Xristianlıqda Oğul

Xristianlıq


Xristianlıq

Oğul, Oğul-Allah yaxud Allahın Oğlu – xristian inancına görə, bir Allahın üç üqnumundan biri. Üç üqnum doktrininə əsasən, Allahın Oğlu və ya Oğul-Allah AtaMüqəddəs Ruh ilə mahiyyətcə eynidir, lakin Şəxs olaraq ayrıdır. İsa Məsihin Şəxsində bəşər olub dünyaya gəlmədən öncə Oğul əzəldən vardır.[1]

Xristian inancına görə, Allah-Oğul AtaMüqəddəs Ruh kimi əzəli və əbədidir. “Afanasi iman rəmzi” belə elan edir:[2]

Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.

Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur.
Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır...
Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.

Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.

Həmçinin bax

İstinadlar