Vikipediya:Bizimlə əlaqə/İstifadəçilərlə əlaqə

Vikipediya istifadəçiləri internetə çıxışı olan adi insanlardır. Onların demək olar ki, heç birinin Vikimedia Fondu ilə hər hansı rəsmi əlaqəsi yoxdur. Saytda olan məlumatlarından başqa, onlarla əlaqə saxlamağınıza kömək edə bilmərik.

Mesaj göndərin

Hamı tərəfindən oxuna biləcək mesaj göndərmək üçün:

  1. Axtarış qutusuna İstifadəçi müzakirəsi:<istifadəçiadı> yazın və axtarın. Məsələn, "Nümunə" adlı istifadəçi üçün İstifadəçi müzakirəsi:Nümunə yazmalısınız.
  2. Səhifənin yuxarısında yerləşən "Mövzu əlavə et" düyməsinə klikləyin.
  3. Mesajınızı yazın və "~~~~" istifadə edərək imzanızı əlavə edin. Daha sonra Mövzu əlavə et düyməsini klikləməklə mesajınızı yayımlayın.

Xüsusi e-poçt göndərin

Digər istifadəçilərə e-poçt göndərə bilmək üçün daxil olmalısınız və etibarlı e-poçt ünvanınız olmalıdır.

  1. Axtarış qutusuna İstifadəçi:<istifadəçiadı> yazın və axtarın. Məsələn, "Nümunə" adlı istifadəçi üçün İstifadəçi:Nümunə yazmalısınız.
  2. Səhifənin sol altındakı Alətlər bölməsindəki "İstifadəçiyə e-poçt göndər" keçidinə klikləyin.
    Bütün istifadəçilər üçün "İstifadəçiyə e-poçt göndər" keçidi aktiv olmaya bilər.
  3. E-poçtunuzu yazın və Göndər düyməsinə klikləyin.