Koreya dili

Koreya dili (Cənubi koreyaca: 한국어/韓國語 hangugeo, Şimali koreyaca: 조선말/朝鮮말 chosŏnmal ) — koreyalıların dili və Koreya yarımadasında yerləşən hər iki dövlətin, yəni Koreya Xalq Demokratik RespublikasınınKoreya Respublikasının rəsmi dövlət dilidir.

Koreya dili
Orijinal adı한국어, 조선말
ÖlkələrKXDR, Cənubi Koreya, Çin, Yaponiya, ABŞ, Kanada, Malayziya, Rusiya
Rəsmi statusŞimali Koreya KXDR
Cənubi Koreya Cənubi Koreya
Çin ÇXR:
 • Yanbyan Koreyalı Muxtar Dairə
Tənzimləyən təşkilatMilli Koreya dili İnstitutu (Cənubi Koreyada)
Danışanların ümumi sayı78 milyon
Təsnifatı
KateqoriyaAvrasiya dilləri
Təcrid olunmuş dil
Yazıhanqıl, hanca
Dil kodları
QOST 7.75–97коо 330
ISO 639-1ko
ISO 639-2kor
ISO 639-3kor
Dilin strukturlarının dünya atlasıkor
Ethnologuekor
Linguasphere45-AAA-a, 45-A
ABS ASCL7301
IETFko
Glottologkore1280
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixən yazısı 1446-cı ildən bu yana məlumdur. Çin yazı sisteminə əsaslanan Hanqıl yazısıdır.

Koreya dili tərkibcə altı dialektə bölünür: şimal-şərqi, şimal-qərbi, mərkəzi, cənub-şərqi, şərq-qərbi və Çejudo dialekti.Koreya dilinin fonoloji sistemi 40 fonemdən ibarətdir. Bunlardan 19-u samit, 21-i isə sait fonemlərdir. Koreya dili nominativ quruluşlu aqqlütinativ dillərdən hesab olunur.

Dilin adı

1945-ci ilinə gədər bütün koreyalılar öz dilinə əsasən "çosonmal" kor. 조선말, 朝鮮語 və ya "çosono" (kor. 조선어, 朝鮮語) deyirdilər; bu ad hələ də Şimali Koreyada istifadə edilir. Cənubi Koreyada indi "hanquqmal" (kor. 한국말, 韓國語) və ya "hanquqo" (kor. 한국어, 韓國語) adları istifadə edilir; bəzən isə, sadəcə "kuqo" (kor. 국어, 國語, "dövlət dili"). Danışıqda Koreyanın hər iki hissəsində "urimal" (우리말, "dilimiz") sözü istifadə oluna bilər.

Sinifləndirmə

Koreya dili bir çox linqvistlər tərəfindən təcrid olunmuş dil hesab olunur.[1] Bəzi mənbələrdə Altay dilləri ilə, digər mənbələrdə isə tunqus-mancur dilləri ilə genetik qohumluğunun olduğu fikirlərinə rast gəlinir.

Yazı sistemi

Müasir Koreya əlifbasının yaradılmasından öncə Koreyada özlərinin Hanqıldan öncəki fonetik yazı sistemləri ilə yanaşı, Klassik Çin dili yazı sistemindən istifadə edilirdi. Koreya və Çin dili arasındakı əsaslı fərqlərə və əzbərlənilməsi lazım olan simvolların sayının çoxluğuna görə və çox vaxt təhsil almaq imkanlarının olmaması səbəbindən aşağı təbəqədən olanlar Çin simvollarını oxuyub-yazmağı öyrənməkdə çətinlik çəkirdilər. Bu problemi həll etmək və xalqın ana dilində oxuma-yazma, bilik səviyyəsini yüksəltmək üçün Kral Seconq (1418–1450) bənzərsiz Hanqıl əlifbasını yaratdı.[2][3]

Yanbyan aristokratları öyrənilməsi çox asan olduğuna görə Koreya əlifbasına yuxarıdan aşağı baxırdılar. Buna baxmayaraq, xalq arasında çox geniş yayıldı və nəşrlərdə bu yazı sistemindən istifadə olunmağa başlandı. XIX əsrdə Koreya milliyyətçiliyinin inkişafı ilə Hanqıl məktəblərdə öyrədilməyə başlandı və 1894-cü ildə Koreyanın milli yazısı kimi Hanqıl Hancanı əvəz etdi. Cənubi Koreyada hal hazırda müəyyən dərəcədə Hanca istifadə olunur.

Aşağıdakı cədvəldə Koreya əlifbasındakı simvollar və onların səsləri göstərilib:

Samitlər
Hanqıl 한글
Tələffüzübdck, gbdcqptçkshssmnngr, l
Saitlər
Hanqıl 한글
Tələffüzüieoeeaouʌııiyeyeyayoyuuiueoeoauo

Əksər dillərdən fərqli olaraq, Koreya dilində hərflər yanaşı deyil, hecaları formalaşdıran bloklar şəklində yazılır. Məsələn, Hanqıl sözünün Koreya dilindəki yazılışı 한글 iki heca blokundan ibarətdir. Heca blokları soldan sağa və yuxarıdan aşağıya doğru yazılır.Çağdaş Koreya dilini Çin və Yapon dillərindən fərqləndirən xüsusiyyətlərdən biri sözlərin arasında boşluqlarla ayrılaraq yazılmasıdır. Keçmişdə bu dil sütunlar şəklində yuxarıdan aşağıya, sağdan sola doğru yazılmış olsa da, günümüzdə soldan sağa sətirlər şəklində yazılır.

Qrammatikası

Koreya dili aqqlütinativ dildir. Doqquz nitq hissəsinin mövcud olduğu hesab edilir.

Koreya dilində cümlə üzvlərinin ardıcıllığı mübtəda-tamamlıq-xəbər şəklindədir. Digər bir çox aqqlütinativ dillərdə olduğu kimi cümlə üzvlərinin yeri dəyişkənlik göstərə bilsə də, xəbərin yeri həmişə sabitdir.

A: 가게에 가셨어요?
kaqe-eqa-şyo-sso-yo
mağaza + [yer/istiqamət bildirən şəkilçi ()][get (felin kökü) ()] + [hörmət bildirən şəkilçi ()] + [bitişdirici ()] + [keçmiş zaman şəkilçisi ()] + [bitişdirici ()] + [nəzakətli xəbər sonluğu ()]
"[Siz] mağazaya getdiniz?" ("Siz" məzmuna əsasən bəlli olur)
B: 예. (or 네.)
ye (və ya ne)
bəli, hə
"Bəli."

Hörmət dərəcələri

Tanış olmayan, özündən yuxarı və ya aşağı statusda şəxslərlə söhbət əsnasında müvafiq hörmət səviyyəsini bildirən sözlər və şəkilçilərdən istifadə edilir. Yuxarı statuslu dedikdə, yad şəxslər, yaşı eyni və ya yuxarı olan şəxslər, müəllim, müdir və s., aşağı statuslu dedikdə isə, yaşca kiçik olan yad şəxslər, tələbələr, işçilər və s. nəzərdə tutulur.[4]

Cinsiyyət

Koreya dilində qrammatik gender mövcud deyildir. Çox az olan istisnalardan birini nümunə göstərmək olar ki, III şəxsi bildirən əvəzlik təkdə iki formada olur: 그 qı (kişi) və 그녀 qınyo (qadın).

Həmçinin bax

İstinadlar