Öd

Öd (lat. fel s. bilis; yun. χολή) onurğalı heyvanlardainsanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq hasil etdiyi sekret.

Öd yaşıl- sarımtıl rəngdə, çox acı, neytral reaksiyalı maye halda məhsuldur; xüsusi çəkisi 1010–1040 — dır; daim ifraz olunur, ancaq həzm vaxtı onikibarmaq bağırsağa tökülür. Həzm olunmayan zaman öd öd kisəsinə toplanaraq, onun divarındakı vəzilərdən ifraz olunan seliklə qarışır. qaraciyərdən gələn öd duru və açıq olur, öd kisəsində olan öd isə tünd, qatı və selikli olur. Öddə bəzən yağ damcıları, öd yollarından qırılmış silindirəbənzər hüceyrələr, öd boyağı dənələri və xolesterin kristalları olur.

Qaraciyər və öd kisəsi ödünün ümumi xarakteristikası[1]
GöstəricilərQaraciyər ödüÖd kisəsi ödü
Turşuluğu, рН7,3–8,26,5–6,8
Xalis çəkisi1,01–1,021,02–1,048
Quru çəkisi, q/l26,0133,5
Su, %95–9780–86
Qaraciyər və öd kisəsi ödünün tərkibindəki üzvi maddələrə görə xarakteristikası[1]
Üzvi maddələrQaraciyər ödü mmol/lÖd kisəsi ödü mmol/l
Öd turşuları35,0310,0
Öd piqmentləri0,8–1,03,1–3,2
Xolesterin~3,025,0–26,0
Fosfolipidlər1,08,0
Qaraciyər və öd kisəsi ödünün ion tərkibinə görə xarakteristikası[1]
İonlarQaraciyər ödü mmol/lÖd kisəsi ödü mmol/l
Natrium (Na+)165,0280,0
Kalium (K+)5,015,0
Kalsium (Ca2+)2,4–2,511,0–12,0
Xlor (Cl)~9014,5–15,0
Bikarbonat (НСО3)45–46~8



Öd turşuları

Həmçinin bax

Mənbələr

İstinadlar