Vyetnam Xalq Ordusu

Vyetnam Xalq Ordusu (VXO; vyet. Quân Đội Nhân Dân Việt Nam, hərf. Vyetnam xalqının ordusu, QĐNDVN) — Vyetnam Sosialist Respublikasının silahlı qüvvələrinin rəsmi adı.

Vyetnam Xalq Ordusu
Quân đội nhân dân Việt Nam
Yaranma tarixi22 dekabr 1944 (79 il əvvəl) (1944-12-22)
Ölkə
DaxildirVyetnam Xalq Silahlı Qüvvələri
QərargahMilli Müdafiə Nazirliyi, Nquyen Tri Fuonq yolu nömrə 7, Badin, Hanoy
ŞüarıQuyết thắng ("Qazanmaqda qərarlı")
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

22 dekabr 1944-cü il Vyetnam Xalq Ordusunun (VXO) yaranma tarixi hesab olunur. Bu gün nizami qüvvələrin ilk dəstəsi yaradılmış və Vo Nquyen Zyap tərəfindən idarə edilmişdir. Bu zaman dəstə 1 yüngül pulemyot, 17 tüfəng, 2 tapança və 14 çaxmaqlı tüfənglə silahlanmış 34 döyüşçüdən ibarət idi. 1944-cü il dekabrın 24 və 25-də dəstə ilk döyüş əməliyyatlarını həyata keçirmişdir. Burada Fransa müstəmləkə qoşunlarının iki postu hücuma məruz qalmış və ələ keçirilmişdir.[1]

Daha sonra Vo Nquyen Zyap VXO-nun ilk Baş Komandanı olmuşdur.

1945-ci ilin aprelində Vyetnamın FransaYaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün Ho Şi Min tərəfindən yaradılmış hərbi-siyasi təşkilat olan Vyetmin dəstələrində vuruşan döyüşçülərin sayı minə çatmışdır. O zaman əsas hərbi komandanlıq yaradılmış və ilk komandir heyətinin hazırlanması üçün məktəblər açılmışdır.[2]

15 may 1945-ci ildə "Vətəni xilas edən" və azadlıq dəstələrinin birləşməsi nəticəsində "Vyetnam Azadlıq Ordusu" yaradılmışdır.[3][4]

İstinadlar

Əlavə ədəbiyyat

  • The Years of Fighting and Building of the Vietnamese People's Army. Ha-noi, 1951.
  • Nguyen Cong Luan. The NVA: A New Look. // Infantry. — March-April 1975. — Vol. 65 — No. 2.
  • Придыбайло А. Вьетнамская Народная армия. — М., 1974.
  • Марков М., Корин А. Вооружённые силы Вьетнама // Зарубежное военное обозрение. — 1994. — № 3. — С. 8–13.