TeamViewer

TeamViewer — kompüterlərə və digər cihazlara müdaxiləni təmin edən uzaqdan giriş və uzaqdan idarəetmə proqramıdır.[2][3] İlk dəfə 2005-ci ildə[4] bazara daxil oldu və funksionallığı addım-addım genişlənməyə başladı.[5] TeamViewer mülkiyyət proqramıdır, lakin qeydiyyat tələb etmir və kommersiya məqsədi güdülməyən istifadə üçün ödənişsizdir.[6] İki milyarddan çox cihazda quraşdırılmışdır.[7] TeamViewer, Göppingen mərkəzli eyni adlı şirkətin əsas məhsuludur.[8][9]

TeamViewer
Loqonun şəkli
TipiUzaqdan idarəetmə, Veb konfransları
Tərtibatçı

[[TeamViewer (company)

|TeamViewer AG]],
Əməliyyat sistemiWindows, macOS, Linux, Android, iOS/iPadOS, Raspberry Pi[1]
Yayımlanma tarixi2005
Sonuncu versiya(28 yanvar 2021 (3 il əvvəl) (2021-01-28))
Lisenziyamülkiyyət proqramı
Saytteamviewer.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Rossmanith GmbH, TeamViewer proqramının ilk versiyasını 2005-ci ildə bazara daxil etdi, amma həmin dövrdə proqram hələ VNC proyektinə əsaslanırdı.[10] Bir İT xidmət provayderi müştərilərin lazımsız səyahətlərdən çəkinmələrini və proqramı uzaqdan yükləmək kimi tapşırıqları reallaşdırmaq istədi.[11] Daha sonra startap çox uğurlu oldu ve bu gün TeamViewer Germany GmbH olaraq fəaliyyət göstərən və TeamViewer AG-nin bir parçası olan TeamViewer GmbH-nin ərsəyə gəlməsinə səbəb oldu.[12]

Əməliyyat sistemləri

TeamViewer, Microsoft Windows, Windows Server və Apple-ın macOS-u da daxil olmaqla ümumi əməliyyat sistemlərinə[13] sahib olan bütün masa üstü kompüterlərdə istifadə oluna bilər.[14] Həmçinin bir neçə Linux paylamaları və törəmələri üçün də paketlər də var: Debian,[15] Ubuntu,[16] Red Hat,[17]Fedora Linux.[18] Bundan başqa, Raspberry Pi OS, Raspberry Pi üçün Debian versiyası da var.[19]

TeamViewer, Android və ya Apple iOS / iPadOS əməliyyat sistemi ilə işləyən smartfonlarplanşetlər üçün də mövcuddur.[20] Lakin Microsoft, iki əməliyyat sistemi üçün dəstəyi dayandırdıqdan sonra Windows Phone və Windows Mobile üçün dəstək ləğv edildi.[21]

Funksionallıq

TeamViewer-in funksionallığı cihazdan və proqramın variantından və ya versiyasından asılı olaraq dəyişir. TeamViewer-in əsas işi kompüterlərə və digər cihazlara uzaqdan giriş, eləcə də onların idarə və nəzarət edilməsini təmin etməkdir.[22] Bağlantı qurulduqdan sonra uzaq ekran digər son nöqtədə istifadəçi üçün görünür. Beləliklə paylaşıla bilən lövhə sayəsində hər iki son nöqtə istifadəçisi faylları göndərə və qəbul edə bilir.[23] Bundan əlavə İP telefon vasitəsilə səs və video ötürülməsi kimi bəzi funksiyalar komanda əməkdaşlığını asanlaşdırır.[24]

Son illərdə proqramın funksionallığı xüsusilə böyük şirkətlərdə istifadəsi üçün optimallaşdırılmışdır.[25] Bu məqsədlə TeamViewer Tensor müəssisə variantı hazırlanmışdır.[26] TeamViewer həmçinin TeamViewer Pilot[27] ilə artırılmış reallıq elementləri ilə uzaqdan dəstək üçün proqram təminatı satır.[28] TeamViewer, Microsoft (Teams),[29][30] Salesforce[31] və ServiceNow[32] kimi digər tətbiq və xidmətlərə interfeyslər təklif edir. Xidmət demək olar ki, bütün ölkələrdə mövcuddur və 30-dan çox dildə dəstəklənir.[33]

Lisenziya siyasəti

Kommersiya məqsədi olmayan özəl istifadəçilərin TeamViewerdən ödənişsiz istifadəsi mümkündür.[34][35] Lakin proqramın kommersiya istifadəsinə görə ödəniş edilməlidir.[36] Tətbiqin lisenziyadan abunə modelinə keçdiyi üçün birdəfəlik alma artıq mümkün deyil.[37] Proqramdan istifadə haqqı istifadəçi sayına və paralel seans sayına görə hesablanır.[34] Yeniləmələr aylıq olaraq yayımlanır və bütün istifadəçilər üçün daxil edilir.[38]

Təhlükəsizlik

Gələn və gedən əlaqələr İnternet və ya yerli şəbəkələr vasitəsilə eyni dərəcədə mümkündür. TeamViewer, istənildiyi təqdirdə TeamViewer vasitəsilə nəzarətsiz giriş imkanı verən bir Windows sistem xidməti kimi çalışa bilər. Proqramın, məsələn bir USB məlumat daşıyıcısı vasitəsilə, tamamen kurulum gerektirmeden çalışan taşınabilir bir sürümü de vardır. tam quraşdırmaya ehtiyac olmadan çalışan portativ tətbiq versiyası da var.[39]

Bağlantı avtomatik olaraq yaradılan unikal ID-lər və şifrələrdən istifadə edərək qurulur. Her əlaqədən öncə TeamViewer şəbəkə serverlərini, hər iki uc nöqtənin şəxsiyyətlərinin doğruluğunu yoxlayır. Güvenlik, kullanıcıların uzaktaki aygıtın kimliğine ilişkin ek kanıt sağlamasına olanak tanıyan parmak iziyle artırılır. Təhlükəsizlik, istifadəçilərin uzaqdakı cihazı tanımağa imkan verən "fingerprint" metodu vasitəsilə daha da gücləndirilir. Əlaqə cəhdləri arasındakı gözləmə müddəti tətbiq olunaraq şifrələr Brute-Force hücumuna qarşı qorunur.[40] TeamViewer, iki faktorlu doğrulama, əngəlləmə və icazə siyahıları kimi əlavə təhlükəsizlik özəlliklərinə də sahibdir.

Bir əlaqə qurmadan əvvəl TeamViewer, firewall və digər təhlükəsizlik sistemləri tərəfindən qoyulmuş məhdudiyyətləri aşkar etmək üçün əvvəlcə cihazın və şəbəkənin konfiqurasiyasını yoxlayır. Ümumiyyətlə, əlavə əlaqə nöqtələrinin açılmasına ehtiyac olmayacaq şəkildə birbaşa TCP / UDP bağlantısı qurula bilər. Əks təqdirdə TeamViewer, HTTP tuneli kimi digər yollara baş vura bilər.[41]

Seçilən əlaqə növündən asılı olmayaraq, məlumatlar yalnız təhlükəsiz məlumat kanalları vasitəsilə ötürülür. TeamViewer, RSA (4096 bit) və AES (256 bit) əsaslı ucdan uca şifrələməyə malikdir.[42] Prinsip olaraq ortada adam hücumu mümkün deyil. Buna iki açar cütünün imzalanmış açar mübadiləsi zəmanət verir.[43]

İstismar

Fırıldaqçı dəstək

TeamViewer və bənzər proqramlar texniki dəstək adı ilə sui-istifadə edilə bilər.[44] Bu vəziyyətdə təcavüzkarlar qurbanlarının kompüterləri üzərində nəzarəti əldə etmək üçün tanınmış şirkətlərin işçiləri kimi davranırlar. Daha sonra qurbanlarından pul almaq üçün bəhanə gətirirlər.[45] Bu səbəbdən İngilis İnternet provayderi TalkTalk, proqramın məlumat trafikini müvəqqəti olaraq blokladı.[46] TeamViewer, proqramdan sui-istifadənin hər növünü qınayır, bu baxımdan məhsulu daim inkişaf etdirir, təhlükəsiz istifadə üçün tövsiyələr verir və müvafiq hadisələri araşdırır.[47]

Hesaba giriş

2016-cı ilin iyun ayında yüzlərlə TeamViewer istifadəçisi Çində icazəsiz bir ünvandan kompüterlərinə giriş olduğunu və bank hesablarının mənimsənildiyini bildirdi.[48] TeamViewer, hadisəni istifadəçinin "diqqətsiz şifrə istifadəsi" ilə əlaqələndirdi və "TeamViewer hücuma məruz qalmadı və təhlükəsizlik açığımız yoxdur. TeamViewer güvənli və uyğun təhlükəsizlik tədbirlərinə sahibdir. Bildirilən problemdən dolayı bir neçə əlavə addım mümkün sui-istifadənin qarşısını alacaqdır" deyə açıqlama verdi.[49]

İdman sponsorluqları

19 mart 2021-ci ildə TeamViewer, Mançester Yunayted FK ilə 2021–22 mövsümündən başlayaraq beş illik 275 milyon avro (235 milyon funt) forması ilə sponsorluq müqaviləsi bağladığını elan etdi.[50][51] Həmçinin 2014-cü ildən bəri forma sponsoru olan Amerika avtomobil markası Chevroleti əvəz edəcəyi bildirilir.[52]

İstinadlar

Xarici linklər