşərgəsinə hücum edir və Oskross adlı yerdə qələbə qazanır; döyüş meydanında o, Talisa adlı həkim qızla tanış olur. Coffri Sansanı ələ salır; Tirion qızı xilas edir və kralın yataq otağına iki fahişə göndərir ki, o, dünyəvi hisslərin gözəlliyi ilə tanış olsun. Lakin, Coffri, qızlardan birinə digərini ölənə kimi döyməyi göstəriş verir. Əsir düşmüş Arya, Cendra və başqalarını xaraba və ziyyətdə olan Harrenhol qəsrinə gətirirlər və yalnız, Tayvin Lannisterin gəlməsi onları Qriqor Kliqan və cəllad Şekotunun əlindən xilas edir. Fırtınalı torpaqlarda Stannis və Renli Barateonlar arasında uğursuz danışıqlar vaş tutur və onlar hər ikisi bir-birindən təzim etməyi tələb edirlər. Deyeneris Tarqarien Kvarta şəhərinin darvazaları önünə gəlir, şəhər qocalarından Ksaro Ksoana Daksosanın məsuliyyəti altında On üç şəhər ağsaqqalı onu şəhərə buraxır. Tirion, kuzeni Lansel Lannisteri qorxudaraq, öz casusuna çevirir. Stannis, Davos Sivorta, Melisandranı Renli Barateonun düşərgəsinə aparmağı tapşırır və orada Melisandra cadugər kölgəsi yaradır. 
155[Harrenholun ruhu Devid PetrarkaDevid Benioff & D. B. Veys29 aprel 2012 (2012-04-29)3.90[5]
Kölgə, Renlini öldürür, Keytlin və Brienna qaçmağa məcbur olurlar. Triellər xaric Renlinin bütün sərkərdələri Stannisin qarşısında diz çökürlər. Kral limanında Tirion öyrənir ki, Qallinin rəhbərliyi ilə əlkimyaçılar, Serseryanın əmri ilə vəhşi od hazırlar. Davos Stannisi dilə tutur ki, Melisandranı özü ilə döyüşə götürməsin. Dəmir adalarında Teon, yeni komandası ilə tanış olur. Harrenholda Arya, Tayvinin hərbi şurasında xidmətə başlayır; bir müddət sonra Aryanın xilas etdiyi Simasız Yaken Xqar ona, seçdiyi üç nəfəri öldürəcəyini söz verir ki, Arya da ilk olaraq, cəllad Şekotunu seçir. Kvartada Deyeneris Tarqarien maq Piat Preylə tanış olur, Ksaro Ksoan Daksos isə Deyenerisə ona ərə getməyi təklif edir. İlk insanların yumruğunda Qara qəsrin Gecə keşikçiləri və Dumanlı qalanın dəstələri görüşürlər; Con Snou Kuoren Yarımələ onu da özü ilə yoxlanışa götürməyi xahiş edir. 
166Köhnə və yeni tanrılar Devid NatterVanessa Teylor6 may 2012 (2012-05-06)3.88[6]
Teon Qreycoy, öz adamları ilə birlikdə Vinterfellə soxularaq Branı qalanı təslim etməyə məcbur edir, daha sonra isə əsir edilmiş Rodrik Kassel edam olunur. Divarın arxasında Kuoren Yarıməl və onun adamları köçərilərin kəşfiyyatçı dəstəsini taparaq məhv edirlər; köçəri İqritt isə Con Snoudan qaça bilir. Con, onu ələ keçirsə də dəstədən ayrı düşür və əsiri ilə birlikdə dağlarda gecələməli olur. Kral limanında Mirtsellanın yola salınması zamanı kütlənin qiyamı baş verir, Coffri çətinliklə canını qurtarır, Sandor Kliqan isə, Sansa Starkı zorlanmadan xilas edir. Robb, yenidən Talisanı öz düşərgəsində qəbul edir; Keytlin, oğluna Uolder Freyin qızlarından biri ilə evlənməli olduğunu xatırladır. Harrenholda Arya, hərbi əməliyyatlar haqqında məlumat olan məktubu oğurlayır. Ser Amori Lorxun məktubu onun əlindən almasından sonra isə, Arya onun adını Yaken Xqara deyir. Vinterfelldə Oşa, Teonu yoldan çıxarır və Brana qaçmağa kömək edir. Kvartada, Deyeneris ədviyyatlar kralını ona gəmilər verməyə razı salmaq üçün çalışır. Ksaro Ksoana Daksosun sarayına qayıdan zaman o, görür ki, keçikçiləri öldürülüb, əjdahalar isə oğurlanıb. 
177Şərəfsiz adam Devid NatterDevid Benioff & D. B. Veys13 may 2012 (2012-05-13)3.69[7]
Teon, Bran və Rikonun yoxa çıxdığını öyrənərək, onların arxasınca adam göndərir. Divarın arxasında İqritt, Con Snounu yoldan çıxararaq qaçmağa müvəffəq olur; onun arxasınca qaçan Con, köçərilərin əlinə düşür. Kvartada Ksaro Ksoan Daksos və Piat Prey hakimiyyət çevrilişi edərək bütün idarəçiləri öldürürlər; Piat Prey Deynerisə əjdahaları ilə Ölümsüzlərin Evində qovuşmağı təklif edir. Ceymi Lannister, onunla bir qəfəsə salınmış Elton Lannisteri və Torrhen Karstarkı öldürsə də, onun qaçış planı baş tutmur. Teon, Vinterfellə qayıdır və özü ilə gətirdiyi iki yandırılmış uşaq cəsədini qalanın giriş qapısı üstündə asdırır. 
188Vinterfellin şahzadəsi Alan TeylorDevid Benioff & D. B. Veys20 may 2012 (2012-05-20)3.86[8]
Kiçik dəstəsi ilə Vinterfellə gəlmiş Yara Qreycoy, Teonu qalanı tərk etməyə razı salmağa çalışır. Divarın arxasında, İqritt, əsr Conla birlikdə köçərilərin liderlərindən biri olan Qırışlı köynəyin dəstəsinə qoşulurlar; onun əsirləri arasında Kuoren Yarıməlin də olması ortaya çıxır. Tirion, Bronn və Varis birlikdə Stannisdən müdafiə planı qururlar. Serseya belə hesab edir ki, Tirion, Coffrinin ölməsini istəyir. Buna görə də, Tirionun sevdiyi fahişə Rosu əsir alır. Robb Stark, anasının Ceymi Lannisteri Briennanın nəzarəti altında azad etdiyini öyrənir və onu tutmağı əmr verir. Kvartada Deyeneris, Ölümsüzlərin Evinə getməyi qərarlaşdırır. Vinterfelldə meyster Lüvin, Oşa, Bran, Rikon və Hodorun qəsrin altındakı sərdabədə gizlənmələrini başa düşür. 
199Qarasu Nil MarşalCorc Martin27 may 2012 (2012-05-27)3.38[9]
Stannisin flotu Kral limanına yaxınlaşır. Burda onun üçün tələ hazırlanmışdır: vəhşi odla yüklənmiş gəmi onları gözləyir. Qabaqdakı gəmilərin partlamasından sonra, Stannisin gəmisində yanğın başlayır. Stannis, əsgərləri ilə birlikdə sahilə çıxmağa müvəffəq olur və bundan sonra şəhər divarları və qapılarına hücuma başlayır. Serseya, Coffrini qalaya qaytarmağı əmr edir. Sandor Kliqan hərbi dəstələrə rəhbərlik etsə də, alov onu qorxudur və o, qaçır. Trion, hərbi dəstələrə rəhbərliyi öz öhdəsinə götürməli olur; Kral Qvardiyasının üzvü ser Mendon Mur, uğursuzcasına onu öldürməyə cəhd edir. Taxt zalında kiçik oğlu Tommenə nağıl danışan Serseya, uşağı və özünü zəhərləməyə hazırlaşır. Döyüşün yekunlaşmasına az qalmış dəstək gəlir - Tayvin lannister və Lars Tirellin rəhbərlik etdiyi atlılar Stannisi şəhər divarlarından atırlar. 
2010Valar Morqulis Alan TeylorDevid Benioff & D. B. Veys3 iyun 2012 (2012-06-03)4.20[10]
Kral limanında döyüş qəhrəmanlarını mükafatlandıran Coffri, Sansa Starkın yerinə, Merceri ilə evlənməyə razılaşır. Yaralarının sağalması üçün müalicə olunan Tirionu, Varis, Pitsel və Şaya ziyarət edirlər. Keytlin, Robbu Talisa ilə əlaqədən çəkindirməyə çalışsa da, o, gizlincə sevgilisi ilə nişanlanır. Əjdaha daşında, Stannis Melisandranı məğlub olmasında günahlandırsa da, öldürə bilmir. Boltonların ordusu ilə mühasirəyə alınmış Vinterfelldə, meyster Lüvin Teona qaçmağı məsləhət görür. Teon, öz adamları qarşısında alovlu nitq söyləsə də, onlar liderlərini əsir edərək əllərini başğlayırlar. Oşa, Bran, Rikon və Hodor yandırılmış Vinterfeli tərk edərək şimala gedirlər. Kvartada, Ölümsüzlərin Evinə gedən Deyeneris, Corax Mormont və Kovarro illüziyalar görürlər: Deyeneris Dəmir taxtı və doğulmamış oğli Reyeqonu əlində tutmuş Droqonu görür. O, illüziyadan qaçaraq, əjdahanın köməkliyi ilə maq Piat Preyi yandırır, onun köməkçisi Ksaro Ksoan Daksos və staqın xidmətçisi Doreyanı isə xəzinədə həbs edir. Aryanın sonuncu dəfə görüşdüyü Yaken Xqar, ona Braavosun sikkəsini verir, üzünü dəyişir və naməlum istiqamətə yola düşür. Təkbətək döyüşdə Kuoreni öldürən Con Snou köçərilərə qoşulur. İlk insanların yumruğunda Sem, Qrenn və Hüznlü Edd üç buynuz siqnalı eşidirlər ki, bu da Vayt Volkerlərin yaxınlaşmasını xəbər verir; Sem, yoldaşlarına çata bilmir və yaxınlaşan ölülər ordusu ilə üzbəüz qalır, lakin, onlar Semə toxunmadan keçirlər. 


Aktyor heyəti

Piter Dinkleyc (Tirion Lannister) və Lina Hidi (Serseya Lannister)
Nikolay Koster-Valdau (Ceymi Lannister) və Mişel Feyrli (Keytlin Stark)
Emiliya Klark (Deyeneris Tarqaryan) və Eyden Gillen (Petir Beyliş)
İain Qlen (Corah Mormont) və Kit Harinqton (Con Snou)
Liam Kunningem (Davos Sivort) və Ayzek Hempsted Rayt (Bran Stark)
Riçard Madden (Robb Stark) və Sofi Törner (Sansa Stark)
Meysi Vilyams (Arya Stark) və Alfi Allen (Teon Qreycoy)

Əsas heyət

İkinci heyət

İstehsal

Serialın premyerasından iki gün sonra, 19 aprel 2011-ci ildə HBO, onun ikinci mövsümünün çəkilməsini sifariş etmişdir.[12] Hadisələrin gedişinə təsir edəcək Qarasu döyüşünün (ing. Battle of the Blackwater) çəkilməsi üçün, serialın büdcəsi 15% artırılmışdır.[13]

Çəkilişlər 106 gün davam etdirilmişdir. Həmin günlərin 3/4 ərzində iki çəkiliş qrupu ("Əjdaha" və "Canavar") müxtəlif ərazilərdə çəkiliş həyata keçirmişlər.[14]

Ekipaj

Devid Benioff və D.B. Veys ikinci mövsümün əsas ssenari müəllifləri və şourannerləri olmuşlar. Onlar mövsümə daxil olan on seriyadan altısının ssenarisini yazmışlar. Qalan dörd seriyanın ssenarisi ilə Brayan Koqman, "Buz və alovun nəğməsi" seriyasının müəllifi olan yazıçı Corc Martin, Vanessa Teylor tərəfindən yazılmışdır.

Alan Teylor serialın icraçı prodüserlərindən biri və prodüseri olmaqla yanaşı, həm də dörd seriyanın - o cümlədən mövsüm premyerası və final seriyalarının rejissoru olmuşdur. Devid Petrarka və Devid Natter hər biri iki seriyanın rejissoru olmuşdur. Alik Saxarov və Nil Marşal isə, qalan iki seriyanı çəkmişlər.

Aktyor seçimi

İkinci mövsüm üçün aktyor seçiminə 2011-ci ilin mayında başlanılmışdır.[15] Birinci mövsümdə rol almış geniş aktyor heyətinin böyük bir hissəsinin ikinci mövsümdə də qayıtmasına baxmayaraq, prodüserlər çoxsaylı yeni personajların canlandırılması üçün aktyor seçimi təşkil etməli olmuşlar. "Kralların toqquşması" romanında yer almalarına baxmayaraq, prodüserlər, Vinterfelldən Freys və Krannoqmenlərin, Starklardan bayraqdar Frey, Tullilərdən Stannisin həyat yoldaşı və qızı, Teonun dayısı Aeron Qreycoy və bastard Ramsi Snounun serialda yer almayacağına qərar verirlər. Şourannerlər Devid Benioff və D.B. Veys bu ixtisarı şərh edərək deyirlər ki, "Kralların toqquşması"nda təqdim edilən bəzi personajların təqdimatı üçüncü mövsümə kimi təxirə salınacaq.[16] Şorannerlər qeyd edirlər ki, ikinci mövsümdə onsuz da, çoxlu personaj təqdim edilir, izləyicilər isə yeni təqdim edilmiş personajların hadisələrin gedişində iştiraka başlamasına kimi gözləməyi sevmir. Şourannerlər bir neçə açar personajın təqdim edilməsini təxirə salmaqla yanaşı, bəzi personajların xüsusiyyət və rolunu da bir personaj üzərində cəmləşdirmişdilər. Həmçinin bəzi personajların fiziki xüsusiyyətləri, etnik mənşələri və yaşları da dəyişdirilmişdir. Serialın aktyor heyəti, televiziya tarixində ən böyük aktyor heyəti kimi qiymətləndirilmişdir.[17]

Personajlar iki qitə üzrə Dəmir taxta namizədliklərinə görə paylanmışdır: Taxtın dördüncü namizədi ölmüş kral Robertin qardaşı Stannis Barateondur (Stiven Dilleyn).[18] Xarici kahin Melissandra (Karis van Houten) özünü hökmlü kimi göstərsə də, əslində yaxşı manipulyasiya etməyi bacarır. Van Houten birinci mövsümdə Serseya rolu üçün sınaqdan keçirilsə də, sonradan rola təsdiqlənməmişdi. Onun personajı qırmızı saç və geyimdə təsvir edilsə də, romandan fərqli olaraq qırmızı gözlərdən imtina edilməsi personajın daha insani görünməsinə səbəb olmuşdur.[19] Liam Kannigem serialda Stannisin bayraqdarı və keçmiş qaçaqmalçı Ser Davos Sivortu "Soğan kralı"nı canlandırır.[20] Birinci mövsümün çəkilişləri zamanı Kannigemlə rol haqqında danışıqlar aparılmışdı. Aktyor solaxay olduğuna görə, romanda sol əli şikəst olan personaj, serialda sağ əlinin barmaqları qısa kimi təqdim edilmişdir. Müsahibələrindən biri zamanı, Kannigem deyir ki, onun personajı romanlarda nümunəvi insan kimi təqdim edilib, daha çox fikirləri, nəinki həərəkətləri ilə açıldığına görə, onun üün çoxlu sayda dialoqlar yazılmasına ehtiyac olmuşdur.[21] Bu üç personaj başqa ərazidə qurulmuş yeni süjet xəttinə başçılıq etmiş və mövsümün sonunda, həmin süjet xətti əsas süjet xətti ilə birləşdirilmişdir.

Teon Qreycoy (Alfi Allen) birinci mövsümdən əsas personaj heyətinə daxil olsa da, digər əsas personajlarla müqayisədə onun rolu daha az idi; ikinci mövsümdə onun hekayə xətti inkişaf etməyə başladıqca personaj daha çox diqqət mərkəzinə çəkilir. Gemma Uilan onun bacısı Yara Qreycoyu canlandırır.[22] Personajın adı romanda "Aşa" olsa da, Bren Starkın yoldaşı Vəhşi Oşa ilə qarışıq salınmaması üçün dəyişdirilmişdir. Aşa kifayət qədər provokativ və müstəqil qadın kimi təsvir olunmaqla otuz gəmi kapitanı olsa da, onun televiziya kolleqası Yara, Aşanın keyfiyyətlərini saxlamamışdır; buna baxmayaraq, onun Teonla rəqibliyinə toxunulmamışdır. Onların atası Balon Qreycoyu Patrik Malahayd canlandırmışdır.[23] Qreycoyların süjet xətti ilə əlaqəli olan personajların bir çoxu, o cümlədən Balonun qardaşı Aeron Qreycoy serialda təqdim edilməmişdir. Buna baxmayaraq süjet xətti çoxsaylı təriflər almış və yalnız, Yaranın adı dəyişikliyi tənqid edilmişdir.

Aktyor Tom Vlaşiha, Aryanın (Meysi Vilyams) gösətişi ilə insanları öldürən Yaken Xqarı canlandırmışdır.[24] Valşihanın personajın adını tələffüz forması serialda onun adına uyğunlaşdırılmışdır.[25] Showtime telekanalının məşhur "Tüdorlar" serialında ehtiraslı Anna Boleyn rolu ilə tanınmış aktrisa Natali Dormer, "Taxt oyunları" serialında da oxşar xarakterli Marceri Tirell rolunu canlandırmışdır.[26] Qvendolin Kristinin böyük məharətlə canlandırdığı döyüşçü-qadın Brienna Tart, əvvəlcə Renli Brateonun mühafizəçilər dəstəsinə qoşulsa da, sonradan Keytlin Starkın izləyicisi olur.[27] Rola hazırlıaşmaq üçün, aktrisa intensiv məşq etmiş və altı kiloqramdan çox, əzələ kütləsi artırmışdır.[28] Kişi kimi görünməsi üçün onun zirehləri beldən düz keçən xəttlərlə bəzədilmişdir. Uydurma dünyanın digər tərəfində personaj heyətinə iki qadın personajı əlavə edilmişdir ki, onlardan da biri "Azyaşlılar" teleserialının ulduzu Hanna Mürrey tərəfindən canlandırılmış Krasterin qızı Cilli (Samuellin sevgi marağı)[29], digəri isə Rouz Lizli tərəfindən canlandırılmış köçərilərdən olan Yiqrittdir (Con Snounun sevgi marağı)[30].

Deyeneris Tarqaryanın (Emiliya Klark) Qarta gəlməsi, bir neçə ikinci plan personajının təqdim edilməsi üçün yol açmışdır. Nonso Anozi, Qartda Deyenerisi qarşılayan Ksaro Ksxan Daksos rolunu canlandırmışdır.[31] Bu personaj romandakı kolleqasından ciddi şəkildə fərqlənir. Ksaronun homoseksuallığı, femininliyi və Qafqaz mənşəli olması, Anozinin maskulinliyi və heteroseksuallığı ilə əvəz edilmişdir. Onun pərəstişkarlarından biri olan satqın cadugər Pyat Prini aktyor Yan Hanmor canlandırır. Onun üçüncü və sonuncu pərəstişkarı maskalı kahin Quaitini aktrisa Laura Pradelska canlandırmışdır. Xüsusilə serial üçün yaradılmış zəngin tacir "Ədviyyat kralı" obrazı isə Nikolas Bleynə həvalə edilmişdir. Volantisdən olan təbib və Robbun sevgi marağı olan Talisa (Oona Çaplin) obrazı da xüsusi olaraq serial üçün yaradılmışdır. O, serialda Robbun sevgi marağı olan başqa bir qadın personaj Ceyn Veserlinqi əvəz etsə də, əslində, onunla bağlı hansısa ortaq xüsusiyyətləri yoxdur. Talisa ilə yanaşı Robbun hekayə xəttində mühüm rol oynayan Ruzi Bolton rolunu canlandırmaq üçün aktyor Maykl MakElhatton da aktyor heyətinə qoşulur. Saymon Armstronq isə əfsanəvi Gecə keşikçisi Qhorin Halfhendi canlandırır.

Aktyor heyətinə olan digər əlavələr ya kiçik rolların ifaçıları ya da az məşhur aktyorlar olmuşdur. Nümunə kimi, Sansa Starkın hekayə xəttində açar rolu oynamış əyyaç cəngavər Ser Donots Hollard obrazını canlandıran Toni Ueyi göstərmək olar ki, onun süjet xətti iki roman boyunca inkişaf etdirilsə də, serialda, ikinci mövsümün birinci seriyasında kiçik səhnəyə kimi azaldılmışdır.[32] Digər obrazlardan Ben Krompton Gecə keşikçilərindən Dolorus Edd Tolleti, Robert Pyu Cillinin atası və həyat yoldaşı Vayldinq Krasteri[33], Kerr Loqan Davos Sivortun oğlu Matteosu[34], Karl Devis serial üçün yaradılmış personajlardan Ser Alton Lannisteri canlandırmışdır ki, onun personajı da Starklardan Lannisterlərə elçi kimi göndərilən Kleos Freyi əvəz edir.[35] Deniel Portman Tirion Lannisterin silahdaşıyanı Podrik Peyni canlandırır.[36] 19 yaşlı Portman 16 yaşlı Podriki canlandırsa da, romanda personaj 12 yaşlı kimi təsvir edilir. İdmançı olan Portman, utancaq, çəkingən və zəif Podriki yaxşı təsvir etmək üçün məşqlərini dayandırmış və çəki yığmışdır.[37] Lüsen Msamati Davos Sivortun dostu və Lizen qulduru Salladhor Saanı, Edvard Doqliani köçərilərin lideri "Sümük kralı"nı, Oliver Ford Devis isə Stannisisn meysteri Kresseni canlandırmışdır.[38]

Əvvəl Qreqor Kliqan rolunu canlandırmış Konan Stivens Yan Vaytla əvəz olunsa da, birinci mövsümdə ikinci plan rollarını canlandırmış bütün aktyorlar ikinci mövsümdə də öz rollarına qayıtmışlar.[39] Corc Martinin dostu və daha əvvəl romanlar seriyasının audio versiyasını səsləndirməsi ilə tanınmış Roy Dotris birinci mövsümdə səhhəti ilə əlaqədar olaraq serialda rol almaqdan imtina etsə də, ikinci mövsümdə Kral limanında yaşayan yaşlı əlkimyaçı Piromant Hellin obrazını canlandırmışdır.[40]

Çəkilişlər

İkinci mövsümdə Kral limanı səhnələri Dubrovnikin Qədim şəhər hissəsində çəkilmişdir.

Kral limanı və Deyenerisin Qart səhnələrinin çəkilməsi üçün ikinci mövsümdə Malta yerinə çəkilişlər Xorvatiyanın Dubrovnik şəhərinin Qədim şəhər hissəsində aparılmışdır.[41] Məsələn, şəhərdəki Minseta qülləsi Ölümsüzlərin evi kimi istifadə edilmişdir. Divardan şimalda baş verən hadisələrlə bağlı səhnələr 2011-ci ilin noyabrında həyata keçirilmişdir. Əsas çəkiliş məkanları kimi Vatnajökull buzlağı[42], Skaftafell yaxınlığındakı Svínafellsjökull buzlağı və Vik yaxınlığındakı Mýrdalsjökull buzlağı seçilmiş, orda həm də Frostfanq dağları səhnəsi çəkilmişdir.[43][44][45] Şimali İrlandiyadakı yeni çəkiliş məkanları Benbric, Ballintoy limanındakı The Linen Mill Film & Television Studios və Dounhill-Strand olmuşdur.[46] Hadisələr Vinterfell ərazisinin genişləndirilməsini tələb etdiyinə görə, yeni çəkiliş yerləri Tumi kəndi yaxınlığndakı Maniqlass malikanəsində qurulmuşdur.[47]

Musiqi

Əsas məqalə: Taxt oyunları: II mövsüm (soundtrek)

İkinci mövsümdə də serial üçün film musiqisi Ramin Cavadi tərəfindən yazılmışdır. Film musiqisinə romanda adı tez-tez çəkilən və ifa edilən "The Rains of Castamere" mahnısı da daxil edilmiş və mahnı "The National" rok qrupu tərəfindən ifa olunmuşdur.[48]

İkinci mövsümün film musiqisi albomu 19 iyun 2012-ci ildə satışa çıxarılmışdır.[49]

Təbliği

11 dekabr 2011-ci ildən başlayaraq HBO ikinci mövsüm üçün müxtəlif tizer və treylerlər yayımlamağa başlamışdır.[50] İkinci treyler 29 yanvar 2012-ci ildə çıxarılmış[51] və ilk üç gün ərzində 3.5 milyon dəfədən çox izlənərək HBO təbliğat məhsulları arasında baxıılma rekordu qırmışdır.[52] Digər treylerlər müvafiq olaraq 24 fevral[53] və 3 martda[54] çıxarılaraq Florence and the Machine qrupunun "Seven Devils" mahnısı ilə müşayət edilmişdir.

Birinci seriyanın yayım vaxtı yaxınlaşdıqca, HBO aktyor heyətinin fotoları[55] və afişalar kimi başqa təbliğat materialları da yayımlamışdır. "Entertainment Weekly" jurnalının 2012-ci ilin martında yayımlanmış ikinci nəşri dörd əlavə üz qabığı ilə çıxrılmışdır ki, onların da hər birində Piter Dinkleyc, Emiliya Klark, Kit Harinqton və ya Nikolay Koster-Valdau və Lina Hidi canlandırdıqları personajın kostyumunda təsvir edilmişdir.[56]

Qəbulu

Birinci mövsümün tənqidçilər tərəfindən alqışlarla qarşılanması və kommersiya baxımından uğurla qarşılanmasına, həmçinin HBO-nun uğurlu marketinq proqramına görə, ikinci mövsüm hələ yayımına başlanmazdan əvvəl media tərəfindən geniş işıqlandırılmağa başlanmışdır. "Funny or Die" üçün hazırlanmış "Sunday is Coming" adlı iki dəqiqəlik qısa filmdə, "Taxt oyunları"nın qayıdışının yaratdığı həyəcan satirik şəkildə təqdim edilmişdir.[57]

Tənqidilərin mövqeyi

Bəzi media nümayəndələri mövsümün ilk dörd seriyasına, seriyalar efirə verilməzdən əvvəl baxmış və hamısı müsbət fikirlər bildirmişlər. İkinci mövsüm Metacritic rəy aqqreqatorunda 26 tənqidçinin rəyi əsasında 90/100 balla qiymətləndirilmiş və "ümumi alqış"la qarşılanmışdır.[58] "Rotten Tomatoes" rəy aqqreqatorunda film, 36 tənqidçinin rəyi əsasında 96% təravətli 8.89/10 balla qiymətləndirilmişdir; hər mövsüm orta hesabla 96% təravətlə qiymətləndirilmişdir. Sayt tənqidçilərinin konsesusunda deyilir ki, "Birinci mövsümünü güclü debütlə yekunlaşdıran Taxt oyunları, ikinci mövsümdə zəngin fentezi dünyası yaradan səlis nəql üslubu və parlaq personajları birləşdirir."[59]

"Entertainment Weekly" ikinci mövsümü "A-" dərəcəsi ilə qiymətləndirir, canlı və parlaq ifadə üsulunu tərifləyir. Resenzentin fikrincə, aktyor heyəti xeyli genişləndirilsə də, şou mürəkkəbləşdirilməmiş və kitabları oxumayan şəxslər üçün də əlçatan olaraq qalmışdır.[60] "The Huffington Post" ikinci mövsümü "daha eleqant və cəlbedici" adlandırır, şounun özünü daha etibarlı hiss etməsini, vizual olaraq yaxşılaşmasını və yeni aktyorların ifasını tərifləyir.[61] "Newsday" mövsümü "A+" dəsəcəsi ilə qiymətləndirərək "televiziyadakı ən yaxşı şou" adlandırır.[62]

"The Hollywood Reporter" də yazır ki, "Taxt oyunları" "televiziyada ən yaxşı şoulardan biri olmasını sübut edir". Rəydə deyilir ki, serial keyfiyyətini yaxşılaşdırmağa davam edir və bir-biri ilə əlaqəli geniş süjetlər şəbəkəsi təqdim edir, lakin, digər janr şoularından fərqli olaraq "Taxt oyunları"ının ciddi əhvala malik olması onu "Dəlilər" və ya "BədBəxt" kimi seriallarla müqayisə etməyə imkan vermir.[63] "HitFix"dən Alan Sepinuoll yeni "böyük və daha yaxşı" mövsümü "A" balı ilə qiymətləndirərək, şounu etibarlılıq və axıcılığına görə, həmçinin sekspozisiyanı yaxşı istifadə etdiyinə görə tərifləyir.[64] "Chicago Sun-Times" rəyçisi mövsüm premyerasını "həyəcanlı" adlandıraraq yüksək səviyyəli aktyor və rejissor işini, o cümlədən şounun axıcılığını tərifləyir.[65] "The New York Times" serialın ikinci mövsümü haqqında qarışıq rəy yayımlamış yeganə böyük nəşr olmuşdur. Qəzet rəyçisi Dinkleycin personajı istisna olmaqla digər personajlarda mürəkkəbliyin çatışmadığını, çoxsaylı personajların qarışdırıldığını və stabil olmayan ssenarini tənqid etmişdir.[66]

Taxt oyunları (i̇kinci mövsüm): Epizodların tənqidi qiymətləndirilməsi
  • İ̇kinci mövsüm (2012): Rotten Tomatoes saytı tərəfindən müsbət qiymətləndirmə faizi[59]

Mükafat və nominasiyalar

Əsas məqalə: Taxt oyunları teleserialının qazandığı mükafat və nominasiyaların siyahısı

İkinci mövsüm, Əlamətdar dram serialı və Dram serialdında Əlamətdar ikinci plan aktyoru (Piter Dinkleyc üçün) nominasiyaları da daxil olmaqla 11 Praymtaym Emmi mükafatına namizəd göstərilmişdir. İkinci mövsüm, Teleserialda əlamətdar kostyumlar, Tək kameralı serialda əlamətdar quruluşçu-rejissor işi, Tək kameralı serialda əlamətdar makiyaj (protez olmayan), Teleserialda Əlamətdar səs montajı, Komediya və ya dram serialında (bir saatlıq) əlamətdar səs miksi və Əlamətdar xüsusi vizual effektlər nominasiyalarında mükafat qazanmışdır.[67]

İlMükafatKateqoriyaNominant(lar)Nəticəİst.
2012AFI AwardsAFI TV mükafatıTaxt oyunlarıQazandı[68]
Artios mükafatıAktyor seçimində əlamətdar uğur – Teleserial dramNina GoldNamizəd[69]
ASCAP mükafatıTop teleserialRamin CavadiQazandı[70]
Portal mükafatıƏn yaxşı aktyorPiter DinkleycNamizəd[71]
Ən yaxşı aktrisaLina HidiQazandı
Ən yaxşı ikinci plan aktyoruEydan GillenNamizəd
Ən yaxşı ikinci plan aktrisasıMişel FeyrliNamizəd
Meysi VilyamsQazandı
Ən yaxşı seriyaGhost of HarrenhalNamizəd
Ən yaxşı teleserialTaxt oyunlarıQazandı
Ən yaxşı gənc aktyorCek QlisonNamizəd
Meysi VilyamsQazandı
EWwy mükafatıƏn yaxşı ikinci plan aktrisası, dramLina HidiQazandı[72]
Praymtaym Emmi mükafatıƏlamətdar dram serialıDevid Benioff, D. B. Veys, Frenk Doelcer, Karolin Ştrauss, Corc Martin, Vanessa Teylor, Alan Teylor, Qeymon Kasadi, Vins Cerardi və Bernadett KaulfildNamizəd[67]
Dram serialında əlamətdar ikinci plan aktyoruPiter DinkleycNamizəd
Praymtaym Kreativ-arts Emmi mükafatıTək kameralı serial üçün əlamətdar quruluşçu rejissor işiGemma Cekson, Frenk Uelş və Tina Cons "Garden of Bones", "The Ghost of Harrenhal" və "A Man Without Honor" seriyalarına görə[Nb 1]Qazandı
Dram serialında əlamətdar aktyor seçimiNina Qold və Robert SternNamizəd
Serialda əlamətdar kostyumlarMişel Klepton, Aleksandr Fordhem və Xloya Obri "The Prince of Winterfell" seriyasına görəQazandı
İnteraktiv mediada əlamətdaryaradıcı uğurHBONamizəd
Tək kameralı serialda əlamətdar saç düzümüKevin Aleksandr, Kendis Benks, Rozalia Kulora və Qari Meşin "The Old Gods and the New" seriyasına görəNamizəd
Tək kameralı serialda əlamətdar makiyaj (protez olmayan)Poll Engelen və Melissa Lakerstin "The Old Gods and the New" seriyasına görəQazandı
Teleserial, mini serial, Film və ya xüsusi buraxılışda əlamətdar protez makiyajPol Engelen, Konor O'Sullivan və Rob Trenton "Valar Morghulis" seriyasına görəNamizəd
Teleserialda əlamətdar səs montajıPiter Broun, Kira Roessler, Tim Hends, Pol Aulisino, Stiven P. Robinson, Vanessa Lapato, Brett Voss, Ceyms Moriana, Ceffri Uilhot və Devid Klotz "Blackwater" seriyasına görəQazandı
Dram serialında əlamətdar səs miksinqi (1 saat)Metyu Uoters, Onnali Blenk, Ronan Hill və Mervin Mur "Blackwater" seriyasına görəQazandı
Əlamətdar xüsusi vizual effektlərReyner Qombos, Juri Stanossek, Sven Martin, Stiv Kullbek, Yan Fidler, Kris Stenner, Tobias Mannevitz, Tilo Evers və Adam Şazen "Valar Morghulis" seriyasına görəQazandı
İkinci Tənqidçilərin seçimi televiziya mükafatıƏn yaxşı dram serialıTaxt oyunlarıNamizəd[73]
Dram serialında ən yaxşı ikinci plan aktyoruPiter DinkleycNamizəd
Hollywood Post Alliance mükafatıƏlamətdar vizual effektlət – Televiziya"The Prince of Winterfell"Qazandı[74]
Qızıl nimfa mükafatıƏlamətdar beynəlxalq prodüserDevid Benioff, Frenk Doelger, Karolin Ştrauss və D. B. VeysQazandı[75]
Dram serialında əlamətdar aktrisaEmiliya KlarkNamizəd
Lina HidiNamizəd
Dram serialında əlamətdar aktyorPiter DinkleycNamizəd
Kit HarinqtonNamizəd
Britaniya Kinematoqraflar CəmiyyətiTeleviziya dramında ən yaxşı kinematoqrafiyaSem MakKurdi "Blackwater" seriyasına görəNamizəd[76]
17-ci Peyk mükafatıTeleserial, mini serial və ya televiziya filmində ən yaxşı ikinci plan aktyoruPiter DinkleycNamizəd[77]
Ən yaxşı teleserial - dramTaxt oyunlarıNamizəd
IGN mükafatıƏn yaxşı televiziya epizoduBlackwaterQazandı[78]
Ən yaxşıTV DVD və Blu-rayBlu-ray formatda tam birinci mövsümə görəQazandı
Ən yaxşı teleserialTaxt oyunlarıNamizəd
Ən yaxşı dram teleserialıTaxt oyunlarıNamizəd
Ən yaxşı televiziya canisiCek Qlisonun canlandırdığı Coffri Barateon obrazıNamizəd
IGN Xalqın seçimi mükafatıƏn yaxşı televiziya epizoduBlackwaterQazandı
Ən yaxşı dram teleserialıTaxt oyunlarıQazandı
Ən yaxşı televiziya canisiCek Qlisonun canlandırdığı Coffri Barateon obrazıQazandı
Ən yaxşı TV DVD və ya Blu-rayiBlu-ray formatda tam birinci mövsümə görəQazandı
Ən yaxşı teleserialTaxt oyunlarıQazandı
28-ci TCA mükafatıİlin proqramıTaxt oyunlarıQazandı[79]
Dramda individual uğurPiter DinkleycNamizəd
Dramda əlamətdar uğurTaxt oyunlarıNamizəd
2012 Gold Derby TV mükafatıƏn yaxşı dram serialıTaxt oyunlarıNamizəd[80]
Ən yaxşı ikinci plan dram aktyoruPiter DinkleycNamizəd
Ən yaxşı ikinci plan dram aktrisasıLina HidiNamizəd
İlin nəfəskəsən performansıMeysi VilyamsNamizəd
İlin aktyor heyətiTaxt oyunları aktyor heyətiNamizəd
201339-cu Xalqın seçimi mükafatıSevilən triller şouTaxt oyunlarıNamizəd[81]
ADG Excellence in Production Design AwardBir saatlıq tək kameralı teleserialGemma Cekson "The Ghost of Harrenhal" seriyasına görəQazandı[82]
Amerika Kinematoqraflar CəmiyyətiBir saatlıq epizodik televiziya serialında əlamətdar kinematoqraf işiKramer Morgentau "The North Remembers" seriyasına görəQazandı[83]
SFX mükafatıƏn yaxşı aktrisaEmiliya KlarkQazandı[84]
Ən yaxşı aktrisaLina HidiNamizəd
Ən yaxşı aktyorPiter DinkleycNamizəd
NewNowNext mükafatıCause You’re HotRiçard MeddenNamizəd[85]
BAFTA mükafatıBeynəlxalqTaxt oyunlarıNamizəd[86]
Radio Times Audience mükafatıTaxt oyunlarıQazandı
Kostyum dizaynerləri gildiyasının mükafatıƏlamətdar dövr/fentezi teleserialıTaxt oyunlarıNamizəd[87]
Film Audio Cəmiyyətinin mükafatıSəs miksinqində əlamətdar uğur - Bir saatRonan Hill, Onnali Blenk, Metyu Uoters və Brett Voss "Blackwater" seriyasına görəNamizəd[88]
Dorian mükafatıİlin televiziya dramıTaxt oyunlarıNamizəd[89]
10-cu İrland Film & Televiziya mükafatıƏn yaxşı televiziya dramıTaxt oyunlarıNamizəd[90]
Ən yaxşı quruluşçu operatorP.J. DillonNamizəd
Ən yaxşı səsRonan Hill, Mervin MurNamizəd
Astra mükafatıSevilən proqram – Beynəlxalq DramTaxt oyunlarıQazandı[91]
Qızıl baraban mükafatıƏn yaxşı səs montajı – Televiziyada uzun formalı dialoq və ADRTaxt oyunları "Valar Morghulis" seriyasına görəQazandı[92]
Ən yaxşı səs montajı – Televiziyada uzun formalı xüsusi səs effekti və FoleyaTaxt oyunları "Valar Morghulis" seriyasına görəQazandı
Ən yaxşı səs montajı — Televiziyada qısa formalı dialoq və ADRTaxt oyunları "Blackwater" seriyasına görəNamizəd
Ən yaxşı səs montajı – Televiziyada qısa formalı musiqiTaxt oyunları "Blackwater" seriyasına görəNamizəd
Ən yaxşı səs montajı – Televiziyada qısa formalı səs effektləri və FoleyaTaxt oyunları "Blackwater" seriyasına görəNamizəd
Hüqo mükafatıBest Dramatic Presentation, Short FormNeil Marshall (director) and George R. R. Martin (writer) for "Blackwater"Qazandı[93]
Prodüserlər Gildiyasının mükafatı"Epizodik televiziya dramında əlamətdar prodüser işinə görə Norman Felton mükafatı"Devid Benioff, Bernadett Kolfild, Frenk Doelger, Karolin Ştrauss, D. B. VeysNamizəd[94]
Saturn mükafatıƏn yaxşı televiziya təqdimatıTaxt oyunlarıNamizəd[95]
19-cu Ekran aktyorları gildiyası mükafatıTeleserialda tryuk heyətinin əlamətdar ekşn performansıRob Kuper, Ceymi Edgell, Deyv Fişer, Deyv Forman, Pol Herbert, Mişell MakKeon, Sian Milin, Cimmi O’Di, Domonkos Pardanyi, Markus Şakeşeff, CC Smiff və Mark SousuortQazandı[96]
Vizual effektlər cəmiyyətiKommersiya və ya yayım proqramında əlamətdar animasiya personajıİrfan Çelik, Florian Friedmann, İnqo Şaxner, Kris Stenner "Training the Dragons" səhnəsinə görəQazandı[97]
Yayım proqramında əlamətdar kompozisiyaFalk Boje, Ester Engel, Aleksey Kuçinski, Klaus Vuçta "White Walker Army" səhnəsinə görəQazandı
Kommersiya və ya yayım proqramında əlamətdar yaradılmış ətraf mühitRene Borst, Tilo Evers, Adam Figielski, Conas Stakenbrok "Pyke" səhnəsinə görəQazandı
Yayım proqramında əlamətdar vizual effektlərReyner Gombos, Stiv Kullbek, Sven Martin, Yuri Stanossek "Valar Morghulis" seriyasına görəQazandı
Amerika Yazıçılar Gildiyasının mükafatıDram teleserialıDevid Benioff, Brayan Koqman, Corc Martin, Vanessa Teylor, D. B. VeysNamizəd[98]
Cavan Aktyor MükafatıTeleserialda ən yaxşı performans - Cavan ikinci plan aktyoruAyzek Hempsted-RaytNamizəd[99]
Teleserialda ən yaxşı performans – Cavan ikinci plan aktrisasıSofi TörnerNamizəd
Teleserialda ən yaxşı performans – Cavan ikinci plan aktrisasıMeysi VilyamsNamizəd
IGN mükafatıƏn yaxşı TV DVD və ya Blu-rayiBlu-ray formatda tam ikinci mövsümə görəNamizəd[100]

Çıxarılması

Yayım

"Taxt oyunları"nın ikinci mövsümü HBO telekanalı tərəfindən ABŞ-də 1 aprel - 3iyun 2012-ci ildə yayımlanmışdır.[101][102]

Ev üçün buraxılış

Şimali Amerikada ikinci mövsümün DVD/Blu-ray qutu dəstinin satışı və dijital yüklənməsinə 19 fevral 2013-cü ildə başlanılmışdır.[103] DVD dəstinə "Blackwater" seriyasının çəkilişlərindən bəhs edən 30 dəqiqəlik video, aktyorların müsahibələri, personaj profilləri, aktyor və işçi heyətin on iki audio şərhi və şourannerlərin Corc Martinlə Vesteros dini haqqında müzakirəsi əlavə edilmişdir. Blu-ray dəstinə isə bütün bunlarla yanaşı "War of the Five Kings" seriyasının çəkilişləri ilə bağlı video, Vesteros və Essosun tarix və mifologiyası ilə bağlı 19 animasiyalı video daxildir.[104]

Game of Thrones: The Complete Second Season
Dəst detallarıƏlavələr
  • Format: AC-3, Blu-ray, DTS Surround Sound, Dubbed, NTSC, Subtitled, Widescreen
  • Language: English, French, Castilian, Czech, Hungarian, Polish, Spanish
  • Subtitles: English, Castilian, Spanish, Czech, Danish, Dutch, Finnish, French, Hebrew, Hungarian, Norwegian, Polish, Portuguese, Romanian, Serbian, Swedish, Turkish
  • 16:9 aspect ratio
  • 5-disc set, 10 episodes
  • "Creating the Battle of Blackwater Bay": A 30-minute feature including new footage from the set and interviews.
  • "Game of Thrones: Inner Circle": Interviews with several cast member to talk about their experiences shooting season two, moderated by executive producers David Benioff and D. B. Weiss.
  • "The Religions of Westeros": George R. R. Martin, David Benioff and D. B. Weiss discuss the competing religions in the series and how they influence the various characters in Westeros and beyond.
  • "Character Profiles": Profiles of seven major characters as described by the actors portraying them including Renly Baratheon, Stannis Baratheon, Robb Stark, Theon Greyjoy and more.
  • Twelve audio commentaries by, among others, Benioff, Weiss, Martin, Clarke, Dinklage, Harington and more.

Blu-ray exclusive:

  • "War of the Five Kingss": Track the claims, strategies and key players involved in the battle for the Iron Throne with this interactive guide that follows the movements of various armies detailing their victories and defeats.
  • "Histories & Lore": 19 animated histories detailing the mythology of Westeros and Essos as told from the varying perspectives of the characters themselves and featuring, in-part, illustrations from Game of Thrones storyboard artist Will Simpson.
  • "In-Episode Guide": In-feature resource that provides background information about on-screen characters, locations and relevant histories.
  • "Hidden Dragon Eggs", easter eggs.[103]
Çıxış tarixləri
Region 1Region 2Region 4
19 fevral 2013[105]4 mart 2013[106]6 mart 2013[107]

Müəllif hüquqları məsələsi

"Taxt oyunları"nın ikinci mövsümü 2012-ci ilin pirat yolu ilə ən çox yayılan serialı olmuşdur.[108]

İstinadlar

Xarici keçidlər