Yarımçıq xatirələr (film, 2015)

Yarımçıq xatirələr2015-ci ildə çəkilmiş Azərbaycan filmi.[2] Rejissoru Elxan Cəfərovdur.[3]

Yarımçıq xatirələr
JanrTarixi
Dram
Döyüş
Müharibə
RejissorElxan Cəfərov
ProdüserMüşfiq Hətəmov
Ssenari müəllifləriKonstantin Vorobyov
Yavər Rzayev
Baş rollardaBəhruz Vaqifoğlu — Azər
Mixail Kaminskiy — Vanya
Georgi Tsaava — Artavazd
Gülzar Qurbanova — Janna
Andrey Milyuxin — Stankeviç
Zurab Nijaradze — Rantik
OperatorNadir Mehdiyev
BəstəkarPolad Bülbüloğlu
RəssamlarRafiq Nəsirov
Vadim Şafranski
İstehsalçı"Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi9 may 2015
Filmin növüTammetrajlı bədii film
Müddət90 dəq.
Büdcə2 milyon manat[1]
ÖlkələrAzərbaycan Azərbaycan
Belarus Belarus
DillərAzərbaycan dili
Rus dili
İl2015
RəngRəngli
Çəkiliş yeriBrest
Minsk
Vileyka qəsəbəsi
IMDbID6157292

Məzmun

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir.[4][5][6] Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 194145-ci ilin hadisələri canlanır.

Film haqqında

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : Konstantin Vorobyov, Yavər Rzayev
Quruluşçu rejissor : Elxan Cəfərov
Quruluşçu operator : Nadir Mehdiyev
Prodüser : Müşfiq Hətəmov
Quruluşçu rəssamlar : Rafiq Nəsirov, Vadim Şafranski
Bəstəkar : Polad Bülbüloğlu
Səs operatoru : Tariyel Həsənzadə
Səs rejissoru : Mehman Nadirov
Montaj : Elşad Rəhimov
Rejissorlar : Tatyana Xvaley, Çingiz Həsənov
Redaktorlar : Ramiz Rövşən, Yusif Şeyxov
İcraçı prodüser : Azər Quliyev
Dialoqların müəllifi : Ramiz Fətəliyev
Geyim üzrə rəssamlar : Darya Romanova, Elfira Hüseynova
Maliyyə meneceri : Emil İbrahimov
Xətt prodüserləri : Aydın Hacıyev, Yuri İvanov

Rollarda

Bəhruz Vaqifoğlu — Azər (Gənc)
Qurban İsmayılov — Azər (Yaşlı)
Mixail Kaminskiy — Vanya
Georgi Tsaava — Artavazd
Gülzar Qurbanova — Janna
Andrey Milyuxin — Stankeviç
Zurab Nijaradze — Rantik
Şamil Süleymanov — Səməd
Veronika Plyaşkeviç — Nadya
Aleksandr Pavlov -Sergey
İvan Matskeviç — Polkovnik
Kərim Pokaçakov — Yakut
Rza Rzayev — Cavanşir
Qeogi Murdjikneli — Samvel
Anatoli Quryev
Otar Mikeladze
Aleksandr Ilin
Sergey Şiroçin
Yevgeni Baxar
Nikolay Ryabıçin
Dmitriy Qlazaçev
Viktor Vasilyev
Rövşən Ağayev — Azərbaycan döyüşçüsü
Faiq Məmmədov — Azərbaycan döyüşçüsü
Cavanşir Hadıyev — Azərbaycan döyüşçüsü

Filmi səsləndirənlər:

Vüsal Murtuzəliyev — Azər (Gənc) (Bəhruz Vaqifoğlu)(titrlərdə yoxdur)

Rəşid Səməndər — Cavanşir (Rza Rzayev)(titrlərdə yoxdur)

Mehriban Zəki — Janna (Gülzar Qurbanova)(titrlərdə yoxdur)

Şövqi Hüseynov — Rantik (Zurab Nijaradze)(titrlərdə yoxdur)

Qorxmaz Əlilicanzadə — Samvel (Qeoqi Murdjikneli)(titrlərdə yoxdur)

Elxan Cəfərov - Vanya (Mixail Kaminskiy)(titrlərdə yoxdur)

Tərcüməni səsləndirənlər:

Almaz Amanova

Elşən Rüstəmov

Rövşən Məmmədli

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə
Rəsmi treyler
Bu filmdə "böyük qardaş" Rusiyaya mesaj var

İstinadlar