Kərkük
Kərkük | |
---|---|
كركوك Kerkük کەرکووک | |
35°28′ şm. e. 44°24′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 350 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1 031 082[1] nəfər (2021) |
Vikianbarda əlaqəli mediafayllar |
Kərkük (ərəb. كركوك kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi.
Tarixmənbəni redaktə et
Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi.[2]
Əhalimənbəni redaktə et
Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624[3] nəfər qeydə alınmışdır.
Milli tərkib və dillərmənbəni redaktə et
İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".[4]
Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.[5] Kərkük şəhəri 26 məhəllədən ibarət idi. Onun 21-də türkmanlar, 5-də isə kürdlər çoxluqda idilər.
Kərkük şəhərinin məhəllələrimənbəni redaktə et
Xasasu çayının qərbində yerləşən Türkman məhəllələri:
- Qorya (türkman)
- Əhməd Ağa (türkman)
- Şatırlı (4/5-i türkman, 1/5-i assur və erməni)
- Sarı Kahya (4/5-i türkman, 1/5-i assur)
- Mahatta (türkman)
- Almaz (1/3-i türkman, 1/3-i kürd və 1/3-i assur)
- Bəylər (türkman)
- Ərəfə (1/2-i türkman, 1/2-i assur)
- Bağdad Yolu (türkman)
- Tisin (türkman)
- Yengi Tisin (türkman)
- Həmzəlilər (türkman)
- Gavur Bağı (Qarışıq: bütün millətlər)
Xasasu çayının şərqində yerləşən türkman məhəllələri:
- Qala (türkman)
- Müsəlla (4/5-i türkman, 1/5-i ərəb)
- Çay (türkman)
- Piryadi (türkman)
- Ovçu (türkman)
- Bulaq (4/5-i türkman, 1/5-i kürd)
- Çuxur (türkman)
- Axır Hüseyn (4/5-i türkman, 1/5-i kürd)
- Qəssabxana (türkman)
Xasasu çayının qərbində yerləşən kürd məhəllələri:
- Rəhim ova (3/4-ü türkman, 1/4-i kürd, assur və erməni)
Xasasu çayının şərqində yerləşən kürd məhəllələri:
- İmam Qasım (2/3-i kürd, 1/3-i türkman)
- Şorca (2/3-i kürd , 1/3-i türkman)
- İskan (1960-cı ildə İraq Ordu Generalı Əbdül Kərim Qasım tərəfindən inşa etdirilib) (3/4-ü kürd , 1/4-i türkman)
- Azadi (1970-ci ildə inşa edilib) (kürd)
Memarlıqmənbəni redaktə et
Hamamlarmənbəni redaktə et
Kərkük şəhərində yerləşən ən məşhur tarixi hamamlar:
- Piryadı hamamı
- Dədəhəmdi hamamı
- Bulaq hamamı
- Cövdət hamamı
- Şor hamamı
- Xaç Baki hamamı
- Qala hamamı
- Nidələr hamamı
- Toqad hamamı
- Gavurbağı hamamı
- İbrahim Bəy hamamı
- Əli Bəy hamamı
- Qorya hamamı
- Saray hamamı
- Hacı Həsən hamamı
Xarici keçidlərmənbəni redaktə et
- YouTube-da bax : Az.TV-də Kərkük haqqında veriliş
- YouTube-da bax : TRT1-də "Sınırlar arasında" verilişində -Kərkük
- İrak Türkmen Cebhesi Haber Portalı Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine
- Kerkuk City Website Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine
- Global Recordings Network
- Unrepresented Nations and Peoples Organization : Iraqi Turkoman
İstinadlarmənbəni redaktə et
Mənbəmənbəni redaktə et
- Turkmens, Turkmeneli and the Musul Region Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine