Xaçmaç

Xocalı rayonunda kənd

XaçmaçAzərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.[2][3]

Xaçmaç
39°45′09″ şm. e. 46°52′27″ ş. u.
Ölkə Azərbaycan
RegionXocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.177 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 202 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Xaçmaç xəritədə
Xaçmaç
Xaçmaç

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xaçmaç kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.

Xacmac Xocalı rayonunun Qızıloba inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Bərgüşaddan və Zəngəzurda hazırda dağıdılmış Köhnə Kotuk kəndindən çıxmış erməni ailələrinin Xacmac adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, toponim buərazidə mövcud olan sutun üzərində xac formalı daşların olması ilə bağlıyaranmışdır[4].

Həmçinin bax

İstinadlar