Taxt oyunları

"Taxt oyunları" — amerikalı yazıçı Corc Martinin fantastik romanlar seriası olan "Buzla alovun nəğməsi"nin ilk romanıdır. İlk dəfə 6 avqust 1996-cı ildə nəşr edilmişdir. Roman 1997-ci ildə Lokus Mükafatını[1] qazandı və həmçinin həm 1997 Nebula Mükafatına,[1] həm də 1997 Dünya Fantaziya Mükafatına namizəd oldu.[2] Romanın Daenerys Targaryen fəsillərindən ibarət "Əjdahanın qanı" romanı 1997-ci ildə Ən Yaxşı Roman nominasiyasında Hüqo Mükafatını qazanıb. 2011-ci ilin yanvarında roman New York Times Bestseller siyahısına daxil oldu,[3] 2011-ci ilin iyulunda isə siyahıda 1-ci oldu[4]

Taxt oyunları
ing. A Game of Thrones
Romanın Azərbaycanca nəşri
Romanın Azərbaycanca nəşri
MüəllifCorc Martin
JanrlarFantastik qurğu, fantaziya
Orijinalın diliamerikan ingiliscəsi, ingilis dili
Ölkə
Orijinalın nəşr ili6 avqust 1996

Romanda hadisələri müxtəlif nöqteyi-nəzərdən danışan Martin Westeros, Divar və Tarqaryenlərin zadəgan evlərinin süjet xəttini təqdim edir. Roman müxtəlif oyunlar da daxil olmaqla bir neçə spin-off əsərinə ilham verib. Roman həmçinin 2011-ci ilin aprelində premyerası olan HBO-nun teleserialı Taxt-tac oyunları"nın ilk mövsümünün adı və əsasıdır. 2013-cü ilin martında "Taxt oyunları" adlı kağız üzlü cildsiz televiziya tie-in yenidən nəşri dərc olunub.[5]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər