Vestminster körpüsü

Vestminster körpüsü Londonda Temza çayı üzərində piyadaların və avtomobillərin hərəkəti üçün tikilmiş, şimal sahilində Vestminster və cənub sahilində Lambeti birləşdirən körpüdür.

Vestminster körpüsü
Westminster Bridge
Xəritə
51°30′03″ şm. e. 0°07′19″ q. u.
KeçidTemza çayı
YeriBöyük London, Vestminster borosu, Lambet[d]
ÜslubuArka körpü
Uzunluğu
  • 250 m
Eni26 m
Açılışı1862 (Yenidənqurma:2007)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpü, əsasən, yaşıl rəngdə boyanıb. Bu, körpünün yaxınlığındakı Vestminster sarayında yerləşən İcmalar palatasındakı oturacaqlar ilə eyni rəngdədir. Bu körpü həmçinin Lordlar Palatasının oturacaqları ilə eyni rəngdə, qırmızı rəngdə olan Lambet Körpüsündən fərqli rəngdədir və Parlament Palatasının qarşısındadır.[1]

2005–2007-ci illərdə körpü əsaslı şəkildə bərpa olundu, dəmir kəmərlər dəyişdirildi və körpü yenidən rəngləndi. Körpü çayın qərb sahilində Vestminster sarayını Kaunti Hall və şərq sahilindəki Londonun gözü ilə birləşdirir. Vestminster körpüsü London Marafonunun ilk illərində finiş nöqtəsi idi.

Tarixi

1750-ci ildə Vestminster körpüsü tikilənədək, Temza çayı üzərində yeganə körpü London körpüsü idi.[2] Bu körpü 1862-ci ildə yenisi ilə əvəz olunub.

İstinadlar

Xarici keçidlər