Trabzon yürüşü (1510)

Trabzon yürüşü (1510)Şah I İsmayılın Trabzon üzərinə hərbi birləşmə göndərməsindən sonra baş vermiş döyüşdür. Bu yürüş baş verən zaman Trabzon valisi şahzadə Səlim idi.

Trabzon yürüşü (1510)
Səfəvi-Osmanlı müharibələri
Çəhəl Sütun Sarayının interyerində Səfəvi-Osmanlı arasındakı bir döyüşü təsvir edən XVII əsrə aid divar rəsmi.
Tarix1510
YeriTrabzon
SəbəbiSəfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər
NəticəsiOsmanlı İmperiyası qalib gəldi.[1][2][3]
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Səfəvilər İmperiyası

Komandan(lar)

Şahzadə Səlim

İbrahim Səfəvi

Arxa plan

1505-ci ildə Şah İsmayılın qardaşı kiçik hərbi birləşmə ilə Səlimin vali olduğu vilayəti yağmalamaq üçün yürüşə başladı. Bəzi yerlər yağmalandıqdan sonra baş vermiş döyüşdə I İsmayılın qardaşı İbrahim Səfəvinin tabliyindəki ordu Ərzincan döyüşündə məğlub edildi.[4] 1507-ci ildə Şah İsmayılın Anadoluda yerləşən Dulqədiroğulları bəyliyinə yürüş edərkən Osmanlı imperiyası ərazisindən keçməsinə cavab olaraq Səlim Səfəvi ordularından birinin birləşməsinə Ərzincanda hücum etdi. Gözlənilmədən yaxalanan Səfəvi ordusu məğlub oldu.[5]

Döyüş

1510-cu ildə Şah İsmayıl, Səlimin 1505-ci ildə uğurla müdafiə etdiyi bölgəyə yenidən Qızılbaş ordusu göndərdi.[6] Şah İsmayılın qardaşı İbrahim Mirzə ilk mərhələdə uğur qazanıb osmanlı ərazilərinin içlərinə daxil olsa da, sonda məğlub edildi.[1][2][3]

Nəticə

Bundan əvvəlki toqquşmaları da nəzərə alsaq Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında gərginlik durmadan yüksəlirdi. 1510-cu il Trabzon yürüşünün ardınca 1511-ci ildə Anadoluda Qızılbaş türk tayfalarının iştirakı və Şahqulunun başçılığı altında Osmanlı hakimiyyətinə qarşı böyük üsyan başladı.[7] Üsyan sonunda yatırıldı və Şahqulu edam edildi.[8]

1512-ci ildə Səlimin Osmanlı sultanı olması ilə birlikdə, Osmanlı-Səfəvi münasibətləri daha da pisləşdi.[9]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər