Vasif Adıgözəlov

Azərbaycan bəstəkarı

Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı15 sentyabr 2006[1][2], Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı.

Vasif Adıgözəlov
Vasif Zülfüqar oğlu Adıgözəlov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı
AtasıZülfü Adıgözəlov
Musiqiçi məlumatları
Fəaliyyətibəstəkar, müəllim
Janropera
Musiqi alətipiano
Təhsili
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1989 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973 Azərbaycan SSR Dövlət mükafatı — 1990
"İstiqlal" ordeni — 2005 "Şöhrət" ordeni — 1995

Həyatı

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1989-cu ildən professor adını almışdır. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.

Təltif və mükafatları

Əsərləri

  • 2 opera: "Ölülər (opera)", "Natəvan (opera)"
  • 5 musiqili komediya: "Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana"
  • 4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"
  • 3 kantata: "Novruzum", "Təntənəli"
  • 4 simfoniya
  • 6 instrumental konsert
  • kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Xatirəsi

2020-ci ilin fevralında bəstəkarın yaşadığı mənzilin qarşısında barelyefi açılmışdır. Əsərin müəllifi heykəltaraş Aslan Rüstəmovdur.[4]

Filmoqrafiya

  1. Aktrisanın təbəssümü (film, 1974)
  2. Balaca çoban (film, 1985)
  3. Bir tale naxışı. Vasif Adıgözəlov (film, 2012)
  4. Cazibə Qüvvəsi (1964)
  5. Həyat bizi sınayır (film, 1972)
  6. Keyfiyyət nişanı (film, 1974)
  7. Kədərimiz... Vüqarımız...
  8. Kişi sözü (film, 1987)
  9. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  10. Qəribə əhvalat (film, 1960)
  11. Lahıc (film, 2004)
  12. Maestro (film, 2002)
  13. Mahnı qanadlarında (film, 1972)
  14. Məhəbbət oratoriyası (film, 2003)
  15. Mətbuat fədaisi (film, 2007)
  16. Nəriman Əliyev (film, 2005)
  17. Skripkanın sərgüzəşti (film, 1972)
  18. Sovet Azərbaycanı (film, 1972)
  19. Sovet Azərbaycanı (film, 1977)
  20. Şərikli çörək (film, 1969)
  21. Zülfü ocağı (film, 2002)

Mənbə

İstinadlar

Xarici keçidlər