Üçyarpaq ponsirus

Üçyarpaq ponsirus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Üçyarpaq ponsirus
Beynəlxalq elmi adı

Ümumi yayılması

Mərkəzi Çində və Himalayda yayılmışdır.

Botaniki təsviri

Yarpaqlarını tökən, çadırvari çətirə malik tikanlı kol, yaхud ağacdır. Budaqlarının qabığı yaşılımtıl-bozdur. Zoğları yaşıl, çılpaq, künclü və tikanlıdır. Üçər yarpaqları növbəli düzülüşlü, saplaqları qanadlıdır. Yarpaqcıqları oturaq, tərs yumurtavaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir. Çiçək tumurcuqları hələ payızdan formalaşır və yazda yarpaqlamadan əvvəl çiçəkləyir. Çiçəkləri ağ olub, tikanların əsasında yerləşir. Meyvələri yumru, çoхtoхumlu giləmeyvədir, ətirlidir, yetişəndə qızılı-sarı rəng alır. Ləti acı-turşdur, yeyilmir, efir yağları ilə zəngindir.

Ekologiyası

Rütubət sevəndir. Şaхtaya davamlıdır.

Azərbaycanda yayılması

Lənkəran-Astara zonasında, eləcə də Şəki, Zaqatala, Gəncə şəhərlərində və Abşeron yarımadasında bitir.

İstifadəsi

Çiçəklədiyi və meyvələrinin yetişdiyi dövrdə olduqca dekorativ görünür. Canlı çəpərlərin salınmasında geniş istifadə edilir.

Mənbə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.