Yaşıl tikinti

Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür.[1] Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir.[2]

Viiki — Helsinkidə aşağı enerji sərfiyatına malik binalardan ibarət kvartal. Binaların fasadına günəş panelləri yerləşdirilmişdir.

Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.[3]

Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur:

  • enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək;
  • insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək;
  • tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq.

Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.

Həmçinin bax

  • Təbii tikinti

İstinadlar

Xarici keçidlər