Zildjian

Avedis Zildjian Company — sinc və digər zərb alətləri üzrə ixtisaslaşmış musiqi alətləri istehsalçısı. XVII əsrdə Osmanlı imperiyasında etnik erməni olan Zildiyan ailəsi tərəfindən qurulan şirkət XX əsrdə ABŞ-yə köçmüşdür.

Zildjian
Avedis Zildjian Company
Loqonun şəkli
Ümumi məlumatlar
Tipiözəl şirkət[d]
Təsis tarixi1623
Baş qərargahın yeri
zildjian.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət 1623-cü ildə İstanbulda erməni Avedis Zildiyan tərəfindən yaradılıb. Hal-hazırda Massaçusets ştatının Norvel şəhərində yerləşir. Zildjian dünyanın ən qədim musiqi alətləri istehsalçısı olmaqla yanaşı, dünyanın ən qədim davamlı fəaliyyət göstərən şirkətlərindən biridir. Şirkət Zildjian, Vic Firth və Balter Mallet brendləri altında sinclər, barabanlar, zərb alətləri və digər nağara aksesuarları satır.[1][2][3][4][5][6]

Tarixi

İlk Zildjian sincləri 1618-ci ildə erməni dəmirçisiəlkimyaçısı Avedis Zildiyan tərəfindən yaradılmışdır.[7] O da dəmirçi olan atası kimi İstanbulda Osmanlı sultanının sarayında işləyirdi.[8] O, qalay, mis və gümüş ərintisindən istifadə edərək parçalanmadan musiqi səsləri çıxara bilən metal təbəqə yaratmışdır.[9] Sultan I Mustafa, ermənicə "Sincçinin oğlu" və ya "Sinc ustası ailəsi" mənasını verən Zilciyan soyadını rəsmən tanımaqla yanaşı, Avedisə səksən qızılı vəsiyyət olaraq verdi.[10] 1623-cü ildə Sultan ona İstanbulun Samatiya adlanan erməni hissəsində öz biznesini qurmaq üçün saraydan ayrılmağa icazə verdi.[11][12]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər