Çhonji

Çhonji və ya Tyançi (kor. 천지, çin. 天池, ) — Koreya Xalq Demokratik Respublikasının və Çinin sərhədində yerləşmiş krater gölü. Çanbayşan dağ silsiləsinin hissəsi olan Pektusan vulkanik dağının kalderasındadır.

Çhonji/Tyançi
kor. 천지, çin. 天池
Ümumi məlumatlar
Mütləq hündürlüyü2189,1 m
Eni3,35 km
Uzunluğu4,85 km
Sahəsi
  • 9,82 km²
Həcmi2.091.660.000 m³
Dərin yeri384 m
Orta dərinliyi213 m
Axan çayErdaobayxe
Yerləşməsi
42°00′21″ şm. e. 128°03′25″ ş. u.
Ölkələr
YerləşməsiPektusan dağı
Çhonji/Tyançi xəritədə
Çhonji/Tyançi
Çhonji/Tyançi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1979-cu ildən göl beynəlxalq biosfer qoruğunun tərkibinə daxildir.

Təsviri

Çhonji və ya Tyançi gölü dünyada ən yüksək krater gölü kimi Ginnesin rekordları Kitabına düşmüşdür — suyun səthinin (üzünün) hündürlüyü 2189 m təşkil edir[1]. Gölün sahəsi 9,82 km²-dir. Oktyabrın ortasından iyunun ortasına kimi suyun üzü buzla örtülmüş olur. Suyu çox şəffəf olur. Göldə balıqların bir neçə növü yaşayır.

Krater 969-cu ildə güclü püskürmə nəticəsində yarandı[2].

Gölün sahili bəzi yerərdə çox sərt, çox yerdə, demək olar ki, şaqulidir. Qidalanma - yağış, su axını, Sunqarinin qollarının biri olan Erdaobayxe çayı vasitəsilə baş verir. Göldən axan çay kraterin divarında sıldırımlı çıxıntılarla dərin dərəni yaradır. Onlardan ən böyük kraterin xarici kənarı 50 metr hündürlüyə malikdir.

Həmçinin bax

İstinadlar