Özbəkistan Hava Yolları

Özbəkistan Hava Yolları (özb. O‛zbekiston Havo Yo‛llari, Ўзбекистон Ҳаво Йўллари, rus. Узбекские Авиалинии, Rəsmi adı:Özbəkistan Hava Yolları Milli Hava Şirkəti ASC) — Özbəkistanın ən böyük aviaşirkəti və Özbəkistan Respublikasının bayraq daşıyıcısı.[1] Özbəkistan Hava Yollarının qərargahı Daşkənd şəhərində, beynəlxalq standartlara və Beynəlxalq Mülki Aviasiya Təşkilatının II kateqoriyasına cavab verən Daşkənd Beynəlxalq Hava Limanı yerləşir.[2]

Özbəkistan Hava Yolları
Loqonun şəkli
IATA
HY
ICAO
UZB
Çağırış adı
UZBEK
Təsis olunub28 yanvar, 1992
Mərkəz hava limanıDaşkənd Beynəlxalq Hava Limanı
Donanma ölçüsü36
Şüar"Özbəkistan Milli Hava Yolları"
Təyinat məntəqələri58
QərargahıÖzbəkistan Özbəkistan, Daşkənd
RəhbərUluqbek Rozukulov
(prezident)
Saytıuzairways.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Özbəkistan Hava Yollarına aid bir Ilyushin Il-114 təyyarəsi Daşkənd Beynəlxalq Hava Limanının yaxınlığında (2012).

Sovet İttifaqının dağılmasından sonra, Özbəkistan prezidenti İslam Kərimov 1992-ci ildə "Özbəkistan Hava Yolları"-nın yaradılmasına icazə vermişdir. Aviaşirkət 28 yanvar 1992 tarixində təsis edilmiş,[3] 31 may 1992 tarixində isə "Aeroflot"-un Özbəkistan bölməsinin əməliyyatlarını ələ almışdır.[4] Hava yolunun ilk reysi Daşkənddən Londona idi.

2000-ci ilin aprel ayında aviaşirkətdə 16,296 işçi var idi. Hal-hazırda donanma üç Airbus A310-300, üç Antonov An-12, bir Antonov An-24, 18 Antonov An-24B, üç Antonov An-24RV, üç Boeing 757-200, iki Boeing 767-300ER, üç Avro RJ85s, dörd Ilyushin Il-114, iki Ilyushin Il-62, altı Ilyushin Il-62M, Ilyushin Il-76T, Ilyushin Il-86, 15 Tupolev Tu-154B, iki Tupolev Tu-154M və 19 Yakovlev Yak-40-dan ibarətdir. O vaxtda Özbəkistan Hava Yolları Almatı, Amsterdam, Əndican, Aşqabad, Afina, Bakı, Banqkok, Pekin, Bişkek, Buxara, Çelyabinsk, Dehli, Dəkkə, Yekaterinburq, Fərqanə, Frankfurt, İstanbul, Ciddə, Karşi, Kazan, Xabarovsk, Kuala Lumpur, London, Mineralnıye Vodı, Səmərqənd, Seul, Şarja, Simferopol, Sankt-Peterburq, Daşkənd, Tel-Əviv, Termiz, Tyumen, Ufa, Urqenç, Moskva, Naxçıvan, Nyu-York, Novosibirsk, Nukus, Omsk, Paris, Ər-Riyad və Rostov-na-Don şəhərlərinə xidmət edirdi.[3]

Aviaşirkət, daxili uçuşlarda əvvəllər "Aeroflot"-a məxsus olan rus istehsalı olan təyyarə istifadə edirdi. Beynəlxalq marşrutlar prioritetləşdirildikdə, 1993-cü ildə təqdim edilən Airbus təyyarələrindən istifadə edilməyə başlandı.

"Özbəkistan Hava Yolları" 2014-cü ildə 2,625 milyon sərnişin daşıyıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% azdır, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.6% artıb.[5] 2015-ci ildə aviaşirkət Avropa İttifaqından uçuş icazəsi aldı.[6]

İstiqamətlər

"Özbəkistan Hava Yolları" yarandığı gündən sərnişin xidmətini Qərbi Avropa və digər beynəlxalq məntəqələrə yönəldib. Ən çox beynəlxalq uçuşlar Daşkənddən fəaliyyət göstərir. Özbəkistanın bayraq daşıyıcısı heç bir tərəfdaşlıq və ya hava yolu ittifaqının üzvü deyil.

Kod-paylaşımı sazişi

Özbəkistan Hava Yollarına aid bir Boeing 787-8 dreamliner təyyarəsi Atatürk Beynəlxalq Hava Limanınında

"Özbəkistan Hava Yolları" aşağıdakı aviaşirkətlərlə kod-paylaşımı sazişini imzalayıb:[7]

Donanma

İndiki donanma

Avqust 2016-cı ildən bəri aviaşirkət aşağıdakı təyyarələri idarə edir:[9]

Özbəkistan Hava Yolları Donanması
TəyyarəDonanmadaSifariş edilənSərnişinlərQeydlər
FCYCəmi
Airbus A320-2001012138150[10]Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarə
Boeing 757-200628156184Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarə
Boeing 767-300ER71040157207Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarə
18246264
Boeing 787 Dreamliner2[11]424222246
Ilyushin Il-114-10075454Bir təyyarə saxlanılır
Özbəkistan Hava Yolları Yük Donanması
Airbus A300-600F2
Yük
Boeing 767-300F2
Yük
Cəmi364

Donanma inkişafı

Özbəkistan Hava Yollarına aid bir Boeing 767-300ER təyyarəsi Domodedovo Beynəlxalq Hava Limanınında (2006).

"Özbəkistan Hava Yolları" Ilyushin Il-114-ün buraxılış müştərisi idi. Aviaşirkət, Özbəkistanda yığılan ilk təyyarəni 1998-ci ilin iyul ayında almışdır.[12][13]

2007-ci ilin ortalarında Özbəkistan Respublikasının bayraq daşıyıcısı altı Airbus A320 ailəsi sifariş etmişdi. O dövrdə aviaşirkətin donanmasında 55 təyyarə var idi. On müxtəlif təyyarə modellərindən ibarət olan Rusiyanın istehsal etdiyi Yakovlev Yak-40 bunların arasında idi.[14] Həmin il aviaşirkət iki Boeing 787 Dreamliner sifariş etdi.[15][16]

"Özbəkistan Hava Yolları", ən köhnə iki Boeing 767-300ER-lərin yük təyyarələrinə kovertasiya edilməsinə qərar verdi. İlk təyyarələrin konvertasiyası 2014-cü ilin dekabr ayında başa çatdırılmışdır.[17][18] 2014-cü ilin sonlarında konvertasiya edilmiş ikinci təyyarə Daşkəndə gəldi.[19]

"Özbəkistan Hava Yolları" ilk Boeing 787 Dreamliner-nı 2016-cı ilin avqust ayının sonlarında almışdır.[20] Boeing 787 Dreamliner-ın Biznes Sinfində Özbəkistanın bayraq daşıcısının ilk tam hamar oturacaqları mövcuddur.[21]

Köhnə donanma

2006-cı ildə Domodedovo Beynəlxalq Hava Limanındakı taksi yolunda bir Airbus A310-300. Bayraq daşıyıcısı, 2013-ci ilin iyul ayında aktiv xidmətdən təqaüdə çıxdı.[22]

"Özbəkistan Hava Yolları" aviaşirkəti əvvəllər aşağıdakı təyyarələri idarə etmişdir:

Qəzalar və hadisələr

Aviasiya Təhlükəsizliyi Şəbəkəsinə görə, 2013-ci ilin yanvar ayından etibarən aviaşirkətin tarixi boyunca 54 şəxsin həlak olduğu səkkiz qəza və hadisə baş vermişdir. Yalnız ölüm halları və gövdə zərərlərini əhatə edənlər aşağıda verilmişdir:

TarixYerTəyyarəQuyruq nömrəsiÖlümlərHadisənin izahıİstinadlar
17 iyun 1995Nukus, ÖzbəkistanAntonov An-2RUK-33058BilinmirQəza şəhərdən 43 km (27 mil) uzaqda naməlum şərait altında baş vermişdir.[23]
26 avqust 1999Dördgöl, ÖzbəkistanYakovlev Yak-40UK-878482/33Təyyarə, Dördgöl Hava Limanında ikinci bir dövrdən sonra elektrik xəttlərinə dəydikdən sonra qəzaya uğradı. Təyyarə Daşkənddən Dördgölə gedirdi.[24][25]
13 yanvar 2004Daşkənd, ÖzbəkistanYakovlev Yak-40UK-8798537/37Təyyarə Termezdən Daşkəndə planlaşdırılmış sərnişin xidmətini, daxili reysi "Uçuş 1154" adıyla gedirdi. Aviator hava limanına çatdıqda, təyyarəni Daşkənd Beynəlxalq Hava Limanının uçuş-enmə zolağından 250 m (820 ft) uzaqda endirdi.[25][26]
19 oktyabr 2006Arançı, ÖzbəkistanAntonov An-2TPUK-7015215/15Arançı aerodromuna yaxınlaşanda, hərbi təlim uçuşu keçirərkən, pis hava şəraitində qəzaya uğrayıb.[27][28]
avqust 2009Zarafşan, ÖzbəkistanAntonov An-24RVUK-466580Zarafşan hava limanında uçuş cəhdi zamanı şassinin erkən geri çəkilməsi nəticəsində təyyarə qəzaya uğramışdır.[29]

Sərnişin dövriyyəsi

İlSərnişin dövriyyəsi
20082,06 milyon[30]
20091,885 milyon[31]
20102,160 milyon
20112,32 milyon[32]
20122,64 milyon[33]
2013Məlumat yoxdur
20142,572 milyon
20152,572 milyon[34]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər