Walkie

İvan Vitalyeviç Petunin (rus. Иван Витальевич Петунин , 24 may 1995, Beloreçensk, Krasnodar diyarı30 sentyabr 2022, Krasnodar) daha çox Walkie kimi tanınır(keçmişdə Walkie T) — rusiyalı hip-hop ifaçısı və batl-reper. Rusiyada iştirak etdiyi rep-batl sayına görə ilk yeri tutur[1][2].

Walkie
rus. Иван Витальевич Петунин
Ümumi məlumatlar
LəqəbləriWalkie Tъ, Walkie
Doğum tarixi24 may 1995(1995-05-24)
Doğum yeri
Vəfat tarixi30 sentyabr 2022(2022-09-30) (27 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətirepçi, müğənni-mahnı yazarı
Fəaliyyət illəri2012–2022
Janrhip-hop[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Erkən həyatı

İvan Petunin 1995-ci il 24 may tarixində dünyaya göz açıb. 14 yaşında EminemTupak Şakurdan ilhamlanaraq rep oxumağa başlayıb. Batl-rep karyerasına 2012-ci ildə Slovo(ru) protekti çərçivəsində başlayıb. 2015-ci ildə hərbi xidmətə yolanıb.

İlk məşhurluq

2016-cı ildə ordudan qayıtdıqdan sonra Sankt-Peterburqa köçüb və #SLOVOSPB proyekti tərkibində fəaliyyət göstərməyə başlayıb.[3][4] Rəqibi ilə saxta dava şousu hazırladığına görə protyektdən kənarlaşdırılılmasına baxmayaraq ilk məşhurluğunu qazanıb. 2017-ci ildə Versus(ru) protekti çərçivəsində batllarda iştirak edib.[5][6][7][8]

Sağlamlıq problemləri

Walkienin izləyiciləri onun davranışının qəribələşdiyini görməyə başladılar.[9][10] Bundan sonra reperin həyat yoldaşı və anası onu bir ay yarım psixiatriya xəstəxanasına yerləşdirdi. Həkimlər ona şizofreniyabipolyar pozuntu diaqnozu qoydu. Xəstəxanadan çıxandan sonra həyat yoldaşı İvanı evə aparıb, o isə üçüncü mərtəbədən tullanıb və onurğasını zədələdiyinə görə xəstəxanaya yatırılıb.[3] Bu hadisədən sonra həyat yoldaşı ondan ayrılıb.[3][9] Bu hadisələrdən sonra Walkie "Canavarlar psixiatriya xəstəxanasında" (rus. Волки в психушке)(Walkieволки eyni səslənir) adlı albom hazırlayıb.

Ölümü

30 sentyabr 2022-ci il tarixində İvan öz telegram kanalında ölüm öncəsi müraciət videosu yayımladı və Rusiyanın Ukraynaya hücumu səbəbindən deprasiyaya düşdüyünü bildirdi. Petunin videoda Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini bildirib:

“Mən əlimə silah ala və tətiyi çəkərək özüm kimi insanları öldürə bilmərəm. Bəzən öz prinsiplərinə görə ölməyi bacarmaq lazımdır”

Daha sonra çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən tullanaraq intihar edib.[11][12]

İstinadlar

Xarici keçidlər