İkiqanadlılar

İkiqanadlılar (lat. Diptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

İkiqanadlılar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
Klad:
Pancrustacea
Yarımtip:
Ranqsız:
Dicondylia
Yarımsinif:
Budaq:
Metapterygota
İnfrasinif:
Ranqsız:
Eumetabola
Dəstəüstü:
Panorpida
Ranqsız:
Antliophora
Dəstə:
İkiqanadlılar
Beynəlxalq elmi adı

Ümumi məlumat

Yalnız bir cüt qabaq qanadı (adı da buradandır) inkişaf etmişdir. Dal qanadlar reduksiyaya uğramış və "vızıltı" orqanına çevrilmişdir. Dəyirmi başının yanlarında iri faset gözləri var. Ağız orqanı sorucudur. Bədəni uzunsovdur (1—50 sm-dək). İkiqanadlıların 80 min-dən artıq növü məlumdur. Bunlardan 2 minə yaxın növü Azərbaycanda təsadüf edilmişdir. Sürfələri yırtıcı həyat sürür. İnkişaf sikli dənizdə keçən növlər də var. Adətən sürfələr torpaqda, çürüyən bitki toxumalarında, şirinsu hövzələrində, yaşıl bitkilərdə, heyvan cəmdəklərində və ya heyvan parazitləri kimi inkişaf edir. Yetkin ikiqanadlılar çiçək nektarı və çürüyən maddələrlə qidalanırlar. Heyvanların qanını sorur. Bəziləri qidalanmır. Bir çox ikiqanadlıların (uzunayaqlılar, Hesse milçəyi, İsveç milçəyi və zeytun milçəyi) sürfəsi bitkilərin təhlükəli zərərvericiləridir. Qnuslar adlanan qansoran ikiqanadlılara bəzi yerlərdə külli miqdarda rast gəlinir. İkiqanadlıların çoxu insanda və ev heyvanlarında xəstəlik törədiciləridir (göyünlər, ağcaqanadlar, ev milçəyi, qansoranlar və s). Sürfələri zərərli cücülərin bədənində inkişaf edən bəzi ikiqanadlılar kənd təsərrüfatı zərərvericilərinin sayını azaldır və bunlardan bioloji mübarizədə istifadə olunur[2]

Təsnifatı

İstinadlar

Xarici keçidlər

Həmçinin bax