Vyetnamın tarixi adları

Vyetnamın tarixi adlarıvyetlər və vyetnamlıların tarixi dövlət adlarının siyahısı.

Müstəqil vyet və Vyetnam dövlətlərinin mövcudluğu dövründə onların rəsmi adları dəfələrlə dəyişmiş, bununla yanaşı qeyri-rəsmi adları da mövcud olmuşdur.

Vyetnam dövlətlərinin tarixi adları

Sitkui

Sitkui adı e.ə. 2879–2524-cü illərdə istifadə edilmişdir.[1]

Vyetthıonq və Vyet

E.ə. XII əsrdə Vyetthıonq (çin. ənən. 越裳),[2] təqribən e.ə. VII əsrdən e.ə. 333-cü ilə qədər Vyet[3] adı mövcud olmuşdur. Mənbələrdə qeyd edilir: "Çenq-vanın dövründən Yuzşan (Vyetthıonq) klanı adlandırılmağa başlamışdır. Beləliklə, Vyet adı yaranmışdı".[4]

Vyetthıonq və Vyet e.ə. XII–VII əsrlərdə batvyetləri təşkil edən və e.ə. VII əsrdə ilk iki orijinal dövlətin meydana gəlməsi üçün əsas olan iki böyük qəbilə birliyidir. Batvyetlərin birləşməsi nəticəsində Vanlanq və Vyet çarlıqları yaradılmışdır.

Vyetnam dövlətinin rəsmi adları

Vyetnam

1804–1839-cu illərdə. Rəsmi sənədlərdə dövlətin adı kimi "Vyetnam" ilk dəfə 1804-cü ildə Nquyen sülaləsinin imperatoru Zya Lonq tərəfindən istifadə edilmişdir.

Daynam

1839–1887-ci illərdə.

Tonkin, Annam, Koxinxina

1887–1945-ci illərdə.

Vyetnam imperiyası

1945-ci ildə.

Vyetnam Demokratik Respublikası

1945–1946-cı illərdə (bütün Vyetnam ərazisi), 1946–1954-cü illərdə (yeraltı hökumət) və 1954–1976-cı illərdə (yalnız Şimali Vyetnam)

Koxinxina Muxtar Respublikası

1946–1948-ci illərdə (yalnız Koxinxina koloniyasının ərazisi)

Vyetnam dövləti

1949–1954 (bütün Vyetnam ərazisi) və 1954–1955 (yalnız Cənubi Vyetnam)

Vyetnam Respublikası

1955–1975-ci illər (yalnız Cənubi Vyetnam)

Cənubi Vyetnam Respublikası

1975–1976-cı illər (yalnız Cənubi Vyetnam)

Vyetnam Sosialist Respublikası

1976-cı ildən bu günə qədər.

İstinadlar

Əlavə ədəbiyyat

  • Деопик Д. В. История Вьетнама. Ч. I. Учебник. М., 1994.
  • Деопик Д. В. Вьетнам: История, традиции, современность. М., 2002.
  • Lịch sử Vịêt Nam. T. 1. Hà Nội, 1971.

Xarici keçidlər