Alyaska yupikcəsi

(Yupikcə səhifəsindən istiqamətləndirilmişdir)

Alyaska yupikcəsi və ya qısaca Yupikcə (öz dilində olan adı: Yugtun ; İngilis dilində Yupʼik və ya Central Alaskan Yupʼik) – Amerika Birləşmiş Ştatlarının qərb və cənub-qərbi Alyaska ştatında Alyaska yupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili.

Alyaska yupikcəsi
ÖlkəAmerika Birləşmiş Ştatları (Alyaska)
Danışanların ümumi sayı
  • 16.900 nəf.
Təsnifatı
Eskimos-aleut dilləri
Yupik dilləri[d]
Alyaska yupikcəsi
Yazılatın əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3esu
Dilin strukturlarının dünya atlasıyun, ych, ypk
Atlas of the World’s Languages in Danger690, 691
Ethnologueesu
Linguasphere60-ABA-c
ELCat845
IETFesu
Glottologcent2127

Yupikcənin de facto yazı dili olan forması Yukon və Kuskokwim çayları ətrafında danışılan dialektdir. Yupiklər 23.000 olan nüfuslarıyla Alyaskanın ən sıxlıq yerli xalqıdır. Lakin, ancaq 14.000 dən bir az çoxu[1] ana dilindən danışa bilir. Yenə də bu rəqəm Yupikcəyi Alyaskada ən çox danışanı olan yerli dil edər.

1900-cü illərdə ana dili Yupikcə olan Uyaquk adlı biri tərəfindən icad edilən heca yazısıyla (Alyaska yazısı və ya Yugtun yazısı) da nümunələri olsa da, rus dövründə kiril əlifbası istifadə edilmişdir. 1960-cı illərdə, Irene Reed və başqaları tərəfindən Alyaska Yerli Dil Merkezində (ANLC) tətbiq olunan Latın mənşəli əlifba, 1970-ci illərdə müvəffəqiyyətə çatan bir proqramın nəticəsidir. Bu gün Yukon və Kuskokwim dialektlərində (Yupʼik) daha çox olmaq üzrə, Hooper Bay ilə Chevak bölgəsinin dialekti (Cupʼik) və Nunivak adasının dialekti (Cupʼig) üzərinə də qısa qısa hekayələr halında dərs kitabları çıxır.[2] Alyaska Yerli Dil Mərkəzi ilə koordinasiyalı şəkildə 17 qəsəbədə Yupikcə təhsil və tədrisi aparılır

Təsnifatı

  • Eskimos-Aleut dil ailəsi
    • Aleut qolu
    • Eskimos qolu
      • Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun
      • Yupik dilləri
        • Sirenik yupik dili¹
        • Əsl Yupik dilləri
          • Sibir yupik dili (öz dilində olan adı: Yupigestun)
          • Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит)
          • Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun)
            • Unaliq-Pastuliq yupikcəsi  : Norton Sound bölgəsində danışılır
            • Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun)
            • Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır
            • Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun)
            • Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun)
          • Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun)
      • İnuit dilləri
        • İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun)
        • Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun)
        • Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut)
        • Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut

¹yeri qəti deyil

Dialekt və qəbilələri

Eskimos qəbilə adları "-miut" ('xalq') əki ilə törədilər.

  • Unaliq-Pastuliq yupikləri və yupikcəsi (İngiliscə Norton Sound Yup’ik)
    • Unaliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Unalirmiut; İngiliscə Unaliq subdialect). Qəbilələri: Atnegmiut, Kuuyuŋmiut, Eŋlutaleġmiut, Caxtulegmiut, Uŋallaqłiŋmiut, Tacirmiut.
    • Pastuliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Pastulirmiut; İngiliscə Kotlik subdialect)
  • Yukon-Kuskokwim yupikləri və yupikcəsi (öz dilində olan adı: Yugtun və ya Yugcetun [dil], Yupiaq [tək], Yupiik [iki], Yupiit [cəm]; İngilizce General Central Yup’ik). Qəbilələri: Qerauranermiut, Kuigularmiut, Qip’ngayarmiut, Qaluyaarmiut, Marayaarmiut, Chnagmiut, Kuigpagmiut, Akulmiut, Caninermiut, Kusquqvagmiut (Unegkumiut, Kiatagmiut).
  • Egegik yupikləri və yupikcəsi (öz dilində olan adı: Aglurmiut; İngilizce Egegik Yup’ik, Bristol Bay Yup’ik)
  • ÇupiklərÇupikcə (öz dilində olan adı: Cugtun və ya Cugcestun [dil], Cup’ik [tək], Cupiik [iki], Cupiit [cəm]; İngilizce Cup’ik, Hooper Bay-Chevak Cup’ik). Yupik əlifbasında c hərfi ç (ch) səsinə bərabərdir.
    • Hooper Bay Çupikçesi (öz dilində olan adı: Askinarmiut; İngilizce Hooper Bay subdialect)
    • Chevak Çupikçesi (öz dilində olan adı: Qissunamiut; İngilizce Chevak subdialect)
  • Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun [dil], Cup’ig [tək], Cupiik [iki], Cupiit [cəm], Nuniwarmiut; İngilizce Cup’ig, Nunivak Cup’ig or Cup’ik). Nunivak adasında Nunivak çupikləri tərəfindən danışılır

Daha çox söz əsasında lokal danışmalardan qaynaqlanan dialekt və şiveler arası fərqlər, qarşılıqlı anlaşmaya mane olmaz.

Yukon (Kuigpak)Kuskokwim (Kusquqvak)anlamı
elicar-elitnaur-öyrənmək
elicaraqelitnauraqşagird
elicari-elitnauriöyrətmək
elicaristaelitnauristamüəllim
aiggaqunanəl
ikusekcingundirsək
ayuqe-kenir-qaynadaraq bişirmək
cellaellahava, kainat
naniqkenurraqlampa, işıq
uigtua-naspaa-sınamaq

Anadili

Alyaskada 19801992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali [3]

Ayaskaetnik sayıanadilində danışa bilənlərin sayı%danışa bilənlərin orta yaş həddi
1980....
Sibir Yupikləri1.1001.05095Orta nəslin çoxu və uşaqların hamısı
Yupikler17.00014.00080Orta nəslin çoxu və uşaqların bir qismi
İnyupikler12.0005.00040Orta nəslin çoxu və uşaqların bir qismi
Supikler3.0001.00033Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar2.20070035Orta nəslin çoxu və uşaqların bir qismi
1992....
Sibir Yupikləri1.1001.05095Orta nəslin hamısı və uşaqların böyük bir qismi
Yupiklər18.00012.00067Orta nəslin hamısı və uşaqların kiçik bir qismi
İnyupiklər13.0004.00031Orta nəslin çoxu və uşaqların bir qismi
Supiklər3.10060019Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar2.10040019Orta nəslin çoxu və uşaqların bir qismi

Əlifba

Müasir Yupik əlifbasında 18 hərf vardır. Bunların 14 dənəsi (c, g, k, l, m, n, p, q, r, s, t, v, w, y) ünsüz olub, 4 kısa (a, e, i, u) və 3 uzun (aa, ii, uu) ünlü tapılar. Bundan başqa, 6 dənə də (ai, au, ia, iu, ua, ui) diftong vardır.

Cüt ünsüz apostrafla göstərilir: Yupʼik (ok: Yuppik)

Qrammatikası

  • Sözlərdə üç say vardır: tək, iki, cəm
təkikicəmmənası
yukyuukyuutinsan
qayaqqayakqayatkayak
arnaqarnakarnatqadın
Kass’aqKass’akKass’atQərbli; Amerikan; İngiliscə danışan
kaviaqkaviakkaviattülkü
qaltaqqaltakqaltatkova
amiqamiikamiitdəri
mikelnguqmikelnguukmikelnguutuşaq
nunanunaknunatkuru; şəhər
agunangutekangutetkano
  • Sözlər yalın halda çoğu zaman adlıq hal şəkilçisi qəbul edir: daha çok -q və ya -k
  • Sözlər (və ya cümlələr) 4 hissədən ibarət olur: kök (İng. stem), yapım şəkilçisi (İng. postbase), çəkim şəkilçisi (İng. ending), bağlaç (İng. enclitic)
  • Tamlama (isim və ya sifət) bulunmaz
  • Azərbaycan dilində yiyəlik forma (genitive + possessive) ilə ifadə edilən (mis: adamın evi) ifadəsi vardır, Yupikcədə yiyəlik forma olmadığı üçün ona yaxın olan digər bir formadan (relative + absolutive) istifadə edilir.

kuigem paanga : çayın ağzı
qayam paanga : kayağın ağzı
nunam iqua : tundranın sonu
asverem enra : morjun sümüyü
anipam quliraa : bayquş hekayəsi

Hər ikisi də sayı ilə uyğundur:

angun : adam
angutem qimugtii : adamın iti
angutem qimugtai . adamın itləri
angutet qimugtiit : adamların iti
angutet qimugtait : adamların itləri
angutek qimugtegkek : iki adamın iki iti

Say (= rəqəm) adlarında da say (= qrammatika sayı) uyğunlaşması vardır:

yuinaq : iyirmi
yuinaak malruk : qırx (harfiyen: 'iki iyirmi')
yuinaat pingayun : altmış (harfiyen: 'üç iyirmi')

Feillər də say ilə uyğundur:

yurar- : Eskimos üsulu rəqs etmək
arnaq yurartuq : tək qadın rəqs edir
arnak yurartuk : iki qadın rəqs edir
arnat yurartut : qadınlar (ən az üç qadın) rəqs edir

Nümunə cümlələr

  • Yupiugua : Mən Yupiyim
  • Yupiugukut : Biz Yupiyiz
  • Yup'ik-aamek elitnaurtua : Yupikcə öyrənirəm
  • Yup'ik Yugtun qanyuitua : Yupikcə bilmirəm
  • Kass'atun qanyiutua : İngiliscə bilmirəm
  • Kituuga atren?  : Adın(ız) nə ?
  • Winga atqa ... : Adım ...
  • Quyana qalarullua : Beni dinlədiyiniz üçün təşəkkür edirəm
  • Kuingiryaqunak : Siqaret içilməz
  • Kenkamken : Səni sevirəm
  • Piurci : Hoşçakal(ın)

Ədədlər

Yukon-Kuskokwim
yupikcəsi
[4][5][6]
Hooper Bay-Chevak
çupikcəsi
[7]
Nunivak
çupikcəsi
[8]
mənası
atauciqatauciqataucir1
malrukmalrukmalzrug2
pingayunpingayunpingayun3
cetamancitamancetaman4
tallimantallimantalliman5
arvinglegen / arvinelgenarvinelgenarwinleg6
malrunlegen / malrunelgenmalrunelgenmalzrunleg7
pingayunlegen / pingayunelgenpingayunelgenpingayunleg8
qulngunritaraanqulngunritaraqqulngunrita’ar9
qula / qulenqulaqula10
qula atauciqqula atauciqqula-ataucir11
qula malrukqula malrukqula-malzrug12
qula pingayunqula pingayunqula-pingayun13
akimiarunrita’arakimiarunritaraqakimiarunrita’ar14
akimiaqakimiaqakimiar15
akimiaq atauciqakimiaq atauciqakimiar ataucir16
akimiaq malrukakimiaq malrukakimiar malzrug17
akimiaq pingayunakimiaq pingayunakimiar pingayun18
yuinaunrita’arcuinaunritaraqcuinaunrita’ar19
yuinaqcuinaqcuinar20
yuinaq qula / yuinaq qulencuinaq qulacuinar-qula30
yuinaak malruk / malruk ipiaq (Yukon)malruk ipiaqmalzrug-ipiar40
yuinaak malruk qulamalruk ipiaq qula.50
yuinaat pingayun / pingayun ipiaqpingayun ipiaqpingayun ipiar60
yuinaat pingayun qulapingayun ipiaq qula.70
yuinaat cetamancitaman ipiaqcetaman-ipiar80
yuinaat cetaman qulacitaman ipiaq qulatalliman ipiar qula90
yuinaat tallimantalliman ipiaqtalliman ipiar100
tiissitsaaqtiititsaaq / tiissitsaaqtiisiss'ar1.000
qulen tiissitsaat..10.000
yuinaat talliman tiissitsaaq..100.000
miilicaaq..1.000.000
tiissitsaaq miilicaaq..1.000.000.000

Rus dilindən keçmiş bəzi sözlər

Rus Amerikası dövründə (1733 – 1867) RuslarlaRuscayla qarşılaşan Yupiklərin dillərində Rusca alıntılar indiki vaxtda da canlılığını davam etdirər:

  • cainik (<rus.чайник) 'çaydan'
  • cukunak /cukunaq (<rus.чугунок) 'tökmə dəmirdən qab'
  • kaminiaq (<rus.камин) 'soba'
  • kelipaq (<rus.хлеб) 'çörək'
  • kuskaq (<rus.кошка) 'pişik'
  • luuskaaq (<rus.ложка) 'qaşıq'
  • mass'laq (<rus.масло) 'kərəyağı'
  • missuuk (<rus.мешок) 'bag; çuval'
  • mulut'uuk (<rus.молоток) 'çəkic'
  • nuussiq (<rus.нож) 'bıçaq'
  • paltuuk /pal'tuuk (<rus.пальто) 'palto'
  • puckaq (<rus.бочка) 'lülə'
  • pucunaq (<rus.бочонок) 'lülə'
  • putuskaq (<rus.подушка) 'yastıq'
  • saarralaq /caarralaq (<rus.сахар) 'şəkər'
  • saayuq /caayuq (<rus.чай) 'çay'
  • sap'akiq /cap'akiq (<rus.сапоги) 'bot, poti'
  • saskaq /caskaq (<rus.чашка) 'fincan'
  • Slaaviq 'Rus Pravoslav Xristian'
  • spiickaaq (<rus.спичка) 'kibrit'
  • sulunaq /culunaq (<rus.солонина?) 'duzlu balıq'
  • tiissicsaaq (<rus.тысяча) 'min'
  • yaassiik: (<rus.ящик) 'qutu'

Alyaskayı ruslardan satın alan amerikalıların dilindən də Yupikcəyə keçmiş bəzi sözlər:[9]

  • ingek : 'mürəkkəb' (< ing. ink)
  • anainessaaq : 'soğan' (< ing. onions)
  • patitussaaq : 'kartof' (< ing. potatoes)
  • snuukuuq : 'qar maşını' (< ing. snow-go)

Vikipediya versiyası

  1. Alyaska yupik dilindeki Incubator versiyası : Ikirun

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər