Windows 8

Windows əməliyyat sisteminin versiyası


Windows 8Microsoftun yaratdığı əməliyyat sistemi. Windows 8 Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi əməliyyat sistemidir.

Windows 8
YaradıcıMicrosoft
İstehsalçıMicrosoft
ƏS ailəsiWindows NT
BazasıWindows 7, Windows NT
Buraxılış tarixi26 oktyabr 2012[1]
Son versiya6.2.9200 — 26 oktyabr 2012 — 6.3.9600 — 17 oktyabr 2013
Yenilənmə tezliyiİldə bir dəfə
Yenilənmə üsuluWindows Update, Windows Store
Dəstəklənən dillərÇox dilli
Dəstəklənən platformalarx86, x64, ARM
İnterfeysMetro UI
LisenziyaEULA
VəziyyətiAktiv
Veb-saytıRəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz "Start" düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC ("çip üzərində sistem" – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi "x86" platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.

Aparat tələbləri

Takt tezliyi 1 Qhs olan prosessor, 2 qiqabayt operativ yaddaş, sərt diskdə 20 Qb sərbəst yer, ən azı 1366x768 və DirectX 9 formatı dəstəkləməlidir.[2]

İstinadlar