Xaçmaz

Azərbaycanda şəhər
Bu məqalə Xaçmaz şəhəri haqqındadır. Xaçmaz rayonu üçün Xaçmaz rayonu səhifəsinə baxın.

XaçmazAzərbaycanda şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[1]

Şəhər
Xaçmaz
41°28′05″ şm. e. 48°48′10″ ş. u.
Ölkə
BaşçıElnur Rzayev
Tarixi və coğrafiyası
Əsası qoyulub1938
Mərkəzin hündürlüyü42 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 39.900 nəf. (2012)
Rəqəmsal identifikatorlar
Poçt indeksiAZ2700
Xəritəni göstər/gizlə
Xaçmaz xəritədə
Xaçmaz
Xaçmaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.

Əhalisi

Xaçmaz şəhəri əhalisinin milli tərkibi
Etnik qrupSayı, 1970 sa.[2]Nisbəti, 1970 sa.[2]
Cəmi22.313100 %
Azərbaycanlılar13.17059 %
RuslarUkraynalılar5.30123,8 %
Ləzgilər1.7267,7 %
Yəhudilər8924 %
Ermənilər5072,3 %
Tatarlar2441,1 %
Gürcülər210,1 %
Avarlar50,1 %
Tatlar30,1 %
Digərləri
İlSayı
19261.293[3]
19397.508[4]
İlSayı
195917.123[5]
197022.313[6]
İlSayı
197926.012[7]
198928.990[8]
İlSayı
201239.900

Tanınmış şəxsləri

Qardaş şəhərlər

Qalereya

İstinadlar

Xarici keçidlər