Trabzon

TrabzonTürkiyənin ərazisinin böyüklüyünə görə ən böyük iyirmi doqquzuncu şəhəridir. Sahəsi 4.662 km²-dir. Trabzon, Qara dəniz sahilləri ilə Ziqana dağları arasında yerləşən, olduqca zəngin təbiətə, rəngarəng adət-ənənələrə, əsrarəngiz mədəniyyətə malik bir şəhərdir. Övliya Çələbi bu şəhər haqqında demişdi:

Şəhər
Trabzon
Trabzon
Trabzonun Boztəpədən görünüşü
Trabzonun Boztəpədən görünüşü

41°00′18″ şm. e. 39°43′21″ ş. u.


ÖlkəTürkiyə
Tarixi və coğrafiyası
Sahəsi4.662 km2 km²
Hündürlük
0 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi807.903 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduTR-61
Telefon kodu(+90) 462
Poçt indeksi61000–61999
Avtomobil nömrəsi61
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Trabzona kiçik İstanbul desək yanılmarıq. O, İrəm bağları kimi bəzəkli, rəngarəng bir şəhərdir."

Trabzou hətta Şahzadələr şəhəri də adlandırırlar.[1]

Əhali

Şəhərin əhalisinin sayı 807.903 nəfərdir. Bu gün Trabzon Qara dəniz regionunda Samsun şəhərindən sonra ikinci ən böyük şəhər hesab olunur.

İllərə görə əhali: Trabzon
İl194019501960197019801990200020102019
Əhali390.733 [2]420.279532.999659.120731.045795.849975.137763.714807.903

Təhsil

Osmanlı İmperiyasının hakimiyyəti dövründə təhsil ocağı kimi fəaliyyət göstərən səkkiz mədrəsə, təhsil müddəti dörd il olan beş məktəb, bir ədəd peşə məktəbi mövcud idi. Müasir dövrdə Trabzonda 815 orta məktəb, 86 kollec və 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrindən biri Qara dəniz Texniki Universitetidir. Bu universitet 2 dekabr 1963-cü ildən etibarən fəaliyyət göstərir. Digər ali təhsil müəssisəsi isə Özəl Avrasiya Universitetidir. Bu universitet isə 2011-ci ildə fəaliyyətə başlamışdır. Trabzon, Qara dəniz bölgəsində yeganə şəhərdir ki, ərazisində iki böyük ali təhsil müəssisəsi fəaliyyət göstərir.[3]

İqlim

Trabzon üçün aylıq orta temperatur
YanFevMarAprMayİynİylAvqSenOktNoyDek
Max. Temperatur (°C)10,911,012,215,619,223,526,226,824,020,116,513,1Ø18,3
Min. Temperatur (°C)4,74,45,68,813,017,220,120,617,513,69,86,7Ø11,8
Temperatur (°C)7,57,48,511,916,020,423,223,520,416,512,79,6Ø14,8
Yağıntı (mm)79,061,058,557,252,750,734,445,578,1116,496,180,6Σ810,2
T
e
m
p
e
r
a
t
u
r
10,9
4,7
11,0
4,4
12,2
5,6
15,6
8,8
19,2
13,0
23,5
17,2
26,2
20,1
26,8
20,6
24,0
17,5
20,1
13,6
16,5
9,8
13,1
6,7
YanFevMarAprMayİynİylAvqSenOktNoyDek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
79,0
61,0
58,5
57,2
52,7
50,7
34,4
45,5
78,1
116,4
96,1
80,6
 YanFevMarAprMayİynİylAvqSepOktNoyDek


Muzeylər

  • Trabzon Muzeyi
    Ayasofya Muzeyi, Trabzon
  • Trabzon Ayasofya Muzeyi
  • Trabzon Atatürk Ev Muzeyi
  • Ağcaabad Ortaməhəllə Evləri Muzeyi
  • Şamil Əkinçi Muzeyi

Kütləvi informasiya vasitələri

QəzetlərRadioTv kanalları
Kuzey EkspresTRT Trabzon RadyosuTrabzon TV
KaradenizBayrak FMKaradeniz TV
Karadeniz'de İlkhaberTaka FMMavi Karadeniz TV
Karadeniz'de GünebakışKuzey FMKanal Trabzon
TakaRadyo KTUZigana TV
TürksesiZigana RadyoKanal Mavi
Karadeniz'in SesiRadyo AktifKuzey TV

Qardaş şəhərlər

Həmçinin bax

İstinadlar