Ulaşlı (Qubadlı)

UlaşlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilmiş və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Ulaşlı
39°13′46″ şm. e. 46°41′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ulaşlı xəritədə
Ulaşlı
Ulaşlı

Toponimikası

XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarlann Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəlmişlər. Keçmiş Borçalı qəzasında (Gürcüstan) Hulaş (Kulaş), Dağıstanda Ulaşlı kəndi, Ermənistan (XVII əsr) və Qazaxıstan ərazilərində Kulaş yaşayış məntəqələrinin adlan hulaşlann adı ilə bağlı olmuşdur.[2]

Coğrafiyası və iqlimi

Ulaşlı kəndi Bərgüşad çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax