Xəbər agentliyi

Xəbər agentliyi və ya informasiya agentliyixəbərləri toplayan və onları qəzetlər, jurnallar, radioteleviziya yayımçıları kimi özünə abunə olan xəbər təşkilatlarına satan təşkilat. Xəbər agentlikləri öz press-relizləri ilə tanınırlar.

"Reuters" agentliyi. Bonn şəhəri. 1988-ci il.

Dünyada bir çox xəbər agentlikləri olmasına baxmayaraq, üç qlobal xəbər agentliyinin – "Agence France-Presse" (AFP), "Associated Press" (AP) və "Reuters"in dünyanın əksər ölkələrində ofisləri var, medianın bütün sahələrini əhatə edir və beynəlxalq xəbərlərin əksəriyyəti dünya qəzetləri tərəfindən çap olunur.[1]

Tarixi

Keçmişdə yalnız bir neçə böyük qəzet öz şəhərlərindən kənarda büroların xərclərini qarşılaya bilirdi. Onlar bunun əvəzində xəbər agentliklərinə, xüsusən də Fransada "Agence France-Presse" (AFP) və ABŞ-də "Associated Press" agentliyinə etibar edirdilər. AFP-nin keçmiş əməkdaşları 1851-ci ildə Britaniyada "Reuters", 1849-cu ildə isə Almaniyada "Wollfs"-un əsasını qoyublar.[2]

Bu agentliklər bütün abunəçilərə tək obyektiv xəbər lenti təqdim etmək kimi əsas fəlsəfə ilə fəaliyyətə başlamışdır. Conatan Fenbi fəlsəfəni belə izah edir:

Belə geniş məqbulluğa nail olmaq üçün agentliklər açıq-aşkar tərəfkeşlikdən çəkinirlər. Şübhəsiz ki, doğru məlumat onların ticarətdəki səhmləridir. Ənənəvi olaraq, onlar öz məlumatlarını sözçüyə, mətbuata və ya digər mənbələrə aid edərək aşağı məsuliyyət səviyyəsində hesabat verirlər. Onlar mühakimə yürütməkdən çəkinir, şübhə və qeyri-müəyyənlikdən uzaqlaşırlar. Onların təsisçiləri bu sözdən istifadə etməsələr də, obyektivlik, ya da buna riayət edilmədiyi halda hamı tərəfindən qəbul edilən neytrallıq onların müəssisələrinin fəlsəfi əsasını təşkil edir.[3]

1960-cı illərdən etibarən iri agentliklərə televiziya və jurnallarda yeni imkanlar yaradılmış və xəbər agentlikləri isə tələbatı daim artan görüntü və fotoların ixtisaslaşmış istehsalı ilə təmin olunmuşdur. Məsələn, onlar Fransada milli bazarın üçdə ikisini təşkil edir.[4]

1980-ci illərə qədər dörd əsas xəbər agentliyi - AFP, AP, UPI və "Reuters" bütün dünyada qəzetlər tərəfindən çap olunan xarici xəbərlərin 90%-dən çoxunu təmin edirdi.[5]

Hökumətlər, həmçinin, xəbər agentliklərinə nəzarət edə bilərlər. Çin ("Xinhua News Agency"), Rusiya (TASS), Türkiyə (Anadolu Agentliyi) və bir sıra digər ölkələrdə hökumət tərəfindən maliyyələşdirilən xəbər agentlikləri var. Bu agentliklər həmçinin, digər agentliklərin məlumatlarından da istifadə edirlər.[6]

Həmçinin bax

İstinadlar

Əlavə ədəbiyyat

  • Fenby, Jonathan. The International News Services (1986)
  • Gramling, Oliver. AP: The Story of News (1940)
  • Kenny, Peter. "News agencies as content providers and purveyors of news: A mediahistoriographical study on the development and diversity of wire services" (MPhil Diss. University of Stellenbosch, 2009) online, with a detailed bibliography pp. 171–200
  • Morris, Joel Alex. The Deadline Every Minute: The Story of the United Press (1957)
  • Paterson, Chris A., and Annabelle Sreberny, eds. International news in the 21st Century (University of Luton Press, 2004)
  • Putnis, P. "Reuters in Australia: the supply and exchange of news, 1859–1877" Media History (2004). 10#2 pp: 67–88.
  • Read, D. The power of news: the history of Reuters (Oxford UP, 1992).
  • Schwarzlose, Richard Allen. The American wire services: a study of their development as a social institution (1979)
  • Stephens, M. A history of news (3rd ed. Oxford UP, 2007).
  • Sterling, C. H. "News agencies" in Encyclopedia of international media and communications (2003) 3: 235–246.
  • Storey, Graham. Reuter's Century (1951)
  • Xin, X. "A developing market in news: Xinhua News Agency and Chinese newspapers" Media, Culture & Society (2006) 28#1 pp: 45–66.

Xarici keçidlər