Vilyam Tekkerey

Vilyam Tekkerey (ing. William Makepeace Thackeray; 18 iyul 1811[1][2][…], Kəlkətə[4]24 dekabr 1863[1][2][…], London) — yazıçı.

Vilyam Tekkerey
ing. William Makepeace Thackeray
TəxəllüsüMichael Angelo Titmarsh[3], George Fitz-Boodle, Ikey Solomons
Doğum tarixi18 iyul 1811(1811-07-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi24 dekabr 1863(1863-12-24)[1][2][…] (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kensal-Qrin qəbiristanlığı[d][5]
Təhsili
Fəaliyyətiyazıçı, roman yazıçısı, nasir
Əsərlərinin diliingilis dili
Janrlarsatira, roman, esse
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Uliyam M. Tekkerey 1811-ci ildə Hindistanin Kalküta vilayətində anada olub. Ailəsi tərəfindən oxumaq üçün İngiltərəyə göndərilib.Həmin zaman bir neçə məktəb dəyiştirib. Karterhause məktəbini bitirib. Daha sonra Parisə ziyarəti vaxtı Qöte ilə tanış olur.Həyatı boyu kitablara dəyər verən yazar 52 yaşında vəfat edir.

Yaradıcılığı

Ən romanı Qürur Dünyası (roman), qəhrəmanı Becky Sharpın, sinif keçmək üçün nələri gözə aldığını danışılır. Romanlarında qəhrəmanlarının ehtirasları üzündən içinə düşdükləri gülünc ya da utandırıcı vəziyyətləri danışılır. Digər romanları arasında Barry Lyndon, Pendennisin Macəraları: Talehi, Talehsizlikləri, Dostları və Ən Böyük Düşməni sayıla bilər.

Roman janrının çiçəklənməsində Çarlz Dikkens və Vilyam Tekkereyyaradıcılığı müstəsna yeri ilə seçilir. Bu mənada yaradıcılığında artıq"yeni dövrün meyllərini" əks etdirən Vilyam Tekkereyin əsərləri mühüm əhəmiyyətvə aktuallıq kəsb edir. Vilyam Meykpis Tekkerey (William Makepeace Thackeray,1811 – 1863) XIX əsr ingilis ədəbiyyatında tənqidi realizmə xas satira vəqroteskin banisi kimi dəyərləndirilir. Yazıçının erkən nəsrində (o, 1840-cı illərdəimzasını bir yazıçı kimi tanıtdırmışdır) XIX əsr ingilis romanında ümumi etikmeyllərilə inkişaf edən satirik-moralist yazıçının formalaşdığını müşahidəedirik. O, artıq ilk əsərlərində tipik hadisə kimi snobizmi, pula, var-dövlətəsahib olmaq ehtirasını, əxlaqsızlığı və prinsipsizliyi ifşa etməyə canatmışdır. 1846-cı ilin fevralı ilə 1847-ci ilin fevralı arasında yazıçı "Panç"jurnalında "Snoblar kitabı"nı çap etdirmişdir. Sonra bu əsərin adı dəyiş- dirilmiş, "Özlərindənbiri tərəfindən təsvir olunan ingilis snobları" kimi ("The Snobs of England, byOne of Themselves") nəşrə təqdim edilmişdir. Burada snoblar haqqında oçerklərsilsiləsində ingilis ictimai-siyasi həyatı təsvir olunmuşdur. "Snob" sözününözü yazıçının şərhində xüsusi məna kəsb edir. Onun ilkin mənası "pinəçişagirdi" deməkdir. Sonradan o, ədəbsiz, tərbiyəsiz insan mənasını ifadə edənjarqon sözə çevrilmişdir. Kitab 52 fəsildən ibarətdir və onun hər fəslindəsnobun müəyyən tipi satirik qələmlə təsvir edilmişdir. Vilyam Tekkerey ilk dəfəXIX əsr ingilis ədəbiyyatında ətraf mühit və xarakterin qarşılıqlı təsiriniaçıb göstərmiş və bu, realizmin inkişafına onun böyük töhfəsi kimi dəyərləndirilmişdir."Nyukomlar" ("The Newcomes") yenidən burjua-aristokratik mühitin geniş təsviriilə birləşən ailə xronikasıdır. Əsər möhtəşəm "Müqəddimə" ilə açılır. Əgər"Şöhrətpərəstlik yarmarkası"nın müqəddiməsində yazıçı personajlarını kuklateatrının marionetlərinə bənzədirsə, burada o, onları Ezopun təmsillərindəkialleqorik heyvan fiqurları ilə müqayisə edir: bütün tiplər, insan xarakterləriözünəxas hərəkətləri ilə qədim təmsillərdən və nağıllardan keçir: qorxaq vəlovğalar, zülmkarlar və onların qurbanları, fırıldaqçılar və sadəlövhlər; şirlibası geyinmiş uzunqulaqlar, ləyaqət maskası geyinmiş Tartyuflar; aşiqlər vəonların iztirabları, heyranlığı, nadincliyi, daimiliyi… Təklif olunan kitabdabaşına tovuz tükü qoyub lovğalanan sağsağanlar təqdim olunacaq… işvəli qızlaradırnaqlarını kəsməyə izin verib onlara aşiq olan şirlər görünəcək; peşələrindəuğur qazanan fırıldaqçılara da rast gəlinəcək, lakin namuslu adamlar da bəzənuğur qazanacaq…"

Vilyam Tekkereyin ikinci tarixi romanı"Virciniyalılar"da ("The Virginians") Henri Esmondun nəvələri – Corc və HenriUorrinqtonlardan (onlar həmçinin Pendennisin dostu Uorrinqtonun əcdadlarıdır)söhbət gedir. Yazıçı əsərində XVIII əsrin ikinci yarısında ingilis və Amerika cəmiyyətininbədii mənzərəsini yaratmışdır. Onun sonuncu romanları "Filippin sərgüzəştləri"və "Denni Duval"dır. Onlardan birincisi (1862) yazıçının iki əsərinin – 1840-cıildə nəşr etdirdiyi "Meşşan tarixi" və "Artur Pendennisin hekayəsi"nin bir növsintezidir. Yazıçının "Denni Duval" adlı tamamlanmamış romanında onun məş- hurmarinist (dəniz həyatına dair əsərlər yaradan sənət adamı) – yazıçı FrederikMarriatın (Captain Frederick Marryat, 1792–1848) üslubunda dəniz macəraromanına meyli açıq-aşkar hiss edilir. Balıqçılar və qaçaqmalçılar mühitində tərbiyəalan və sonra hərbi-dəniz donanmasının admiralı olan adi bir gəncin hekayəsiMarriat romanlarının pafosunu xatırladır. Lakin Vilyam Tekkereyin romanformasının inkişafına verdiyi töhfələri və əhəmiyyətli bədii-satirik kəşflərinionun müasirləri və həmvətənləri Antoni Trollop (Anthony Trollope, 1815–1882) vəCorc Eliot (George Eliot, 1819–1880) yüksək qiymətləndirmişlər.

Azərbaycan ədibinin Vilyam Tekkereyyaradıcılığı ilə iki ədəbiyyat tipinin vəhdətində öyrənilməsi mədəni-ədəbi dəyərlərarasında heç bir milli sərhəddin qoyulmadığını göstərir. Əvvəla, hər iki görkəmlimətbuat və ədəbiyyat xadiminin cəmiyyət həyatını realist təsvir üsulu ilə qələməalması ilk keyfiyyət oxşarlığı kimi diqqəti cəlb edir. Sosial mühit və insanqarşıdurmasının ziddiyyətlərini təsvir edərkən hər iki yazıçı tipik şəraitinrealist təsviri fonunda müasirliyə can atan yeni qəhrəman obrazlar silsiləsiniyaratmışlar. Henri Esmond, Barri Lindon, Bekki Şarp, Dobbin, Artur Pendenniskimi, Kefli İskəndər, Məmmədhəsən əmi, Usta Zeynal, Novruzəli müxtəlif təbəqələrinadamı olsalar da, mənəvi saflığa can atırlar…

"Vilyam Tekkereyin "Şöhrətpərəstlikyarmarkası" romanında insanın sosial faciəsi"ndən bəhs edən birinci bölmədəqeyd edilir ki, yazıçı ədəbiyyat tarixində "Şöhrətpərəstlik yarmarkası"romanının müəllifi kimi böyük şöhrət qazanmışdır. "Şöhrətpərəstlikyarmarkası"nda Snoblar dünyasını yaradan müəllif keçən əsrin əvvəllərini təsviredərək onu digər tarixi dövrlərin analoqu kimi göstərməyə müvəffəq olmuşdur.Teatrlaşdırma prinsipi dünyanın satirik təsvir elementi kimi "Şöhrətpərəstlikyarmarkası" romanı üçün çox vacibdir. Teatrlaşdırma ciddi tərtib edilmiş, "çoxməharətlə rolları bölüşdürən müdrik safsar (xəzli heyvan) tərəfindən idarəolunan" tamaşadır və burada "safsar" rolunda hər şeyi əhatə edən sənətkarınyaradıcılıq iradəsi çıxış edir. Teatrlaşdırma həmişə icraçıların – səhnəoyunçularının və tamaşa- çıların mövcudluğunu nəzərdə tutur: təsadüfi deyildirki, qədim yunan dilindən tərcümədə "teatr" sözü "tamaşaçı üçün yer" deməkdir."Oyun" və "teatrlaşdırma" anlayışlarının qovuşuğunda "teatrallıq" anlayışıdayanır. Bu anlayışın özü də incəsənət növü kimi teatr məkanından çıxaraq ədəbiəsərə daxil olur. Daha geniş mənada götürsək, ədəbiyyatda "teatrallıq" anlayışıəsərin xüsusi bədii təşkil formasını ifadə edir. Vilyam Tekkereyin "Şöhrətpərəstlikyarmarkası" romanının ikinci adı "Qəhrəmansız roman" kimi təqdim edilmişdir.Burada dünya romanın əsas hissəsini təşkil edən hadisələr fonunda Yarmarka təsvirolunur. Kuklaoynadan tamaşaçıları çağırır, onlara bəzi kuklaları təqdim edir:Rebekka, Emili, Dobbin. O, insanları içərisində hər 14 şeyi olan tamaşayabaxmağa dəvət edir: "qan axıdılan döyüşlər, möhtəşəm və dəbdəbəli karusellər,kübar həyatın səhnələri, eyni zamanda çox sadə insanların həyatından görüntülər,həssas ürəklər üçün məhəbbət epizodları, bir də yüngül janrda komikepizodlar".1 "Şöhrətpərəstlik yarmarkası"nda pul, cəmiyyətdə mövqe və ehtiramdalınca qaçarkən həqiqi dəyərlər yaddan çıxır. İnsan bankdakı hesabı, titulu vənəyisə qurban vermək bacarığına görə dəyərləndirilir. Vilyam Tekkereypersonajlarına müdrik və hər şeydən agah skeptikmoralistin istehzalı baxışlarıilə yuxarıdan aşağıya baxır və onları oxucusuna hoqqabazlıqları və qeyri-adi əyləncələrinümayiş etdirən insanları yarmarka balaqanındakı marionetlər kimi göstərir. Əsərinmüəllifi kukla tamaşasının şərhçisi və rejissoru rolunda çıxış edir. Onuntamaşaçıya müraciətinin tonu dəyişə bilər: bu gah məzəli eyham, gah acıistehza, gah da hiddətli ifşa ilə yoğrulmuşdur. Ədib əsərində geniş aristokratlarqalereyasını yaratmışdır. Bu, Krouli ailəsinin çoxsaylı üzvləridir: ədəbsiz vəkobud mülkədar Pitt Krouli, onun oğulları və qardaşı Byut Krouli, qohumlarınınbir-birləri ilə çəkişdikləri bö- yük var-dövlətə sahib yaşlı xanım Krouli.Pula, var-dövlətə görə Kroulilərin hər biri rəqibinin boğazını üzməyə beləhazırdır. Acgöz maraqlar və alçaq ehtiraslar doğma insanları bir-birinin düşməninəçevirir. Ser Pitt Kroulinin – "həyatın rəzilliklərinə həvəsi olan filosofun" şəxsiyyətidaha koloritlidir. Ser Pitt qəddar və tamahkardır. O, savadsızdır və indiyə qədərəlinə bir kitab belə alıb oxumağa cəhd göstərməyib, buna baxmayaraq, "son dərəcəprinsipiallıqla öz ləyaqətini qoruyur və nadir hallarda, özü də yalnız dördatlıqoşquda gəzib dolaşır". "Dünyada çətin ki, ikinci belə hiyləgər, alçaq, xudbin,deyingən və əxlaqsız qoca tapılsın. Pitt Kroulinin yekəpər əli öz cibindənbaşqa istənilən cibə girməyə hazırdır".2 Aristokrat snoblar cərgəsində markizStaynın da adı çəkilir. O, böyük həyat təcrübəsi olan yaşlı, sırtıq, bacarıqlı əyyaşvə oğrudur. Lakin Stayn özünə titul və böyük sərvət əldə edə bilir, adlı-sanlıaristokrat qızla evlənir və cəmiyyətin sütununa çevrilir. Burjua dairələrinə mənsubEmili və aristokrat mühitinə qoşulmağa can atan Rebekkanın taleyi timsalındayazıçı ingilis həyatının realist mənzərəsini yaradır, şəxsi talelərin sosialmühitlə əlaqəsini açıb göstərir.

Şöhrətpərəstlik yarmarkası"nda insanlar, təbiiki, varlılara yaltaqlanırlar" – qəhrəmanların münasibətləri bununla izaholunur. Birja dəllalı Sedlinin ailəsi dilənçi vəziyyətinə düşür, tacir Osbornisə uğur qazanır. Sedlinin müflisləşməsi qohumu Osbornu ondan üz döndərməyə məcburedir. Vardövlətdən məhrum olmuş bədbəxt Emili də çölə atılır. Yalnız mirasalaraq, o, yenidən burjua snoblarının dünyasında özünə yer tapa bilər. VilyamTekkerey oxucunu Bekkinin heç də əxlaqi cəhətdən vergi müfəttişi vəzifəsindəuğur qazanan Coz Sedlidən, Krouli ailəsindən pozğun olmadığını anlamağa məcburedir. Şübhəsiz ki, o, yazıçının rişxəndlə soyadlar verdiyi, at, qoyun və digərheyvanlarla birbaşa qohumluğuna işarə etdiyi "yüksək təbəqədən" olan adlı-sanlışəxslərdən pis deyildir. Əlbəttə ki, Bekki öz ədəbsiz, pozğun və qəddar himayədarımarkiz Stayndan (yazıçı ona həmçinin "Stein" – alman dilində "daş" soyadıvermişdir) da pis deyildir. Buna görə də Bekkinin bütün intriqalarınabaxmayaraq, çətin ki, Staynı onun qurbanı hesab etmək olar. Rebekka Şarpağıllı, fərasətli, mahir, cazibədar, enerjili, işgüzardır, möhkəm xasiyyətə, qətiyyətə,iradəyə malikdir. O, ilk dəfə romanın səhifələrində görünəndə heç nədən məlumatıolmayan oxucu qeyri-iradi olaraq ona rəğbət bəsləyir. Özündən razı, təkəbbürlüvə lovğa miss Pinkerton Bekkini – kasıb zümrənin qızı – istedadlı, lakin səhlənkarvə içkiyə qurşanmış rəssam-atası və tanınmayan rəqqasənin yetim qızını kölə vəziyyətindəsaxladıqları gənc qızlar üçün istifadə edir. Pansionu tərk edərkən o, özünü necədə sərbəst və hiddətli aparır. Lakin Bekki Şarpın xarakteri, onun həyat məramıvə ona çatmaq üçün seçdiyi vasitələr, davranış tərzi heç də qəhrəmana xasxüsusiyyətləri özündə təcəssüm etdirmir. Bekki Şarp acgöz fırıldaqçıdır. O,yuxarıya doğru irəliləyərək böyük var-dövlətə, ad-sana və ya ən böyük vəzifəyəçatmaq üçün hər şeyə hazırdır. O, heç də əxlaqsız həyat tərzi yaşadığı üçünözünü günahlandırmağa meylli deyil, əksinə bunun səbəbini yaşadığı mühitdə,maddi ehtiyacda görür. Vilyam Dobbin Emilini nəvaziş və fədakarlıqla sevir,Emilinin sözləri ilə desək, o, "xeyirxahlıq və dürüstlük mücəssəməsidir". Buyalnız qərəzli görünə biləcək Emilinin sözləri deyil, həm də müəllifinfikridir. Bu məsələdən agah olmaq oxucu üçün o qədər də çətin deyildir. LakinEmilinin yaşadığı mühit maskalanmış insanları asanlıqla öz toruna sala bilən "əsasları"ilə şübhəli görünür. "Şöhrətpərəstlik yarmarkası"nın müsbət qəhrəmanı ÇarlzDikkens romanlarının müsbət qəhrəmanları kimi güclü təsir və simpatiya oyatmır.Bekki asanlıqla və ani olaraq özünə qəsd etmək fikrindən çəkinir. O, 16 sadəcəinadkar yox, həm də parlaq həyata can atan həyatsevər obrazdır. Emili Sedlininhəyatı fərqli şəkildə qurulur. Onun payına olmazın əzab-əziyyət düşür, o, özünühəm sadəlövh, həm də səfeh kimi aparır, lakin yalnız özü haqqında fikirləşmir,öz qeydinə qalmır. Müəllif onun haqqında hekayəni "xoşbəxt sonluqla" – onu sevəninsanla, Vilyam Dobbinlə nigahla bitirməyi mümkün hesab edir. Yazıçı göstərirki, bu insanlar həyatlarında belə bir sevincə həqiqətən də layiqdirlər."Yarmarka"da hadisələrin cərəyan etdiyi zamanı yazıçı Napoleon müharibələrininAvropanı lərzəyə gətirdiyi XIX əsrin ilk 30 ilinə aid edir. Romanda bir neçə səhifəəsərin bəzi personajları kimi Vilyam Dobbinin də iştirak etdiyi Vaterloodöyüşünə həsr edilmişdir. Vilyam Tekkereyin təsvir etdiyi "Söhrətpərəstlikyarmarkası" alqı- satqı mərkəzində baş verən hadisələri xatırladır və yazıçı təqdimetdiyi obrazları ilə yarmarka sevincini və təlaşını özünün yaratdığı balaqan(küçə tamaşası) tamaşasına oxşadır. "Şöhrətpərəstlik yarmarkası"nın hadisələriXIX əsrin 10–20-ci illərini əhatə edir. Əslində Uiyam Tekkereyin romanında başverən hadisələr Lev Tolstoyun "Hərb və sülh" romanında təsvir olunan tarixidövrün bir hissə- sini əhatə edir. Romanın bəzi epizodlarından göründüyü kimiVilyam Tekkerey Napoleon hücumunun dəf edilməsi nəticəsində insanlarda vətənpərvərlikəhval-ruhiyyəsinin yüksəlməsindən çıxış edərək böyük ustalıqla real sosial

mühitin yeni səhnələrini yaratmışdır.

Mənbə: GÜLSƏRƏN HAMLET QIZI ÖMƏROVAİNGİLİS VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINDASOSİAL MÜHİT VƏ İNSAN PROBLEMİ(U.TEKKEREY VƏ C.MƏMMƏDQULUZADƏNIN ƏSƏRLƏRIƏSASINDA)

İstinadlar