Theatrum Orbis Terrarum

Theatrum Orbis Terrarum — ilk müasir atlasın prototipi. Gillis Hoftmanın təkidlə dəstəklədiyi və Antverpendə 20 may 1570-ci ildə çap edilmiş tarixdə dünyanın ilk müasir coğrafi atlası idi. Orteli atlasına bəzən XVI əsr kartoqrafiyasının xülasəsi deyilirdi.

Theatrum Orbis Terrarum
MüəllifAvraam Orteli
Orijinalın nəşr ili20 may 1570
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmunu

"Yer kürəsinin mənzərəsi" adlanan bu atlas həmin dövr üçün mövcud olan coğrafi bilikləri özündə dəqiq əks etdirirdi. "Тhеаtrum orbis terrarum" (lat. "Yer kürəsinin mənzərəsi") adlanan bu atlas həmin dövr üçün mövcud olan coğrafi bilikləri özündə dəqiq əks etdirirdi. Yüz il ərzində o dənizçilər üçün əvəzedilməz rol oynadı. Orteiusun atlası kartoqrafiyanın inkişafında böyük rol oynayıb.[1]

“Teatrum Orbis Terrarum” atlası 20 may 1570-ci ildə Abraam Orteli tərəfindən çap edilmişdi. Atlasın original nəşri kartoqraflar tərəfindən hazırlanan 70 xəritədən və izahlı mətnlə birlikdə 53 səhifədən ibarətdir. İlk nəşrdən sonra Orteli müntəzəm olaraq xəritəni təkmilləşdirir, onun müxtəlif çeşidli yeni versiyalarını təqdim edirdi. Atlasın sonuncu nümunəsi, 31-ci buraxılışı 167 xəritəni əhatə etmişdi. Bütün bu mərhələlərdən sonra belə xəritəyə diqqət yetirilsə hələ də müəyyən ərazilərin burada təsvir olunmadığını görərmək mümkündür.[2]

Abraam Orteli qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə “Qitə sürüşməsi” teoriyasını irəli sürmüşdü. O qeyd edirdi ki, qitələr hərəkət halındadır, bunun nəticəsində onlar indiki mövqelərini tutublar.[2]

Nəşri

Latın dilində olan bu xəritə sonralar alman, holland, fransız, ispan, italyaningilis dillərinə də nəşr olunub. Bu atlasın yaranması ilə 1570-ci ildən XVII əsrin sonlarına qədər Hollandiyada bir sıra xəritələr tərtib olunmağa başlandı. Hollandiya həmin zamanda xəritə tərtibatında ən geri qalan ölkələrdən idi. Tərtibatın inkişafı nəticəsində həmin dövr “Holland Kartoqrafiyasının Qızıl Dövrü” kimi adlandırılmışdı.

Yeni Cənubi Uels Dövlət Kitabxanasında saxlanılan 1573-cü il cildinin onlayn surətində, hər bir ilk təbəqənin üz tərəfində təsviri çap ilə birlikdə altı xəritə köklərə bərkidilmiş 70 nömrəli iki səhifəlik vərəqdən ibarətdir.

Bütün nəşrlər eyni quruluşa malik idi. Ortelinin atlasının nəşri Hollandiyanın böyüyən orta təbəqəsinin təhsilə və elmə daha çox maraq göstərdiyi vaxt baş verdi. Boş fərdi xəritə vərəqələrinin kolleksiyalarından ibarət olan əvvəlki atlaslardan fərqli olaraq, Ortelinin məntiqi şəkildə qurulmuş və əlaqəli formatı daha rahat və populyar olduğunu sübut etdi. Theatrum Orbis Terrarum kommersiya baxımından uğurlu olduğunu sübut etsə də, heç vaxt Ortelini varlı bir adam halına gətirmədi. Onu hətta ən tanınmış və ya uğurlu illüstrativ kartoqraf etdirmədi.

Qalereya

İstinadlar