İşğal altında: Ağdam

İşğal altında: Ağdamİşğal altında: Şuşa oyununun davamıdır. Oyun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" tərəfindən yaradılıb. İlk oyun "İşğal atında - Şuşa" bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb.[1]

İşğal altında: Ağdam
İşğal altında: Ağdam
İşğal altında: Ağdam
HazırlayanAzDimension
YayımlayanAzDimension
Buraxılış tarixi9 oktyabr 2013
JanrlarBirinci şəxs atıcı
BəstəkarlarAkşin Əlizadə
Texniki məlumat
PlatformalarMicrosoft Windows
İdarəetməKlaviaturaSiçan

Təsvir

Oyun Qarabağ müharibəsini əks etdirir.Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir.Yeni oyunda kompüter qrafikası təkmilləşdirilmiş, xüsusi effektlərdən istifadə edilmişdir. Oyunun qrafikası Qarabağın,həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulmuşdur.Şəhərin görüntüləri 2 zaman kəsiyində-işğaldan öncə və işğaldan sonra göstərilmişdir.[2]

Nümayiş

Oktyabr ayının 7-də “Four seasons”mehmanxanasının "Rast" zalında “İşğal altında: Ağdam” kompüter oyununun təqdimat mərasimi keçirilmişdir.

Minimal tələblər

Oyun optimallaşdırılıb, nisbətən zəif kompüterlərdə də rahat çalışır.

  • Əməliyyat sistemi: Windows XP; Vista; 7
  • Prossesor: Intel Core 2 Duo 2.0 GHz və daha yüksək;
  • Operativ yaddaş: 1 GB Ram və daha yüksək;
  • Videokart: NVIDIA GeForce 7600 GT 512 Mb / ATI Radeon X1900 512 Mb və daha yüksək

İstinadlar

Həmçinin bax

Xarici keçidlər