Çin feniksi

Çin feniksi (çin. ənən. 鳳凰, sadə. 凤凰, pinyin: fènghuáng) — Çin mifologiyasında möcüzəvi quş, Çin əjdahasından fərqli olaraq, qadını təmsil edir və cənubun rəmzidir. İnsanlara onun görünməsi imperatorun qüdrətinə şahidlik edən böyük əlamət və ya əvvəlcədən xəbər vermək hadisəsi kimi başa düşülür.

Çin feniksi

Çin feniksinin heykəli, Nannin şəhəri, Quansi, Çin
Çin
Sadələşdirilmiş çincə: 凤凰
Ənənəvi çincə: 鳳凰
Yaponiya
kandzi: 鳳凰
Hiraqana əlifbası: ほうおう
Koreya
hanqıl: 봉황
hanja: 鳳凰
Vyetnam
Vyetnam əlifbası: phượng hoàng / phụng hoàng

Feuxuan, həmçinin "Avqust Xoruzu" adlandırılır, çünki bəzən Çin zodiakında xoruz yer tutur. Qərb dünyasında Çin feniksi və ya sadəcə olaraq Feniks kimi adlandırılır.

Məna

Feniksin çox müsbət çalarları var. O, yüksək ləyaqət və bərəkət rəmzidir. Feniks həmçinin İn və Yan simvolunu xarakterizə edir. Şan Xan Szin[en]in birinci bölməsi “Nanshang Jing” kimi qeyd olunur və feniksin bədənin hər bri hissəsi bu sözü simvolizə edir. Feniksin başı bərəkəti (), qanadları ədaləti (), arxa tərəfi düzgünlüyü () təsvir edir, qarın hissəsi etimadlığı () və sinəsi isə mərhəməti () bildirir.[1]

Qədim və müasir Çin mədəniyyətində , onlar əjdaha ilə yanaşı tez-tez toy və kral hakimiyyətində bəzək kimi rast gəlmək olar. Bu ona görə edilir ki, çinlilərdə ər və arvad arasındakı xoş münasibətlər əjdaha və feniks simvolu sayılır. Bəzi adət-ənənələrdə feniks yaxşı vaxtlarda peyda olur, ancaq çaxnaşmalar zamanı gizlənir. Digər adət-ənənələrdə isə feniks yalnız yeni eranın başlanğıcını bildirmək üçün görünürdü.[2] Çin və Yaponiyada feniks imperator evinin simvolu idi və "od", "günəş", "ədalət", "sədaqət" və "itaəti" təsvir edirdi.[2]

Şəkillər

İstinadlar

Xarici keçidlər