Xadim bəy Talış

(Xadim bəy Xüləfa səhifəsindən istiqamətləndirilmişdir)

Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən[1] himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi.[2]

Xadim bəy Xüləfa
Xadim bəy Talış
bayraq
Səfəvi ordeninin Xəlifət əl-Xulafası
bayraq2
1498 – 1514
Əvvəlki?
Sonrakı?
bayraq
Divan bəyi (əmir-i divan)
bayraq2
Əvvəlkitəsis olunub
SonrakıBayram bəy Qaramanlı
bayraq
Bağdad bəylərbəyi
bayraq2
1508 – 1514
ƏvvəlkiBarik bəy Pörnak (Ağqoyunlu dövlətinin bəylərbəyi)
SonrakıSeyyid Süleyman
Şəxsi məlumatlar
Doğum tarixiXV əsr
Vəfat tarixi23 avqust 1514(1514-08-23)
Vəfat yeriÇaldıran döyüşü
Vəfat səbəbidöyüş zamanı ölüm
Dəfn yeriƏrdəbil
Milliyyətitalış
Fəaliyyətihərbi qulluqçu

Çaldıran döyüşündə həlak olmuşdur.[1]

Həyatı

Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir.[1] 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi.[3][4] Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi.[3][4]

O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur.[5]

Ailəsi

Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi.[6]

Həmçinin bax

İstinadlar

Mənbə

  • Floor, Willem. "The Secular Judicial System in Safavid Persia". Studia Iranica. 29 (1). 2000: 9–60. doi:10.2143/SI.29.1.565532.
  • Floor, Willem. "The Khalifeh al-kholafa of the Safavid Sufi Order". Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft. 153 (1). 2003: 51–86. JSTOR 43381252.
  • Nasiri, Mirza Naqi. Floor, Willem (redaktor ). Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration. Willem Floor tərəfindən tərcümə olunub. Washington, D.C.: Mage Publishers. 2008. ISBN 1-933823-23-2.
  • Reid, James J. Tribalism and Society in Islamic Iran, 1500–1629. Malibu, California: Undena Publications. 1983. ISBN 0-890031-25-8.