Vikixəbər

Vikixəbər (ing. Wikinews) — Ensiklopediya kontekstində cari hadisələr haqqında məlumat verən İnternet-ensiklopediyadır.

Vikixəbərin loqotipi

Layihə 2004-cü ilin dekabr ayında fəaliyyətə başlamışdır və hazırda 28 dildə mövcuddur. Müxtəlif dillərdə mövcud olan Vikixəbərlərdə indiyə kimi 88 minə yaxın xəbər nəşr edilmişdir. Digər layihələrdə olduğu kimi burada da əsas şərt neytrallığın gözlənilməsidir.

Xarici mənbələrdən əldə edilmiş xəbərlər burada orijinal və ya qısa xülasə şəkildə verilə bilər. Layihənin əsasən iki məqsədi vardır: digər nəşriyyatlara alternativ və azad xəbərlərin təqdim olunması və hər bir xəbərin diqqətlə yoxlanması.

Azərbaycanca bölməsi

Vikixəbər layihəsinin Azərbaycanca bölməsi hələ ki, incubatorda mövcuddur[1][2].

İstinadlar

Xarici keçidlər

Həmçinin bax