Yeni İngiltərə

Yeni İngiltərə (ing. New England) — ABŞ-nin şimal-şərqində yerləşən region.

Yeni İngiltərə
New England
Bayraq[d]
Bayraq[d]

44°12′20″ şm. e. 70°18′23″ q. u.


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 186.447 km²[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 14.845.063 nəf. (2019)[2]
Yeni İngiltərə xəritədə
Yeni İngiltərə xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Yeni İngiltərənin ərazisi 186458 km²-dır. Beləliklə o, Vaşinqton ştatından bir az böyük və Böyük Britaniyadan bir az balacadır.[3][4] Regiona bu ştatlar aiddir:

Cənub-qərbi Konnektikutdan şimal-şərqi Menə qədər uzanan bölgənin sahili göllər, təpələr, bataqlıqlar, sulaq yerlər və qumlu çimərliklərlə səpələnmişdir.[5]

Tarix

Yeni İngiltərənin məlum olan ən erkən sakinləri Şərqi Alqonkin dillərində danışan hindilər idi. Bu ərazidə Abenaki, Mikmak, Penobskot, Pekot, Moheqan, Narraqansett, Pokumtuk və Uampanoaq kimi tayfalar məskunlaşırdı.[6]

1600-cü illərdən bəri fransız, Niderland, və ingilis alverçiləri Yeni dünyanın kəşfindən sonra burda metal, şüşə, parça və yerli qundu dəriləri ticarəti ilə məşğul idilər.[6][7]

1616-cı ildə İngilis səyyah Con Smit bu ərazini "Yeni İngiltərə" adlandırıb.[8] 1620-ci ilin noyabrın 3-də həmin ad rəsmiləşdirilib.[9] Bu ərazidə əsas rolu 1629-cu ilin kral fərmanı təsis etdiyi Massaçusetts Körfəz Koloniuası oynayırdı.[10][11] Onun əsas şəhəri isə 1630-cu ildə təsis olunan liman şəhəri Boston olub.[12]

1633-cü ildən bəri, İngilis puritanları Massaçusetsdə ilk daimi yaşayış yerlərini yaratmağa başlayıblar.[13] 1643-cü ilin mayın 19-da Massaçusets körfəzi, Plimut, Nyu Heven və Konnektikut birləşərək Yeni İngiltərə Konfederasiyası (rəsmən Yeni İngiltərə Birləşmiş Koloniyaları) adlı ittifaq yaradıblar.[14]

Kolonistlərin yerli tayfalar ilə əlaqəli dəyişkən idi. Ən qanlı toqquşma Mistik qəliamı ilə nəticələnən 1637-ci ildə baş verən Pekot müharibəsi idi.[15] 1688-1763 arasında Yeni İngiltərə Britaniya və Fransa arasındaki altı müharibədə, o cümlədən Yeni Fransaya qarşı iştrak edirdi.[16] Son Fransız-hindu müharibəsi Paris müqaviləsi (1763) ilə yekunlaşıb.

Bölgədə Avropa kolonializmi və özəlliklə Pekot müharibəsi və Birinci Kolonial Müharibəsi hindilərin qula çevirməyi ilə nəticələnibdir.[17][18] 1700-ə qədər kolonial Yeni İngiltərədə qeyri-ağ əməkçilərin böyük hissəsi hindlər idi.[19] Əvvəl kolonistlərin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul idi və nisbətən özünü təmin edə bilirdi. Daha sonra isə, İngiltərədən istehsal malları idxal edən və əsasən əkənçiliklə məşğul olan cənub koloniyalarıdan fərqli olaraq, Yeni İngiltərə iqtisadiyyatında əl işi və ticarət üstünlük təşkil edirdi.[20]

1686-cı ildə koloniyalarının müstəqil siyasətlərindən və onların böyüyən hərbi güvvəsindən narahat olar Kral II Ceyms Yeni İngiltərənin bütün koloniyalarıdan ibarət olan Yeni İngiltərə Dominionu təsis edib.[21] 1688-ci ildə keçmiş Niderland koloniyaları olan Nyu York, Şərqi Nyu Cersi və Qərbi Nyu Cersi də bu dominiona birləşdirilib. Bölgənin kolonistlərinin alışdığı demokratik ənənələrinə zidd olaraq, bu birlik dənizin o tayından təsis olunub və qeyri-populyar idi.[22]

Şanlı inqilabın koloniyalara yayımlaması nəticəsində, 1689-cu ildə Bostonlular Dominion hökumətini deviriblər.[23] Koloniyalar və London arasınaki bu gərginlik Bostondan başlayan Amerika inqilabınaABŞ İstiqlal müharibəsinə gətirib. Müharibənin ilk döyüşləri Massaçusetsdə baş verib (Leksinqton və Konkorq döyüşləri və onların nəticəsi olan Boston mühasirəsi).

Amerikalı coğrafiyaşünas Cedidaya Morz artıq inzibati olaraq vahid şəkildə mövcud olmayan Yeni İngiltərəni "erkən respublikanın yeganə mədəni bölgəsi" adlandırıb.[24]

Əhali

Yeni İngliltərənin bölgələrinə görə ən böyük etnik qruplar

2010 ilnən müqayisədə 4,6%-lik artımın nəticəsində 2020 ildə Yeni İngiltərənin əhalisi 15 116 205 adam idi. Bölgənin əhalisinə görə ən böyük ştatı Massaçusets (7 029 917), ən balaca ştatı isə Vermontdur (643 077).[25]

2014-cü ildə Yeni İngiltərənin sakinlərinin təhminən 87%-i ABŞ-də anadan olanlar, 12%-i isə xaricdə anadan olanlar təşkil edirdi.[26] Bölgədə yaşayan ən böyük etnik qrup irlandlardır (2,8 million).[27]

Mədəniyyət

Yeni İngiltərənin ortaq irsi əsasən Avropadan immiqrasiya dalğaların nəticəsidir. ABŞ-nin başqa bölgələrindən fərqli olaraq, İngiltərəyə gələn ən erkən Puritan kolonistlər şərqi İngiltərədən gəlib və bölgənin xüsusi şivələrinə, yeməklərinə və ənənələrinə təsir etmiş.[28]:30–50

Din

Yeni İngiltərə ABŞ-nin ən qeyri-dini bölgəsidir. 2009-cu ildə Men, Massaçusetts, Nyu Hempşir və Vermont ştatlarında sorğulanan əhalinin yarısından az olan hissəsi dinin gündəlik həyatlarında vacib olduğunu qeyd etmiş. Konnektikut və Rod Aylend ştatları da, ən qeyri-dini on ştat arasındadır. Konnektikutda 55%, Rod Aylenddə isə 53% dinin gündəlik həyatlarında vacib rol oynadığı deyib.[29] Amerikan Dini İdentifikasiya Sorğusu (ARIS) göstərir ki, Yeni İngiltərədə ABŞ-nin başqa bölgələri ilə müqayisədə faizinə görə daha çox katoliklər yaşayır. 1990-cı ildə bölgə əhalisinin 50%-i katolik idi, 2008-ci ildə isə 36%-i.[30]

İstinadlar