Toşima (ada)

Toşima[1][2] (yap. 利島) — vulkan məşəlli ada, İzu adalarına[3] daxildir. İnzibati cəhətdən Tokio perfekturasına daxildir. Tokiodan 130 km cənubda yerləşir. Fuci-Hakone-İzu milli parkı ərazisinə daxildir. Adada Toşima kəndi yerləşir. Kənddə 304 nəfər (2007) yaşayır.

Toşima adası
yap. 利島
Ümumi məlumatlar
Sahəsi4,12 km²
Hündür nöqtəsi508 m
Əhalisi304 nəfər (2007-ci il)
Yerləşməsi
34°31′17″ şm. e. 139°16′48″ ş. u.
Ölkə Yaponiya
Akvatoriya
Toşima adası xəritədə
Toşima adası
Toşima adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğafiyası

Toşima adasının sahəsi 4,12 km² təşkil edir və İzu arxipelaqının ən kiçik adasıdır. Ən hündür zirvəsi 508 metr olan Miyasuka dağıdır. Ada ərazisinin 80 % meşə ilə örtülmüşdür. Kameliya (Camellia) ərazinin böyük hissəsində yayılmışdır. Bu bitkinin çiçəkləmə dövrü noyabr-mart aylarına təsadüf etdiyindən ada qırmızı rəngə bürünür.

Toşima İzuoşima və Niişima adaları arasında yerləşir.

İqtisadiyyat

Adanın iqtisadiyyatının əsas gəlir mənbəyi balıqçılıqdır. Üstəlik adada kiçik fermer təsərrüfatı və turistik mərkəz vardır.

Adalar arasında hərəkət edən bərələr qısa müddətində Toşimada dayanırlar. Yaxşı havalarda ada ilə əlaqə helikopterlə təmin edilir.

Ədəbiyyat

  • Teikoku's Complete Atlas of Japan, Teikoku-Shoin Co., Ltd. Tokyo 1990, ISBN 4-8071-0004-1
  • Saishin-Nihon-chizu 1990 - Atlas of Japan, Imidas Shueisha, Tokyo

Mənbə

İstinadlar