Vikipediya:Həftənin seçilmiş məqaləsi/20. Həftə 2014
Dünyəvi zövqlər bağı — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsərin orijinal adı itirilib, İspaniya kralı IV Filippin tərtib etdirdiyi invertarda əsər La Pintura del Madrono adlandırılıb. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bosxun dəqiq doğum tarixi bilinmir, hesablamalara görə 1450-ci il olması güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. |
🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat