İşğal altında: Şuşa

İşğal altında - "AzDimension" istehsalçıların komandasıyla yaradılmış Azərbaycan kompüter oyunudur. Oyun Qarabağ müharibəsinə həsr edilmiş və ölkənin gənclərinin hərbi-vətənpərvərlik ruhu yüksəltməyə çağırılmış[1]. Oyun döyüş janrında yaradılmışdır və əsas onun hədəfi – Şuşanı işğaldan azad etməkdir.

İşğal altında: Şuşa
İşğal altında: Şuşa
İşğal altında: Şuşa
HazırlayanAzDimension
YayımlayanAzDimension
Buraxılış tarixi26 iyun 2012
JanrlarBirinci şəxs atıcı
BəstəkarlarAkşin Əlizadə
Texniki məlumat
PlatformalarMicrosoft Windows
İdarəetməKlaviaturaMaus

Təsvir

Hadisələr yaxın gələcəkdə Qarabağda baş verir. İkinci Qarabağ Döyüşü başlayır və müharibədə çoxları şəhid və qəhrəman olurlar. Hücum əməliyyatlarının birində düşmən dəstə baş qəhrəmanın dəstəsini pusquya salır və ondan və onun zabitindən başqa hamı ölür. Ancaq onları kəndin axırında Azərbaycan əsgərləri gözləyirlər. Onlara çatmaq üçün düşmənlə mübarizə aparmaq lazımdır[2].

Hazırlama

Layihə 2010-cu ildə baş vermişdi. Azərbaycandan tələbə-proqramçıların komandasıyla yaradılırdı. Hazırlama vaxtı oyunun kompüter qrafikləri Dağlıq Qarabağın şəkillərinin seçməsi istifadə edilmişdi, xüsusi halda, Şuşanın səkilləri[1]. Oyunun yaradılmasına iki il getdi.

Nümayiş

Oyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılması gününə təqdim edilmişdi. Tədbirdə gənclər və idman nazir müavini İntiqam Babayev çıxış etdi, o qeyd etdi ki, oyun əhəmiyyətli mənaya malikdir, çünki o Qarabağ müharibəsinə həsr edilmişdir:

Bu oyun tələbələr qrupunun gərgin işinin nəticəsidir, və biz inanırıq ki, o dünya bazarlarına çıxacaq. Oyun Qarabağ haqqında həqiqətin dünya ictimaiyyətinə qədər məlumatda əhəmiyyətli rolu oynayacaq. Oyunda hadisələr Şuşanın ərazisində olur və, mənim fikrimcə, bu oyun gələcək hadisələrin ssenarisi olacaq.

İntiqam Babayev[3]

Sonra rəhbər və oyununun ideyasının müəllifi Fərid Haqverdiev çıxış etdi.

Minimal sistem tələbləri

-Əməliyyat sistemi: Windows XP; Vista; 7
-Prossesor: Intel Core 2 Duo 2.0 GHz və daha yüksək;
-Operativ yaddaş: 1 GB Ram və daha yüksək;
-Videokart: NVIDIA GeForce 7600 GT 256 Mb / ATI Radeon X1900 256 Mb və daha yüksək[2].

İstinadlar

Həmçinin bax

Xarici keçidlər