Xocik

XocikAzərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd.[1]

Xocik
39°20′41″ şm. e. 46°41′11″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xocik xəritədə
Xocik
Xocik
Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Xocik

Etimologiyası

Oykonimin "kiçik kənd" mənasında olması ehtimal edilir.[2]

Tarixi

Yaşayış məntəqəsini İranın Xocik kəndindən köçüb gəlmiş ailələr salmışlar.[2]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Xocik kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Xocik Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[4]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası

Xocik kəndi Həkəri çayının sahilindədir.[2]

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[6]

İstinadlar

Xarici keçidlər