Yaponiya bankı

Yaponiya bankı (yapon dilində: 日本銀行 Нихон гинко) — Yaponiyanın mərkəzi bankı.

Yaponiya Bankı
Loqonun şəkli
Tokioda Yaponiya Bankının baş idarəsiYaponiya Bankının binası
Yerləşməsi
35°41′26″ şm. e. 139°46′34″ ş. u.
Ölkə
ÜnvanYaponiya Yaponiya, Tokio
Ümumi məlumatlar
Yaranma tarixi1882
Ehtiyatları2 660 007 mln. iyen (2009)
ValyutaYaponiya iyeni
Digər məlumatlar
Saytıwww.boj.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yaradılmışdır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə dəyişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura dövlətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəyyənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır. 1988-ci il 1 apreldə Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, bank Maliyyə nazirliyindən asılı deyildir.

Ümumi məlumat

Yaponiya Bankı öz statusuna görə, inzibati orqan yox, səhmdar şirkətdir. Onun kapitalının 55%-i hökumətə, 45%-i maliyyə institutlarına, sığorta şirkətlərinə və digər şəxsi səhmdarlara məxsusdur. Səhmdarlara 4%-lik ölçüdə dividentlərin verilməsi təmin edilir. Bank tərəfindən yüksək mənfəətin əldə edildiyi halda bu dividendlər 5%-ə qədər artırıla bilər. Qalan mənfəət dövlət büdcəsinə toplanır.

Bankın idarəedilməsi və funksiyaları

Yaponiya Bankının rəhbər orqanı Siyasi şuradır. Yeni bank qanununun qəbulundan sonra Siyasi şuranın funksiyaları və strukturu bir qədər dəyişmişdir. 1998-ci l apreldən başlayaraq, Siyasi şura doqquz üzvdən ibarətdir. Bunlar təyin olunan altı şura üzvü, bankın sədri və onun iki müavinidir. Şuradan başqa, Bank idarəsinə üç icraçı auditor, üç icraçı direktor və səkkiz məsləhətçi daxildir. Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir:

  • faizin uçot dərəcəsinin, digər faiz dərəcələrinin, veksellərin diskont edilmə şərtlərinin və tiplərinin müəyyənləşdirilməsi;
  • borclar üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi;
  • məcburi bank ehtiyatları normalarının müəyyənləşdirilməsi və ya ləğv edilməsi;
  • pul bazarına nəzarətin strateji xəttinin müəyyənləşdirilməsi. Tətbiq olunan nəzarət tədbirləri: əsasən açıq bazarda aparılan əməliyyatlar, istiqraz və veksellərin alqısı və satqısı;
  • Yaponiya Bankının valyuta nəzarəti və pul bazarına nəzarət məsələləri üzrə rəsmi mövqeyinin dəyişilməsi barədə qanunun qəbul edilməsi;
  • satış obyektlərinin müəyyənləşdirilməsi və maliyyə bazarlarında satışın həyata keçirilmə müddəti barədə qərarın qəbul edilməsi;
  • şöbələrin, ofislərin, agentliklərin və Bankın bigər daxili struktur obyektlərinin yaradılması, köçürülməsi və ləğv edilməsi. Şuranın sədri Siyasi şuranın qəbul etdiyi qərarlara uyğun olaraq, Bankın fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Yaponiya bankının sədri və onun müavinləri parlamentin hər iki palatasının razılığı ilə Nazirlər Kabineti tərəfindən təyin olunurlar. Sədrin, onun müavinlərinin, Siyasi şuranın qalan üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Siyasi şura zəruri hallarda və şura sədrinin göstərişi ilə toplanır. Iclas şura üzvlərinin üçdə birinin və ya daha çoxunun təşəbbüsü ilə də çağırıla bilər. Şura sədrinin və ya üzvlərin üçdə birindən çoxunun iştirak etmədiyi halda iclaslar və səsvermələr keçirilə bilməz. Qərarlar səs çoxluğu ilə qəbul edilir. Yalnız iclasda olanlar səsvermədə iştirak edir. Əgər səslər yarıya bölünmüşdürsə, qərarı sədr verir. Maliyyə nazirliyinin və Iqtisadi planlaşdırma Agentliyinin məmurları Siyasi şuranın iclaslarında iştirak etmək hüququna malikdirlər. Onlar monetar tənzimləmə barədə hər hansı bir məsələnin təxirə salınmaz şəkildə nəzərdən keçirilməsini şuradan istəmək hüququna malikdirlər. Əgər iclasda iştirak edənlər hər hansı bir məsələnin müzakirəsinin təxirə salınmasını istəyirlərsə, şura səsvermə ilə qərar çıxarır.

Icraçı auditorlar Bankın fəaliyyətini təftiş edirlər. Onlar öz hesabatlarını Maliyyə nazirliyinə və ya Siyasi şuraya göndərirlər. Icraçı auditorlar və icraçı direktorlar Nazirlər kabineti tərəfindən 4 illik müddətə təyin olunurlar.Yaponiya bankı mərkəzi bank kimi aşağıdakı funksiyaları yerinə yetirir.

  1. Banknotların buraxılması. Mərkəzi bank ölkədə pulları çap etmək hüququna malik olan yeganə bankdır. Mərkəzi bank hələ 1889-cu ildə fidusiar banknot emissiya hüququna sahib olmuşdur. Dövriyyədəki pulların miqdarı 1999-cu ildə 7,4% artmışdır. Ölkədəki pulların miqdarı ÜDM-dən daha sürətlə artır, lakin pullar əmanətlərdə yatıb qalır.
  2. Yaponiya bankının növbəti funksiyası pul-kredit siyasətinin reallaşdırılmasıdır. Bu siyasətin üç əsas aləti aşağıdakılardır:
  • məcburi bank ehtiyatları normasının dəyişdirilməsi,
  • maliyyə bazarlarındakı əməliyyatlar,
  • faizin uçot dərəcəsi.

3. Məcburi ehtiyat saxlama sistemi Yaponiyada 1957-ci ildən başlayaraq fəaliyyət göstərir. Kredit müəssisələri ehtiyat depozitlərin müəyyən məbləğini Yaponiya Bankında yerləşdirməyə borcludurlar. Yaponiya Bankı kommersiya banklarının öz hesablarındakı ehtiyatlarını aşağı sala bilərdi ki, onlar kredit ekspansiyasına başlasınlar. Kommersiya bankları kredit ekspansiyasını həyata keçirmək iqtidarında deyillər, çünki onların kredit portfellərində həddən çox qaytarılmayan borclar var. Onlar sərbəst pulları riskli, lakin mənfəət gətirən aktivlərə – fond bazarı alətlərinə yatırırlar.

Siyasi şuranın sədrləri

#Şuranın sədriTəyin olunmuşdurAzad edilmişdir
1Yoshihara Shigetoşi6 oktyabr, 188219 dekabr, 1887
2Tomita Tetsunosuke21 fevral, 18883 sentyabr, 1889
3Kavada Koichiro3 sentyabr, 18897 noyabr, 1896
4Ivasaki Yanosuke11 noyabr, 189620 oktyabr, 1898
5Tatsuo Yamamoto20 oktyabr, 189819 oktyabr, 1903
6Shigeyoşi Matsuo20 oktyabr, 19031 iyun, 1911
7Korekiyo Takahaşi1 iyun, 191120 fevral, 1913
8Yatarō Mişima28 fevral, 19137 mart, 1919[1]
9Junnosuke Inoue (Birinci)13 mart, 19192 sentyabr, 1923
10Otohiko Ichiki5 sentyabr, 192310 may, 1927
11Junnosuke Inoue (İkinci)10 may, 19271 iyun, 1928
12Hisaakira Hijikata12 iyun, 19284 iyun, 1935
13Eigo Fukai4 iyun, 19359 fevral, 1937
14Seihin Ikeda9 fevral, 193727 iyul, 1937
15Toyotaro Yuki27 iyul, 193718 mart, 1944
16Keizo Şibusava18 mart, 19449 oktyabr, 1945
17Eikichi Araki (Birinci)9 oktyabr, 19451 iyun, 1946
18Hisato Ichimada1 iyun, 194610 dekabr, 1954
19Eikichi Araki (İkinci)11 dekabr, 195430 noyabr, 1956
20Masamichi Yamagiva30 noyabr, 195617 dekabr, 1964
21Makoto Usami17 dekabr, 196416 dekabr, 1969
22Tadaşi Sasaki17 dekabr, 196916 dekabr, 1974
23Teiichiro Morinaga17 dekabr, 197416 dekabr, 1979
24Haruo Maekava17 dekabr, 197916 dekabr, 1984
25Satoşi Sumita17 dekabr, 198416 dekabr, 1989
26Yasuşi Mieno17 dekabr, 198916 dekabr, 1994
27Yasuo Matsuşita17 dekabr, 199420 mart, 1998
28Masaru Hayami20 mart, 199819 mart, 2003
29Toşihiko Fukui20 mart, 200319 mart, 2008
30Masaaki Şirakawa9 aprel, 200819 mart, 2013
31Haruhiko Kuroda20 mart, 2013

Mənbə

  • Щенин Р. К. Банковские системы стран мира. — М.: КноРус, 2010.
  • Андрюшин С. А. Банковские системы: учебное пособие. — М.: Альфа-М, Инфра-М, 2011
  • Алексеев А. М. Военные финансы капиталистических государств. — 2-е. — М: Госполитиздат, 1952.
  • Большая советская энциклопедия / Под редакцией А. М. Прохорова. — 3-е издание. — М.: Советская энциклопедия, 1969–1978.

İstinadlar